Tatarlar «Sabantuy»
bayramını qeyd etdilər
İyulun 15-də Azərbaycanda yaşayan tatarlar ən
böyük milli bayramlarını - UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi mədəni irs
siyahısına daxil edilən «Sabantuy” bayramını qeyd
etdilər.
«Yaşlek» Tatar Gəncləri
Birliyi tərəfindən təşkil edilən tədbir
Bakının Suraxanı rayonundakı Heydər Əliyev
Parkında gerçəkləşdi.
İştirakçılar əvvəlcə ümummilli
liderin abidəsini ziyarət edərək önünə
gül-çiçək dəstələri qoydular.
Atlı paradla müşayiət
olunan mərasimdə Azərbaycan, Rusiya və
Tatarıstanın bayraqları qaldırıldı. Musiqili hissədə
Rufinia Feyzulinanın fleytada ifa etdiyi tatar milli musiqiləri
maraqla qarşılandı. Sonra məktəblilərin
paradı keçirildi. Bunun ardınca «Yaşlek»
ansamblının ifasında rəqs və solo musiqi nömrələri
təqdim olundu. Tatarıstanın və Rusiyanın Əməkdar
artisti Zulfat Zinnurov, Məleykə Razanova, Diana Arifatovun
ifaları dinlənildi. Suraxanı Rayon Mədəniyyət
Evinin «Cigitlər» ansamblının çıxışı
tədbirə xüsusi rəng qatdı.
Sonra Tatarıstan Prezidenti Rustam Minixanovun təbrik məktubu oxundu. Rusiyanın Azərbaycandakı səfirliyinin konsulu tatarları «Sabantuy» bayramı münasibətilə
təbrik etdi. Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin
rəhbəri Aydın
Əliyev bayram iştirakçılarını təbrik etdi. «Yaşlek» Tatar Gənclər
Birliyinin rəhbəri
Diaz Əhmədcanov da
çıxış edərək
tədbirə gələnlərə
təşəkkürünü bildirdi.
Mərasimin təşkilində Tacibə Babayeva, Firdaniyyə Xozina, «Yaşlek» ansamblının
bədii rəhbəri
Alfiyya Axmedcanova və digərləri aktiv iştirak etdilər. Tatarlar «Sabantuy» bayramının
təşkilinə verilən
dəstəyə görə,
Mədəniyyət və
Turizm Nazirliyinə və Suraxanı Rayon İcra Hakimiyyətinə
minnətdarlıqlarını bildirdilər.
Mehparə
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 6.