Azərbaycan
folkloru mədəni sərvətimizdir
“Folklor Paytaxtı”nda elmi-praktik konfrans
Mədəniyyət və Turizm
Nazirliyinin “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları”
Proqramına əsasən
2012-ci ildə Masallı
şəhəri “Azərbaycanın
Folklor Paytaxtı” elan edilib. “Folklor Paytaxtı” ili çərçivəsində
rayonda müxtəlif tədbirlər keçirilir.
İyulun 14-də Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin və Masallı Rayon Mədəniyyət
və Turizm Şöbəsinin təşkilatçılığı
ilə keçirilən
“Azərbaycan folkloru mədəni sərvətimizdir”
mövzusunda elmi-praktik
konfrans da bu qəbildən idi.
Tədbiri rayon İcra Hakimiyyəti
başçısının müavini Nəsir Muxtarlı açaraq Masallının “Azərbaycanın
Folklor Paytaxtı” elan olunmasını rayonun mədəni həyatında əlamətdar
hadisə kimi qiymətləndirdi. Azərbaycan folkloru
xəzinəsinə qiymətli
töhfələr vermiş
Masallıda bu zəngin mədəni irsin öyrənilməsi,
yaşadılması və
gələcək nəsillərə
ərməğan edilməsi
istiqamətində görülən
işlərdən danışdı.
Konfransda pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun “Masallı folklorunun pedaqoji əsaslarına dair”, filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Regional folklor konteksində Masallı folkloru”, filologiya elmləri doktoru Asif Rüstəmlinin “İstiqlal fədaisi Ələsgər Ələkbərovun
tədqiqatlarında cənub
folkloru” mövzularında
məruzələri maraqla
qarşılandı.
Tədbirdə
bu il
aprelin 30-dan mayın
4-dək rayonda keçirilmiş
respublika muğam festivalı, “Halay” folklor ansamblına həsr olunmuş filmin çəkilişi,
Masallı folkloru barədə kitabların hazırlanması, “Onlar Masallıdandır” saytının
yaradılması istiqamətində
iş aparılması
barədə məlumatlar
diqqətə çatdırıldı.
Qeyd olundu ki, “Azərbaycanın Folklor Paytaxtı” ili çərçivəsində
sentyabrın 7-dən 10-dək rayonda beynəlxalq folklor festivalı keçiriləcək.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki
Mərkəzin direktor
müavini Polad Zeynalov tədbirdə çıxış edərək
Masallıda folklor yaradıcılığının öyrənilməsi ilə
bağlı görüləcək
işlərdə elm adamlarına,
rayon ziyalılarına uğurlar
dilədi.
Sonda bir neçə
xalq sənətkarına
və “Halay” xalq folklor kollektivinin
üzvlərinə Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin fəxri
fərmanı və hədiyyəsi təqdim edildi.
Elnarə Hacıyeva
Mədəniyyət.-
2012.- 18 iyul.- S. 6.