“İstərdim ki, mədəniyyətin gücünü hər kəs hiss etsin”

 

   Kşiştof Zanussi: “Kino elə sahədir ki, öncədən müəyyən etməlisən, kim üçün, necə və hansı maliyyəyə film çəkmək mümkündür”

  

   “Kristalın strukturu”, “Qoruyucu rənglər”, “İllüminasiya”, “Konstans”, “Persona non qrata”, “Qara günəş”, “Təkrar vizit” və s. adları dünya kino tarixində yer alan filmlərin müəllifi K.Zanussi çoxsaylı beynəlxalq kino müsabiqələrin qalibidir. O, tam və qısametrajlı filmləri ilə yanaşı, televiziyateatr rejissoru kimi də tanınıb. Polşa, İtaliya, Fransa, AlmaniyaRusiya teatrlarında 20-dən artıq tamaşa səhnələşdirib. “Heç vaxt əyləncə üçün film çəkmirəm. Kino mənim üçün həyat təcrübəmi, düşüncələrimi bölüşərək başqaları, hətta özüm üçün dünyanı anlamağa kömək etmə vasitəsidir” - rejissor sənətə münasibətini belə açıqlayır.

  

   Çoxillik kino təcrübəsini azərbaycanlı rejissorlarla bölüşmək üçün Bakıya dəvət olunan sənətkar qəzetimizə müsahibə verdi. Ondan ilk olaraq ustad dərslərinin necə keçdiyini soruşduq.

  

   - Bu sualı dərslərdə iştirak edən rejissorlara versəniz daha yaxşı olar. Mənim üçün mühüm olanı iştirakçılara bilik verməkdir. Hər bir sənətçi öz yolunu tapmalıdır. Kino elə sahədir ki, öncədən müəyyən etməlisən kim üçün, necə və hansı maliyyəyə film çəkmək mümkündür. Mən də nəzərə alıram ki, Azərbaycan mədəniyyətini daşıyan sənətçilər mənim təcrübəmdən necə bəhrələnə bilərlər. Bu istiqamətdə dərslər keçirəm.

   - Azərbaycan kinosu, filmlərimiz barədə məlumatınız varmı?

   - Təəssüf edirəm ki, bir neçə sənədli filmdən başqa ətraflı şəkildə Azərbaycan kinosunu izləmək imkanım olmayıb. Amma bilirəm ki, sizin də tanınmış sənətçiləriniz var. İndi önəmli olan sənətə yeni gələnlərin özünü təsdiq edə bilməsidir. Ümid edirəm ki, tanınacaq adlar olacaq. Digər tərəfdən, bir ölkənin kinosu haqqında danışarkən oradakı kino prokatının, kinoteatrların vəziyyəti də nəzərə alınmalıdır. Əgər kinoteatr azdırsa, deməli, kino da zəif inkişaf edir. Çünki kino sənayesi daha çox prokatdan asılıdır. Bu vacib amildir. Təsəvvür edin, sizdə restoran yoxdur, o zaman yemək haqqında necə danışmaq olar. Film çəkilirsə, o mütləq göstərilməlidir. Əgər dünya bazarına çıxmaq hələlik mümkün deyilsə, deməli, yerli bazarı inkişaf etdirməlisiniz. Bu gün Azərbaycanda film çəkilir, inanıram ki, sizdə istedadlı gənclər var. Odur ki, bu filmlərin nümayişini təşkil etmək gərəkdir.

   - Bəs Polşada kino sənayesi necə inkişaf edir?

   - Polşa əhalisinin sayı 40 milyonu keçib, bu da onu göstərir ki, bazar böyükdür. Polşada kino ilə bağlı yeni qanun qəbul edilib və mən bu qanunu dəstəkləyirəm. Həmin qanuna görə, televiziyada nümayiş olunan filmlərdən, kinoteatrlarda istənilən filmə satılan biletlərdən müəyyən faiz Milli Kino Fonduna köçürülür. Fond bu pulu Polşa milli kinosunun inkişafına və ya sonradan qaytarılmaq şərti ilə kommersiya kinosunun inkişafına yönəldir. Çünki kommersiya kinosu da inkişaf etməlidir və pul gətirməlidir. Bundan başqa, kinoteatr yerli filmlər nümayiş etdirirsə, bu zaman vergilərdə güzəşt olunur. Bu da inkişaf üçün təkandır.

   Çünki polşalılar milli filmlərinə baxmağı çox sevirlər. Bizim kino bazarının 30 faizini milli filmlər təşkil edir. Bu, Avropa ölkələri arasında çox yaxşı göstərici hesab edilir.

   - Cənab Kşiştof Zanussi hazırda işlə məşğuldur? Səhv etmirəmsə, son bədii filminizi 2009-cu ildə çəkmisiniz?

   - Bəli, elədir. Bu illərdə televiziyada işlərim oldu. Həmçinin xaricdə bir neçə layihə həyata keçirdim, tamaşalar səhnələşdirdim. Hazırda “Yad bədən” adlı müştərək film üzərində gedir. İtaliya, Rusiya Polşa istehsalı olan filmdir. 2013-cü ildə ekranlara çıxacaq.

   - Müştərək layihə demişkən, Azərbaycan kinematoqrafçıları ilə birgə film çəkmək istərdinizmi?

   - Sizdə bu gün kino sahəsində dinamika, canlanma var. Hətta işləmək istədiyim insanları təxmini görə bilirəm. Təbii ki, müştərək film çəkmək olar. Lakin başqa problem ortaya çıxır. Bu da yuxarıda qeyd etdiyim prokatla bağlıdır. Birgə görmək, sonra filmi nümayiş etdirməmək işi sona çatdırmamaq kimidir. Telekanallar, kinoteatrlar mütləq şəkildə yeni filmləri nümayiş etdirməlidirlər. Bu həm milli mədəniyyətin qorunmasına xidmət edir. Çünki dünyada çox böyük rəqabət var. Fərqli mədəniyyətlər arasında hər birimiz öz mədəniyyətimizi qorumalıyıq. Mən sənətçi kimi bu məqsədə xidmət edirəm.

   - çəkməliyik ki, dünya bizi tanısın?

   - Heç kimin gözləmədiyini ekranlara çıxarmaq, dünyanı təəccübləndirmək lazımdır. Dünyanı ən sadə yolla - həqiqəti göstərməklə heyrətə salmaq olar. Çünki sadə, səmimi filmlər hər zaman maraqla qarşılanır. Bu səmimiyyət Hollivud, hətta Avropa kinosunda da çatmır.

   - Azərbaycanda fəaliyyət göstərmək planınız varmı?

   - Tamaşa qoymaq təklifi almışam. “Xibris” adlı bir pyesim var, onu səhnələşdirmək istərdim. “Xibris” qədim yunan mifologiyasında “Allahlara qarşı cəsarət” anlamını verir. Pyes artıq bir neçə ölkədə səhnələşdirilib məmnuniyyətlə onu burada da səhnələşdirərəm. Akademik Milli Dram Teatrından təklif almışam. Ümid edirəm ki, gerçəkləşəcək.

   - “Persona non qrata” filminizdə rusiyalı rejissorlar Nikita Mixalkov Andrey Smirnov çəkiliblər. Azərbaycanlı rejissorlar ya aktyorlardan filmlərinizə çəkmək istərdinizmi?

   - Onlar hər ikisi həm istedadlı aktyorlardır. A.Smirnov həm çox istedadlı rejissordur. Onun “Biri vardı - biri yoxdu, bir arvad vardı” (“Jila-bıla odna baba”) filmi ən məşhur işlərindəndir. Bu iki rejissorun aktyorluq bacarığından bəhrələnmişəm. Əgər Azərbaycanda da mənə gərəkli yaradıcı potensialı görsəm, təbii ki, belə insanları filmimə çəkərəm. Burada hər hansı milli göstəricilər yoxdur. Mənə lazım olan potensialdır, istedaddır.

   - Rejissor kimi arzunuz varmı?

   - Sərhədlərə sığmayan sayda arzum var. Çəkə bilmədiyim çoxlu sayda ssenarim qalıb. Bəlkə əksəriyyəti gerçəkləşməyəcək. Lakin sənət belədir, 10 layihədən 1-i həyata keçir. Bəzən 5 layihəm gerçəkləşib, bəzən biri, bəzən uğursuzluqla qarşılaşmışam. Təxminən 40-dan artıq müəllif filmim var. Dünyada çox az sayda rejissor var ki, bu qədər film çəkib. Artıq bitirdiyim, lakin çəkə bilmədiyim ssenarilər isə sözün əsl mənasında, itkidir.

   - Son olaraq bizə arzulamaq istərdiniz?

   - Sizə , özümə bir arzum var: istərdim ki, mədəniyyətin gücünü hər kəs hiss etsin. Hər yerdə kino gərəksiz, primitiv insanlardan təmizlənsin. Əsl sənətçilər qalmaqla xalqına, mədəniyyətinə xidmət etsin. Arzu edirəm ki, küçədə bahalı maşınların sayı az olsun başqalarını düşünən, onlar üçün nələrsə edən insanların sayı çox olsun. Bunu həm sizə, həm öz ölkəmə arzu edirəm. Çünki bütün bunları öz ölkəmdə istərdim. Əsl sənətçi başqasını düşünəndir, əsl insan da belədir!

  

 

   Söhbətləşdi: R.İsayeva

 

  Mədəniyyət.- 2012.- 18 iyul.- S. 5.