“Mahmud Məryəmkinodastan olacaq

 

   Azərbaycan Türkiyə kinematoqrafçıları məşhur romana ekran həyatı verəcəklər

  

   İyulun 18-də “Nizami” Kino Mərkəzində Xalq yazıçısı Elçinin “Mahmud Məryəmromanı əsasında ekranlaşdırılacaq eyniadlı filmin yaradıcı qrupu ilə mətbuat nümayəndələrinin görüşü keçirildi. Mətbuat konfransında əsərin müəllifi, Xalq yazıçısı Elçin, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, filmdə rol alan Azərbaycan Türkiyənin tanınmış sənət adamları iştirak edirdilər.

  

   Tədbirin aparıcısı Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun tarixi haqqında danışdı. Milli kinomuzun bu gün yeni inkişaf yolunda olduğunu vurğuladı: “Mahmud Məryəmkino layihəsi buna sübutdur. Bu, strukturuna, fəlsəfi fikrinə görə olduqca maraqlı əsərdir. Bu işdə bütün yaradıcı heyətə, çəkiliş qrupuna uğurlar arzu edirəm”.

   Xalq yazıçısı Elçin “Mahmud Məryəmromanını 30 il əvvəl qələmə aldığını dedi: “Əgər 30 ildən sonra əsər hələ öz aktuallığını itirməyibsə, sənət adamlarını maraqlandırırsa, bu, müəllif kimi məni çox sevindirir. İkinci xoş hadisə odur ki, film qardaş Türkiyə kinematoqrafçıları ilə müştərək çəkilir. Bu layihənin təşəbbüskarı Türkiyənin “24 Karekino şirkətidir. Onlar təxminən iki il öncə mənə müraciət etdilər. Bu roman Türkiyədə 5 müxtəlif tərcümədə bir neçə dəfə çap olunub, diplom işləri yazılıb, dissertasiyalar müdafiə edilib. Romanda tarixilik var, müasir dövrlə əlaqəli düşüncələr yer alır. “24 Kare”nin təklifini qəbul etdim. Mən filmin bədii rəhbəriyəm. Şirkətlə şərt kəsdik ki, mən ssenarini təsdiqləməsəm, film çəkilməyəcək. Onlar mənə ssenarini bir neçə variantda təqdim etdilər. Nəhayət, sonuncu variantı bəyəndim təsdiqlədim”.

   Filmin prodüseri Sevda Kayqısız “Mahmud Məryəm”i üç il öncə oxuduğunu, bu romanın Azərbaycan Türkiyə arasında birgə film layihəsi üçün ən uğurlu əsər olduğunu vurğuladı: “Demək olar ki, üç ildir, bu əsərlə yaşayıram. Bu sadəcə bir sevgi hekayəsi deyil, bir insanın özü ilə, mənəviyyatı ilə apardığı mübarizə yolçuluğudur. Əsər boyu humanizmlə üz-üzə qalırıq. Kitab Türkiyədə bir neçə dəfə çap olunub olduqca sevilib. Layihəni həyata keçirmək qərarını verdikdə Elçin Əfəndiyevdən dəstək aldıq. Hər iki ölkənin Mədəniyyət Turizm Nazirliyi layihəyə dəstək oldu. Bu çox böyük layihədir. Uzun zamandır hazırlıq aparırıq. Qrupda işləyən hər kəsə minnətdarlığımı bildirirəm”.

   Filmə Türkiyənin tanınmış rejissorlarından Mehmet Ada Öztekin quruluş verəcək. O, çəkiliş başlamazdan öncə film haqqında danışmağın çətin olduğunu bildirdi: “Mahmud Məryəmromanı güclü bir ideyanı daşıyır. Belə əsərlərin kinoya gətirilməsi maraqla qarşılanır. Lakin romanı film kimi yenidən inşa etmək olduqca çətindir. Biz çalışmışıq, ana hekayəni saxlayaq. Çünki burda çox güclü məqamlar var, dinlərarası toqquşma, qəzəb, həmçinin eşq, ali duyğular göstərilir. Çarəsizlik, ümidsizlik kimi məqamlar vurğulanır. Mən bütün bunları rejissor olaraq tamaşaçıya çatdırmağa çalışacağam”.

   Filmin bəstəkarı Aygün Səmədzadə yaradıcı heyətin bütün üzvlərinə uğurlar arzu etdi: “Düşünürəm ki, film əsərə xələl gətirmədən lentə alınacaq. Bu, bizim gənclik dövrümüzün ən məşhur məhəbbət dramıdır. Sevinirəm ki, filmə musiqi bəstələmək mənə qismət olub”.

   Filmdə çəkiləcək aktyorlar çıxış edərək fikir düşüncələrini bölüşdülər. Qəmərbanu rolunun ifaçısı aktrisa Məlahət Abbasova layihə üzərində uzun zamandır getdiyini dedi, filmdə rol alan aktyorlara inandığını bildirdi.

   Ziyad xan rolunun ifaçısı Xalq artisti Fəxrəddin Manafov bu əsəri gənc vaxtlarında oxuduğunu o zaman Mahmud rolunu oynamaq arzusunda olduğunu dedi: “Təəssüf ki, vaxt öz işini görür. Lakin illər sonra bu layihəyə dəvət almağıma görə məmnunam ümid edirəm ki, film uğurlu alınacaq”.

   Keşiş rolunun ifaçısı türkiyəli aktyor Mehmet Çevik ilk dəfə belə bir obrazı canlandıracağını bildirdi: “Rol marağımı çəkdi. Həm bu cür ortaq layihədə iştirak etmək sevindirici haldır. Filmlə bağlı son sözü isə tamaşaçı söyləyəcək”.

   Mətbuat konfransında qeyd olundu ki, Azərbaycan Türkiyənin mədəniyyət turizm nazirliklərinin dəstəklədiyi filmin çəkilişləri 10 həftə davam edəcək.

   Gəncədə başlayan hekayə, hökmdar Ziyad xanın müsəlman oğlu Mahmud xristian keşişin qızı Məryəmin imkansız məhəbbətini əks etdirir. Mahmud Çaldıran döyüşünün güclü təsiri ilə qarşılaşdığı zaman həyatın həqiqətləriylə üzləşir. Burada adi bir eşq deyil, həm bir axtarış var. Bu da sevgi axtarışıdır. sevgini axtararkən insanın özünü tapması önə çəkilir.

   Filmdə baş rolları türkiyəli aktyor Aras Bulut İynemli (Mahmud) qazaxıstanlı aktrisa Eva Dedova (Məryəm) oynayacaqlar. Aras Bulut İynemli Azərbaycan tamaşaçılarınaÖyle bir geçər zaman ki...” serialından (Mete) yaxşı tanışdır.

   Ekran əsərində həmçinin Azərbaycanın Türkiyənin tanınmış aktyorları Ramiz Məlik, Şamil Süleymanov, Murad Abdullayev, Rövşən Ağayev, Şafak Başkaya, Tomris İncer, İlker Kızmaz, Ufuk Şen, Cemal Hünal, Hollivud filmlərində çəkilmiş Kristina Krepela rol alıblar.

   Filmin ilkin hazırlıq çəkilişlərində 150 nəfərlik heyət işləyir. Layihədə 25 nəfərlik dublyor heyəti sürpriz qonaq aktyorlar da var. Aktyorlar 3 ay ərzində döyüş səhnələri üçün at minmə qılıncdan istifadə etmə təlimi keçiblər. Film türk dilində çəkiləcək hər bir ölkədə ekranlara müvafiq dublyajla çıxacaq. Filmdə rol alan Azərbaycan aktyorları türk dilinə yiyələnmək üçün bir müddət hazırlıq prosesi keçiblər.

   Çəkiliş qrupu iyulun 19-da Şəkiyə yola düşüb. Çəkilişlər Bakı, Şəki, Qax, Qobustanda, həmçinin Türkiyənin Safranbolu, Düzce, Bolu, Sakarya İstanbul şəhərlərində, o cümlədən pavilyonlarda aparılacaq. Filmdə təlim keçmiş qartal qurdla bağlı bəzi səhnələrin Macarıstanda çəkilməsi nəzərdə tutulur. Ekran əsərində vizual effektlər olduğundan, post-prodakşn (istehsaldan sonrakı mərhələ) 3 ay davam edəcək. 120 dəqiqəlik film Azərbaycan, Türkiyə Avropa ölkələrinin kinoteatrlarında, daha sonra televiziyalarda göstəriləcək.

 

 

    Reyhan İsayeva

 

    Mədəniyyət.- 2012.- 20 iyul.- S. 8.