Qədim binada yeni teatr ənənələri

 

   Gəncə Dövlət Kukla Teatrı yetişən nəslin maraq tələbatı ilə ayaqlaşmağa çalışır

  

   Ölkəmizdə fəaliyyət göstərən beş kukla teatrından biri Gəncə Dövlət Kukla Teatrıdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli qərarı ilə yaradılan teatr şəhərin ən gözəl memarlıq obyektlərindən sayılan alman lüteran kilsəsinin binasında yerləşir. XIX əsrin yadigarı olan bina 1885-ci ildə Gəncədə yaşamış almanlar tərəfindən inşa edilib. Teatrın direktoru Bayram Fətəliyev tarixi binada fəaliyyət göstərən kollektivin Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına xidmət etdiyini dedi. Söhbət əsnasında teatrda səhnəyə qoyulan uğurlu tamaşalardan, iştirak etdikləri yerli beynəlxalq festivallardan söz açan direktor teatr-tamaşaçı münasibətlərinə toxundu:

  

   - Teatrın fəaliyyəti dövründə 100-ə yaxın tamaşa hazırlanıb. Bu sıradakı uğurlu işlərimizdən xalq nağılları əsasında hazırlanmışQız qalası”, “Məlikməmməd”, “Göyçək Fatma”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, N.GəncəvininGül zəhər”, “Xeyir Şər”, Əli SəmədlininArtıq tamah baş yarar”, “Meşə çaqqalsız olmaz”, “Əhmədin vəfalı xoruzu”, C.MəmmədquluzadəninPoçt qutusu”, R.HəsənlininAğca sarıca”, M.SeyidzadəninBüllur qəsr”, R.SəməndərinÇətin məsələ”, R.ƏlizadəninKeçəlin toyu”, M.AliminNoxudu keçəlin nağılı”, dünya ədəbiyyatı nümunələrindən N.Kassionunİki dəcəl şirciyəz”, A.S.PuşkininQızıl balıqtamaşalarını qeyd edə bilərəm.

   Teatrımız 8 nəfərlik aktyor heyəti ilə bu gün balalarımızın estetik zövqünün formalaşmasına, dünyagörüşünün zənginləşməsinə xidmət edir. Nəzərinizə çatdırım ki, teatrımız yalnız tamaşa hazırlamaqla kifayətlənmir, təqvim boyu müxtəlif bayramların, əlamətdar günlərin qeyd olunmasını da diqqətdə saxlayır. Belə ki, Yeni ilin gəlişi münasibətiləKarnaval, karnaval”, Novruz bayramı ilə əlaqədarNovruz gəlir, yaz gəlir”, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi GününəDünyanı uşaqlara verək”, məktəblilərin payız tətili günlərində onların asudə vaxtının maraqlı səmərəli keçməsi üçünƏn yaxşı uşaq tamaşalarına baxışdevizi altında silsilə tamaşalar nümayiş etdiririk.

    - Bayram müəllim, teatrın uğurlu fəaliyyətini şərtləndirən amillərdən biri onun iştirak etdiyi festivallar, əldə etdiyi nailiyyətlərdir. Bu mənada Gəncə teatrının hansı uğurlarını sadalaya bilərsiniz?

 

   Bayram Fətəliyev

 

   - Teatrımız bir çox beynəlxalq festivallarda uğurla iştirak edib. Bu sırada 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilən Şərq xalqları kukla teatrları festivalını, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində təşkil olunan beynəlxalq kukla teatrları festivalını qeyd etmək istərdim. Bundan əlavə, 1999, 2001 2003-cü illərdə Türkiyənin İzmir şəhərində düzənlənən ənənəvi kukla kölgə oyunları festivalının da iştirakçısı olmuşuq. 2004-cü ildə keçirilən 10-cu Beynəlxalq Bursa Qaragöz kukla kölgə oyunları festivalında da uğurla təmsil olunmuşuq. 2005-ci ildəSehrli pərdə» uşaq tamaşaları festivalının (Bolqarıstan) «Milli klassiklər kukla teatrlarının səhnəsində” (Ukrayna) teatr tədbirinin fəal iştirakçısı olmuşuq. 2008-ci ildəKeçəlin toyutamaşası ilə Ukrayna, 2009-cu ildə isəArtıq tamah baş yararəsəri ilə Bolqarıstanda çıxış etmişik.

   - Sadaladığınız bu festivallardan əldə etdiyiniz təcrübənin yəqin ki, yaradıcılıq fəaliyyətinizdə sizə müəyyən köməyi olub.

   - Sözsüz ki, bu festivallar teatrımıza yaradıcılıq baxımından xeyli təcrübə qazandırdı. Ümumilikdə, hər bir tədbir müəyyən mənada görüb-götürmək, yeni isə öyrənmək baxımından çox əhəmiyyətlidir. Bu mənada ötən il paytaxtımızda təşkil olunan beynəlxalq kukla teatrları festivalını xüsusilə qeyd etmək istərdim. Bu tədbir Azərbaycanı zəngin ənənələrə malik teatr ölkəsi kimi, həm kukla teatrları məkanı kimi göstərə bildi. Bu teatr bayramlarında biz başqa ölkələrin kukla tamaşalarına baxaraq onlarda gördüyümüz yenilikləri əxz etməyə çalışırıq. Xarici ölkə teatrları ilə tanışlığımız həm kollektivin inkişafına müsbət təsir göstərir, həm teatrın yaradıcılıq potensialını artırır.

   - Teatrın uğurlu fəaliyyətini şərtləndirən əsas faktor isə təbii ki, onun tamaşaçı auditoriyasıdır. Bu da öz növbəsində hazırlanan tamaşalardan, repertuar siyasətindən asılıdır...

   - Təbii ki, hər bir teatr sabit tamaşaçı auditoriyası qazanmaq üçün özünün repertuar siyasətinə daim diqqət yetirməlidir. Bizim teatrın repertuar planı əsasən yerli klassik xarici ölkə müəlliflərinin əsərlərinə əsaslanır.

   - Bəs rejissura məsələsi necədir? Teatrınızın 8 nəfərlik aktyor truppasını bir rejissora həvalə etmək, onun təxəyyülünün öhdəsinə buraxmaq nəticə verir?

   - İndi bir çox teatrlar fərqli quruluşda, yeni yozumda tamaşalar hazırlamaq üçün xarici ölkələrdən teatr mütəxəssisləri dəvət edirlər. Bu, çox vacibdir. Teatrın yaradıcılıq səviyyəsini artırmaq üçün daim axtarışda olmaq gərəkdir. Bu baxımdan biz tək-tək hallarda olsa da, digər teatrlardan rejissor dəvət edirik. Amma hələlik tamaşa hazırlamaq üçün başqa ölkələrdən mütəxəssis dəvət etməmişik. Ümumilikdə götürsək, sırf kukla teatrı üçün rejissor aktyor baxımından müəyyən qayğılarımız var. Xüsusilə kukla teatrı üçün aktyor tapmaq çətindir.

   - Xaricdən mütəxəssis dəvət olunması həm təcrübə mübadiləsinə, teatrlarımızın dünya teatr aləminə inteqrasiyasına zəmin yaradır...

   - Sözsüz ki, bu da çox mühüm amildir. Ümumiyyətlə, uğurlu mübadiləni şərtləndirən bir çox faktorlar vardır bunların da əsasını işin maddi tərəfi təşkil edir. Yəni teatrların maliyyə imkanları qədər geniş olarsa, yaxın-uzaq əlaqələr daha sıx olar.

   - Bəs ölkəmizdəki digər kukla teatrları ilə necə, yaradıcı əlaqələriniz varmı?

   - Gəncə Dövlət Kukla Teatrı Bakı, Salyan, Qax kukla teatrları ilə əlaqələr saxlayır.

   Respublika festivallarında, digər mədəniyyət tədbirlərində görüşür, ünsiyyət yaradır, yeniliklərlə tanış oluruq. Onu da qeyd edim ki, teatrımız Gəncə şəhərindən savayı, ətraf rayon kəndlərdə tamaşalar göstərir.

   - Teatrlarımızın beynəlxalq arenaya çıxışı milli səhnə sənətimizin özünəməxsusluğunu, inkişafını nümayiş etdirmək üçün imkan yaradır. Bu məqamı siz diqqətdə saxlayırsınızmı?

   - Teatrımız Ukraynada keçirilən festivalda məhz «milli adət-ənənələrin qorunub saxlanılması» nominasiyasında diploma layiq görülmüşdü. Yəni biz Azərbaycan teatrının özünəməxsusluğunu qoruyub saxlamağa çalışırıq. Düşünürəm ki, hər xalqın özünün teatr ənənəsi, siması var xalq öz fərqliliyini həm bu vasitə ilə göstərə bilər.

   - Bəs texniki elementlər, vizuallıq baxımından necə?

   - Hər hansı tamaşanın hazırlanması üçün güclü rejissor təxəyyülü qədər vacibdirsə, işıq səs effektləri bir o qədər əhəmiyyətlidir. Texniki səviyyə həddindən aşağı olarsa, yüksək yaradıcılıqdan danışmağa dəyməz.

   - Uşaqların teatra, incəsənətə alışdırılması həm teatral tamaşaçı yetişdirmək deməkdir. Balacalarda teatra maraq görürsünüzmü?

    - Uşaqlar həmişə teatra maraq göstərir, onu sevirlər. Bu əvvəllər belə idi, indi . Sadəcə, gərək valideynlər bu sahədə maraqlı olsunlar, onlarda teatra həvəs yaratsınlar.

   Digər tərəfdən, uşaqların teatra marağını artırmaq üçün mütəmadi olaraq uşaq müəssisələri ilə əlaqə saxlamaq lazımdır. Uşağa onun başa düşəcəyi tərzdə demək göstərmək gərəkdir. Çox təəssüf ki, bəzi texniki səbəblərə görə bu gün tamaşalarımız azyaşlı tamaşaçılarımızı tam qane edə bilmir. Bu gün ötən dövrlərlə müqayisədə uşaqların teatra münasibətində dəyişiklik hiss olunur. Texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqların intellektual səviyyəsi yüksəlir, tələbi artır. Teatrda uşağa elə tamaşalar göstərməlisən ki, yaxşı mənada, onu təəccübləndirə biləsən.

    - Repertuardan danışarkən uşaq ədəbiyyatının son durumu istər-istəməz göz önündə canlanır. Günümüzün uşaq ədəbiyyatını siz necə qiymətləndirirsiniz?

   - Bu sahədə bizim qayğılarımız var. Biz repertuar tərtib edərkən müəyyən çətinlik çəkirik. İndi uşaqlar üçün yazan müəlliflərimiz olduqca azdır. Ona görə biz daha çox klassikaya müraciət edirik. Elə sonuncu hazırlanmış tamaşamız da klassik nümunə, M.F.AxunzadəninHekayəti-xırs-quldurbasanəsəri olub.

  

 

   Söhbətləşdi: Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2012.- 20 iyul.- S. 7.