“Birlik Gəncləri Günü”
Moskvada MDB gəncləri
arasında mədəniyyətlərarası dialoqun
inkişafına xidmət edən layihə start
götürüb
Moskvada
keçirilən “Birlik Gəncləri Günü” proqramında iştirak
etmək üçün MDB ölkələrindən
120 gənc ictimai lider,
o cümlədən Azərbaycan nümayəndə
heyəti Moskvaya gəlib. Heyətin tərkibinə
Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının, “İrəli” və digər təşkilatların
təmsilçiləri daxildir.
Rusiya Prezidentinin MDB ölkələri ilə əlaqələr üzrə xüsusi nümayəndəsi və “Rossotrudniçestvo” Federal Agentliyinin rəhbəri Konstantin Kosaçev Moskvada keçirilən brifinqdə gənclər arasında mədəniyyətlərarası dialoqun inkişafına dair tədbirlərdə gənc liderlərin iştirakına yol açmaq məqsədilə həyata keçirilən layihənin məqsəd və vəzifələrindən danışıb.
Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu çıxışında MDB ölkələri gəncləri arasında daha sıx əlaqələrin qurulması üçün bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib: “Bu layihə MDB ölkələrinin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olmalıdır. Gənc liderlərin görüşü qarşılıqlı fəaliyyətin bütün cəhətləri üzrə faydalı və açıq fikir mübadiləsi, perspektiv əməkdaşlıq prioritetlərinin müzakirəsi üçün yaxşı imkandır”.
Brifinqdə qeyd edilib ki, layihənin proqramına missiyanın MDB ölkələri ilə elmi, mədəni, iqtisadi, humanitar, informasiya sahələrində əlaqələrin möhkəmlənməsinə kömək edəcək tədbirlər daxil edilib.
İştirakçılar “Birlik Gəncləri
Günü” beynəlxalq gənclər
düşərgəsində iştirak edəcək,
Rusiya Federasiya
Şurasında, Dövlət Dumasında, XİN-də, “Rossotrudniçestvo” agentliyində, İctimai Palatada
görüşlər keçirəcəklər. Tədbir
çərçivəsində geniş ekskursiya proqramı nəzərdə tutulub. MDB ölkələrinin gənclərdən
ibarət nümayəndə heyətlərinin səfəri iyulun 26-da başa çatacaq.
Mədəniyyət.-
2012.- 20 iyul.- S. 5.