Sərkərdə-şair
Kitabxanada
Şah İsmayıl Xətainin yubileyi münasibətilə tədbir
Bakı şəhəri Xətai
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan
Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə,
şair Şah İsmayıl Xətainin (1487-1524) 525 illik
yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin mədəni-kütləvi
işlər, kitabxanalar, mədəniyyət evi və muzey
işi sektorunun məsləhətçisi Səbinə Məmmədova,
Yazıçılar Birliyinin təmsilçiləri, Prezident
təqaüdçüləri Dayandur Sevgin, şairə
Narıngül, Balayar Sadiq, “Qızıl qələm”
mükafatı laureatları, şairlər Əbülfəz
Ülvi, Şəfiqə Ataxanqızı və
başqaları iştirak ediblər.
Tədbiri MKS-nin direktoru Oruc Quliyev
açaraq Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsi tərəfindən əlamətdar
günlər, görkəmli şəxsiyyətlərin
yubileyləri ilə bağlı müntəzəm tədbirlərin
keçirildiyini nəzərə çatdırıb. MKS-nin 1
saylı filialının müdiri Ş.Orucov Şah
İsmayıl Xətainin dövlət xadimi və şair kimi
həyat və fəaliyyəti haqqında məlumat verib.
Şairlər D.Sevgin, Ə.Ülvi Xətainin
yaradıcılığından söz açıb, şeirlərini
söyləyiblər. Tədbirdə Xətainin şeir və
qəzəllərindən nümunələr səslənib.
Mədəniyyət.-
2012.- 25 iyul.- S. 15.