Ağdaşda Ordubadinin 140 illik yubileyi qeyd olunub

 

   Ağdaş Rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı, publisist, jurnalist, ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

   Ədibin yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən gerçəkləşən tədbirdə çıxış edənlər Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi tanınan sənətkarın həyat yaradıcılığından söz açıblar. Qeyd olunub ki, M.S.OrdubadininDumanlı Təbriz”, “Gizli Bakı”, “Döyüşən şəhər ömrünün son illərində qələmə aldığıQılınc qələmromanları uzun illər Azərbaycan oxucularının sevdiyi, dönə-dönə mütaliə etdiyi əsərlər olub. Böyük yazıçının əsərlərinin əksəriyyəti bu gün öz aktuallığını qoruyub saxlayır. Bu da yazıçının bənzərsiz istedadından xəbər verir.

 

 

   Mədəniyyət.- 2012.- 25 iyul.- S. 15.