ABŞ-da Ağdamın işğalının
19-cu ildönümü ilə
bağlı anma tədbiri
ABŞ-ın Florida ştatının Mayami
şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika
Mədəniyyət Assosiasiyası Ağdam
rayonunun erməni silahlı qüvvələri
tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı anma tədbiri keçirib.
Ölkəmizin Vaşinqtondakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Amerikada yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi nümayiş etdirilib. Qeyd edək ki, bu sərgi daha öncə ABŞ-ın müxtəlif ştatlarında bir neçə dəfə nümayiş olunub.
ABŞ-ın zəngin incəsənət mühiti ilə səciyyələnən Mayami şəhərinin çoxsaylı etnik icmalarının üzvləri, o cümlədən türk, rus, yəhudi, rumın və Latın Amerikası ölkələrinin icma təşkilatlarının nümayəndələri, həmçinin Florida ştatının Brovord dairəsi şerifi ofisinin təmsilçiləri tədbirdə iştirak ediblər.
Brovord dairəsi şerifinin müavini Şon Keysi bu cür tədbirlər vasitəsilə Florida ştatının rəsmilərinə azərbaycanlı icma ilə tanış olmaq imkanı verdiklərinə görə Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasına minnətdarlığını bildirib.
Assosiasiyanın rəhbəri Töhfə Eminova tədbirdə çıxış edərək Mayami-Deyd dairəsinin meri və idarə heyəti üzvləri adından floridalı azərbaycanlılara ünvanlanan təşəkkür məktubunu çatdırıb. Dairə meri Karlos Gimenez və idarə heyətinin sədri Co Martinezin adından göndərilən məktubda azərbaycanlı sakinlərə Mayami icmasının müxtəlifləşdirilməsinə verdikləri töhfəyə və qarşılıqlı mədəni anlaşmanın möhkəmləndirilməsində iştiraklarına görə minnətdarlıq ifadə olunub.
Anma
tədbirində iştirakçılara Ağdam
rayonunun işğalı, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycan haqqında kitablar
və müxtəlif materiallar
paylanılıb.
Mədəniyyət.-
2012.- 25 iyul.- S. 8.