On il yol gələnAxırıncı qatar

 

   Həyat həmişə mübarizə olub, çox vaxt qəddar amansız mübarizə. Bu dünyada mübarizə apararaq, bir-birimizə qalib gələrək sabaha addım atırıq. Açdığımız hər səhər bizə dünənimizin qurbanı bahasına başa gəlir. Burada hər zaman güclülər qalib çıxır.

  

   İnsan dünyaya gələndən bəri hakimlik etməyə (güclüdürsə), yaxud kiminsə himayəsinə sığınmağa (zəifdirsə) meylli olub. Azadlığı sevənlərsə... azadlığı sevənlərin sonu olmayıb desək, daha düzgün səslənər. İstənilən halda sərbəst, əsl insan kimi yaşamaq istəyənlər, vicdanlı olanlar müəyyən maneələrlə rastlaşıblar.

   Gənc Tamaşaçılar Teatrının səhnəsində repertuardan düşməyən bir tamaşa oynanılır: “Axırıncı qatar, yaxud itlər”. Builki teatr mövsümünün sonuna yaxın mən bu səhnə əsərinin tamaşaçısı oldum. Tamaşanı cəlbedici edən məqam, zənnimcə, əsərdə insan, cəmiyyət həyata fəlsəfi baxışın sadə dildə verilməsidir. K.SergeyenkonunƏlvida, yarğanpovesti əsasında İlqar Fəhmi tərəfindən teatrallaşdırılan əsər tamaşaçını dərindən düşünməyə vadar edə bilir. Burada insanların həyatı, cəmiyyət yarğandakı hadisələr şəklində əks edilir. Səfillər üçün Brodveyjanrında hazırlanan tamaşada insani xarakterlər yiyəsiz yaşayan küçə itlərinin yarğanında baş verən hadisələrin fonunda açılır. İnsan taleləri komik düşündürücü səhnələrlə qabardılaraq fərqli üslubda tamaşaçıya çatdırılır.

   Əsərdə insanların yaşayaraq üzləşdikləri problemlər, onlar arasındakı ayrı-seçkilik, dostluq, acizlik, iradə s. əks olunur. Hətta atılmış uşaqların surətini burada görmək mümkündür. Cəmiyyətin rastlaşdığı bütün mənfilikləri itlərin yarğanında baş verən hadisələrin əhatəsində açmağa çalışan yazıçı-ssenarist İlqar Fəhmi bunun öhdəsindən ustalıqla gəlib. Əsas obyekt isə insan taleləridir. Fərqinə varmadan, laqeyd yanaşdığımız insanlar. Bəzən hər gün küçədə, işdə, qonşuluqda rastlaşdığımız insanlar var ki, biz onların yanından adi, heç olmamış kimi, fərqinə varmadan ötüb keçirik. Bu insanların həyatı bizə maraqlı deyil. Onların problemləri, yaşam tərzi bizi maraqlandırmır. Elə bu tamaşa da bizə bir-birimizə laqeyd münasibətlərimizi açıb göstərir.

   Tamaşada lirik, kövrək notlardan da yan keçilməyib. Musiqini çox sevən itin taleyi ilə yanaşı, vətən həsrətli Panasonik adlı pişiyin obrazı da diqqətdən kənarda qala bilməz. Tam insan həyatında olduğu kimi. Vətəni Yaponiyadan uzaq düşən bu pişik doğma yerlər üçün darıxsa da, özünü sındırmır, dostu Məğrur adlı itin yanında hər zaman qaldığı ailəni tərifləyir sahiblərinin onu çox sevdiklərini söyləyir. Halbuki bu heç belə olmur.

   Yarğanda da, insan cəmiyyətində olduğu kimi, güclü ağalıq edir. Bu güclü itin adı isə Qaradır. Xarakterinə əməllərinə görə adlandırılan itlər elə öz adları ilə obrazlarını da əks etdirirlər. Qara ağalıq etdiyi itlərə pislik edər, yarğanda heç bir itin sərbəst hərəkət etməsinə aman verməz.

   İnsan cəmiyyətində olduğu kimi, bu aləmdə müxtəlif xasiyyət xarakterlərə rast gəlmək olar: xoş auralı, dərin düşünən, xəbərçilik edən s. Yarğana təsadüfən düşən, sahibləri tərəfindən atılan iki balaca itin həsrətlə yola göz dikib öz sahiblərini gözləmələri, atılmaları ilə heç cürə barışmamaları bizə bu gün internat evlərində böyük ümidlərlə valideynlərini gözləyən, gözüyaşlı uşaqları xatırladır. İtlərin arasında oxumağı çox sevən Manıs adlı biri var. Optimist, həyata nikbin baxışları ilə seçilir. Ən böyük arzusu böyük səhnədə çıxış etməkdir. Qara isə hər zaman onun oxumasına mane olar onu bu hərəkətinə görə tənqid edib alçaldar. Manısın sevimli məşğuliyyəti axşam işdən qayıdan kasıb insanlar üçün pulsuz oxumasıdır. Hər gün axırıncı qatarla qayıdan kasıblara konsert vermək onun həyatının vacib amalıdır. Onu da qeyd edək ki, tamaşanın musiqisini görkəmli bəstəkar, mərhum Oqtay Kazımi yazıb.

   Yarğanın professoru isə elə sakitcə başını qəzet-jurnal oxumaqla qatan, üzüyola biridir. Yarğanda baş verən hadisələrə qarşı dayanan, haqsızlıqları qəbul etməyən heç zaman özünü yarğanın sakini hesab etməyən bir obraz da var tamaşada. Məğrur obrazı. Onun adı kimi özü məğrurdur. Yarğanın sakini olmasa da, Qaraya baş əyməsə , lazım olan anda hər zaman buradakıların köməyinə çatar, öz yardım əlini məkanın aciz sakinlərindən əskik etməz. Məğrurun Panasoniklə məhəbbət hekayəsi müəllifin maraqlı tapıntısıdır. Burada millətlərarası münasibətlərin əks olunması ilə yanaşı, eyni zamanda sosial vəziyyətin nəzərə çatdırıldığının şahidi oluruq. Məğrur varlı ailədə yaşayan Panasoniki sevsə , özü evsiz-eşiksiz, heç nəyi olmayan biridir. Amma onlar xarakterlərinə görə bir birlərinə çox yaxındırlar. Bu münasibətlərdə bir daha insani hisslərdə maddi vəziyyətin deyil, mənəvi uyğunluğun önəmli olduğu ön plana çəkilib. Yarğandakılar bu cütlüyü qəbul etmək istəmir. Onlar üçünsə bunun heç bir əhəmiyyəti yoxdur. Heç zaman bir-birlərini tək qoymurlar. Dostluqları da möhkəmdir. Tamaşa boyu insanlara məxsus ən gözəl xüsusiyyətlər insani keyfiyyətlər Məğrur obrazının vasitəsilə tamaşaçıya çatdırılır.

   Hər zaman bəd əməllər barədə düşünən Qaranın Manısı mahnı oxumağına görə yarğandan qovması ilə hadisələr sona yaxınlaşır. Güclü itlərin Manısa hücum edib onu öldürməsindən sonra ətraf aləmə müharibə elan edən Qara bütün yarğanı uçuruma aparır. Yarğan yerlə-yeksan olur. Məğrur da bu acı səhvin qurbanı olur. O, özünü dostlarının yolunda qurban verir. Yarğanın bütün sakinləri it ovçularının qurbanına çevrilirlər. Bu da son.

   Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova müəllifin fikirlərinə ustalıqla səhnə həlli verib. Aktyorların bacarıqlı oyunu da bunu tamamlayır. Xüsusilə əməkdar artistlər Nofəl Vəliyev (Məğrur), Şövqi Hüseynov (Manıs), İlqar Cahangirovun (Qara) oyununu qeyd etmək gərəkdir. Tamaşa 10 ildən artıq oynanılmasına baxmayaraq, aktuallığını saxlaya bilib. İnsan cəmiyyətinin eybəcərliyi müsbət cəhətlərini göstərən səhnə əsəri hər birimizi düşünməyə ətrafa diqqət yetirməyə vadar edir.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 27 iyul.- S. 11.