Uğurların qanadında

 

   Azərbaycan musiqisinin tanıdılması və təbliğində istedadlı gənc ifaçılarımızın mühüm payı var. Müxtəlif festival və müsabiqələrdən xoş soraqlarını eşitdiyimiz gənclər milli incəsənətimizə layiqli töhfə verirlər.

  

   Belə gənclərin sırasında Araz Həmidzadə də var. O, 1990-cı ildə Bakıda anadan olub. Səbail rayonu 3 saylı uşaq musiqi məktəbinin tar sinfində 3 il oxuduqdan sonra 2004-cü ildə Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas musiqi məktəb-studiyasının 4-cü tar sinfinə qəbul olunub. Təhsil müddətində sənətin sirlərinə yiyələnib, müxtəlif tədbirlərdə muğam, mahnı Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə ifa edib. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin «İnstrumental ifaçılıq» fakültəsinin tar şöbəsinə qəbul olunub.

   İndiyədək respublikada keçirilən bir sıra müsabiqələrdə iştirak edib. 2002-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilənQönçəfestivalında, 2005-ci ildə isə Xalq artisti, tarzən Hacı Məmmədov adına VII Bakı Uşaq Musiqi Müsabiqəsində uğurla çıxış edib. «Oxu tar-2005» I Bakı Müsabiqəsində yüksək səviyyəli ifaya görə Bakı Şəhər Mədəniyyət İdarəsinin 2-ci dərəcəli diplomuna layiq görülməklə müsabiqənin laureatı olub. Həmin il Xalq artisti, tarzən Bəhram Mansurov adına I Muğam Müsabiqəsində əla ifaya görə 1-ci dərəcəli diplomla da təltif olunub.

   Daim üzərində çalışan ifaçı uğurdan uğura doğru addımlayıb, zəhmətinin bəhrəsini görüb. 2006-cı ilin mayında Azərbaycan Mədəniyyətinin Dostları Fondu Bakı Musiqi Akademiyasının birgə təşəbbüsü ilə BMA-nın nəzdində orta ixtisas musiqi məktəb-studiyasının 25 illik yubileyinə həsr olunmuş festivalda ikinci yeri qazanıb.

   Həmin il Dünya Əhali Günü münasibətilə BMT-nin Azərbaycan nümayəndəliyininGənclər Azərbaycanda dəyişiklik edirşüarı altında Dövlət Filarmoniyasında təşkil etdiyi konsert proqramında iştirak edib, layihənin qalibi kimi Fransada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak etmək hüququ qazanıb.

   Gənc ifaçı bizimlə söhbətində bildirdi ki, hazırda tar aləti ilə solo ifa etməklə muğam Azərbaycan bəstəkarlarının mahnılarından ibarət albom üzərində çalışır. “Rast”, “Orta Mahur”, “Xaric Segahmuğam dəstgahlarını, görkəmli bəstəkarımız Cahangir Cahangirovun “Ana” mahnısını, xarici bəstəkarlardan F.ŞubertinSerenadaəsərini diskə yazdırıb.

   Araz saz digər simli alətlərdə ifa etməyi bacarır. Gələcəkdə aşıq yaradıcılığına da müraciət etməyi planlaşdırır. Biz gənc istedada öz işlərində uğurlar arzu edirik.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 27 iyul.- S. 6.