Turizm imkanlarımız Cənubi Koreyada nümayiş olunur
Mədəniyyət
və Turizm Nazirliyi ölkəmizi Cənubi Koreyanın
paytaxtı Seulda keçirilən «KOTFA-2012» adlı beynəlxalq
turizm sərgisində təmsil edir.
İyunun 7-də başlayan tədbir
iyunun 10-dək davam edəcək. Sərgidə iştirak etmək
üçün nazirliyin Daxili turizmin inkişafı sektorunun
müdiri Mahir Qəhrəmanov, nazirliyin kollegiyasının məsul
katibi, baş məsləhətçi Tahirə Əliyeva,
Xarici turizm sektorunun məsləhətçisi Səid Rüstəmov,
ölkəmizdə fəaliyyət göstərən «Regea»,
«Millennium Tourism&Congress DMC», «ENC Tours», «İmprotex Travel»
turizm şirkətlərinin əməkdaşlarından ibarət
nümayəndə heyəti Seula yola düşüb.
“Millennium” şirkətinin direktoru
Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə,
iyunun 7-də sərginin rəsmi
açılışından sonra Azərbaycanın Koreya
Respublikasındakı səfiri Rövşən Cəmşidov
ölkəmizin stendini ziyarət edib və nümayəndə
heyətinə uğurlar arzulayıb.
Ruslan Quliyev bildirdi ki, sərgi ziyarətçilərinin
elə ilk saatlardan Azərbaycanın stendinə xüsusi
marağı hiss olunub. Onlar əsasən mətbəximizlə
maraqlanıblar, eyni zamanda, İpək yolu, mədəni
marşrutlar və kombinə edilmiş Qafqaz turları barədə
suallar veriblər.
Qeyd edək ki, «KOTFA-2012» sərgisində
Azərbaycanın turizm potensialının nümayiş
etdirilməsi üçün 27 kvadrat metrlik lövhə icarəyə
götürülüb. Burada ziyarətçilərə
ingilis dilində hazırlanmış 23 adda reklam-çap məhsulları
paylanacaq. Bu sərgidə ölkəmiz artıq 2-ci dəfədir
iştirak edir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 8 iyun.- S. 9.