Eyforiya

 

   Lorinin “Eurovision”dakı qələbəsi ilə eyni gündə Suriyanın 32 vətəndaşının cənazəsi həmin ölkədəki iğtişaşlara bir fakt kimi dünya televiziya tamaşaçılarına təqdim olunanda mən hələ də Afrika əsilli xanımın “Bakı Kristal Zal” səhnəsində təlatümə gələn hisslərinin təsirindən çıxmamışdım. Mən də eyforiya vəziyyətinə düşüb gördüklərimə göz yummaq, “ələmdən nəşəyə” deyib göylərə qanad açmaq istədim. Ancaq gözüm televiziyaya baxırdı, alınmadı.

  

   Xocalı faciəsi günlərində ciyərparələrinin cənazəsi önündə qol qaldırıb rəqs edən xanımlarımız düşdü yadıma. Xeyr, onların hisslərini eyforiya adlandırmaq olmazdı. Görəsən, Lorin öz “Eyforiya”sını unudub qadınlarımızın hüququnu müdafiəyə qalxanda niyə haqları dünya ictimaiyyətinin gözü qarşısında tapdanmış cümlə qadınlarımızın faciəsindən xəbərsiz kimi görünürdü?!…

   Xeyr, siyasət Lorinlik deyil. O öz “Eyforiya”sı ilə eyforiyada olanda daha səmimi, daha nurlu idi. Elə həqiqəti bildiyinə görə də gözəl qəlbinin nəğməsi ilə qəlblərə məşəlindən işıq verən Makedoniya təmsilçisi Kaliopi, sözün həqiqi mənasında, hüquq müdafiəçisi olmasına baxmayaraq, Lorinə qoşulmamışdı. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının fəxri səfiri, Makedoniya iqtisadiyyatının dünyadakı fəxri səfiri, humanitar işlərdə fəal iştirakına görə “Tereza ana” mükafatçısı Kaliopi bir gözünü qara ilə bağladığı şəkillərinin mənasını jurnalistlərə belə izah etdi: “Mən dünyanı gözümlə deyil, qəlbimlə görürəm”.

   İran əsilli Norveç müğənnisi Tooji də hüquq müdafiəçisi idi: “Özümü insanlara həsr edəcəyimi qərara alanda mən problemin mahiyyətini, mövcud qayda-qanunları bilirdim. Amma məni heç kəs dinləmirdi. Bu, məni çox məyus edirdi. Anladım ki, bu işi həyata keçirmək üçün istək yetərli deyil. Mənə hamının dinləyəcəyi bir səs lazım idi”. “Bakı Kristal Zal”ın səhnəsində o öz atəşini nəğməsi ilə belə çatdıraraq: “Çığır-bağır eşidəndə musiqinin səsini gücləndirirəm” oxudu.

   Slovakiya ifaçısı Rok da öz ağır roku ilə dünyanın dərdlərini yüngülləşdirmək imkanına inanaraq yazdığı mətnlə məşəlini alovlandırdı səhnədə: “Ehey, cəhənnəmə gedən yol hardan başlayır? Cavabım budur: mən sarsılanda! Üzülmə! Bütün gecəni dua edib mələkləri çağır ki, həyatımızın keşiyində dursun”. “Eurovision” günlərinin sonunda NATO Parlament Assambleyasının Tallində keçirilən iclaslarına qatılan millət vəkili Qüdrət Həsənquliyev xəbər verirdi ki, “Kristal Zal”dakı final gecəsindən hamı heyranlıqla danışır orda.

   Estoniya təmsilçisi Ott Laplend isə burda Xocalı qaçqınları ilə görüşmüş və bu addımı ilə bir daha sübut etmişdi ki, “Bakı Kristal Zal” Azərbaycan xalqının rəşadətinin rəmzidir. Təcavüzə məruz qalan bu xalq silahların gücü ilə deyil, dünyanı xilas edə bilən gözəlliyin sehri ilə müraciət edir cahana. 2001-ci ildə Estoniya təmsilçisi Kopenhagendə qələbə qazanandan sonra ölkənin baş naziri Mart Laar qalibləri kütlə qarşısında salamlayarkən belə bir tarixi nitq söyləmişdi: “Biz sovet imperiyasının əsarətindən mahnı yolu ilə qurtulduq. İndi biz Avropaya yolumuzu mahnı yolundan salacağıq”.

   Digər Baltikyanı ölkə təmsilçisi, latviyalı Anmari də azərbaycanlıların qəlbinə yolu mahnıdan sala bildi. Mətbuat mərkəzindəki ilk konfransdaca bu sarısaçlı gözəl gitarasının müşayiəti ilə “Sarı gəlin”imizi oxuyarkən bütün zal ayaq üstə onu alqışladı.

   İspaniyalı jurnalistlər isə mətbuat konfranslarının birində mənə aldıqları yeni diski göstərərək bu xüsusda informasiya istədilər. Dedim ki, bu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasıdır. Erməni qızı ilə azərbaycanlı aşığın məhəbbətindən bəhs edir. Sonra isə bir şey mənə qaranlıq qaldı: niyə axı bu jurnalistlər gedib seçib arayıb məhz “Əsli və Kərəm”i alıblar, məgər mağazada “Leyli və Məcnun” olmayıb?.. “Görünür, bura gələnlər çox məlumatlıdırlar münasibətlərdən, əks halda mənə “Əsli və Kərəm”i göstərib fikrimi öyrənmək nəyə lazım idi”,- deyə özlüyümdə götür-qoy etdim. Bəlkə də bu bir təsadüf idi. Sadəcə, “Kristal Zal”da mühafizə xidmətinin çox ciddi təşkili hər müraciətə qarşı diqqətli olmağı zəruri edirdi. Mən dünyada hər il təşkil olunan “Eurovision” yarışmalarını işıqlandıran xarici jurnalistlərdən həmin yarışmalarla bizim “Eurovision” arasındakı fərq barədə soruşanda dedilər ki, fərq sizdə hər şeyin yüksək səviyyədə təşkil olunmasındadır. Təkcə bir mühafizə xidməti usandırıcıdır, uzun-uzadı yoxlayırlar bizi. Dedim, nə edək, düşmənlərimiz, gözü götürməyənlər var. Bunun mənasını “Əsli və Kərəm” operasına maraq göstərən ispan jurnalistləri, yəqin ki, artıq evlərinə qayıdıb Avropa Parlamentinin əleyhimizə çıxardığı qətnamə ilə tanış olandan sonra daha yaxşı anlayacaqlar. Biz Əslini sənət əsərinə çevirib burda yaşadırıq. Avropa Parlamenti isə onun atası Qara keşişin nifrətini insan haqları adı ilə orda.

   İnsan haqları bu gün hər yerdə pozulur. Avropada da, Amerikada da, Afrikada da. Bəs nəyə görə Avropa öz qətnaməsində insan haqları vəhşicəsinə pozulan erməni əsirliyindəki vətəndaşlarımızın deyil, doğma torpaqları əlindən alınan xalqın deyil, digərlərinin haqlarını müdafiəyə qalxıb? Məqsəd aydındır. Haqqımızı bir-birimizdən tələb edərək başlayaq bir-birimizi qırmağa. Mən bu qırğından qorxuram. Çünki İraqda gözümlə görmüşəm ağlar gözlü anaları. Eurovision”da Danimarkanı təmsil edən qrupun üzvlərindən biri iraqlı qız idi. Bağdadda doğulmuşdu. Çörəkpulu qazanmaq üçün küçələrdə tamaşalar göstərən atasına kömək etməklə elə oradaca müğənniliyə başlayan avropalı Soluna Samay digər millətlərin nümayəndələrindən ibarət qrupa qoşulan bağdadlı qızın taleyi ilə maraqlanmağım əbəs deyildi. Belə çıxır ki, siyasətçilərin üzündən viran qalmış ölkələr tək torpaqdan ibarət deyil. Oradan didərgin düşən insanlar dünyanın digər bir nöqtəsində irqindən, dinindən asılı olmayaraq, digər bəni-adəmlərlə can bir qəlb ola bilir. Qvatemalada doğulub Danimarkada məskunlaşan Soluna 5 dildə danışırdı. Bakı Kristal Zal”ın səhnəsində isə nəğməsinə iraqlı qızın dininə məxsus müqəddəs bir kəlmə ilə ucalıq bəxş etmişdi. Bu “inşallahidi. Deyim ki, “Eurovision 2012”də belə beynəlmiləl qruplar tək deyildi. Belarus təmsilçiləri Dmitri Vladimir Kariakin qardaşlarının rusiyalı italiyalı musiqiçilərdən ibarət qrupu, Kuba Rusiya musiqiçilərini bir araya gətirənMandinqaqrupu (Rumıniya) s. bu qəbildən idi. Ümumiyyətlə, millət söhbətinə gəldikdə isə Avropa ölkələri beynəlmiləlçiliyin sanki bir Asiya, Afrika nümunəsi idi. Fransa təmsilçisi, dünya şöhrətli Anqan İndoneziya əsilli, Norveçi təmsil edən Tooji İran əsilli, niderlandlı qız türk əsilli (o öz adını (Aytən) dəyişib Coan edib), qalib Lorin isə Mərakeş-Bərbər əsillidir. Bütün bunların siyasi mənası var idi, yoxsa yox, bilmirəm. Ancaq RusiyanınBuranovskiye babuşkiqrupundan bir ağbirçəyin mətbuat konfransındakı “Biz fəxr edirik ki, kiçik bir Udmurt milləti böyük Rusiyanın təmsilçiləriyikaçıqlaması təsadüf deyildi...

   Müsabiqədə birincilik ağbirçəklərə deyil, gənc Lorinə qismət oldu. O isə həqiqi mənada öz məşəlini alovlandırdıBakı Kristal Zal”ın meydanında: “biz yüksəklərə, yüksəklərə qalxır, İlahiyə can atırıq!” oxuya-oxuya, özünün dediyi kimi, “Azadlıqrəqsini oynadı. Kaş bu rəqsi o bizim üçün Şuşada, Cıdır düzündə oynayaydı...

   Qələbədən sonrakı mətbuat konfransında Lorinə yaxınlaşıb dedim ki, “məncə, sənin ananın xoşbəxtliyi səninkindən artıqdır bu gün. Axı bütün analar balalarının sevincinə onlardan çox sevinirlər”. Lorinin mətbuat konfransına dəvət almış anasının sevincini oğlunu Vətən dərdli görmək istəməyən bir ana olaraq duyub, duyğulandım. Sonra isə Lorin jurnalistləri tərk edəndə, prodüserinin müsahibə verdiyini görüb ona yaxınlaşdım. Lorinə verilən qızıl güllərdən ibarət böyük gül dəstəsini o, əlində tutmuşdu: “Olar, siz Lorinin bayaq şəkil çəkdirdiyi yerdə əlimdə o qızıl güllər mənimlə durub şəkil çəkdirəsiniz. Bir anlığa mən Lorin olum, siz mənim prodüserim”. O, məmnuniyyətlə razılıq verdi. Bu anda tanımadığım bir xarici telereportyor mikrofonu mənə tutub: “Eyforiyadeyərsinizmitəklif etdi. “EYFORİYA” dedim, lakin oxumadım. Çünki Lorin ola bilməzdim. Lorin isə heç vaxt Vətənimi mənim qədər sevə bilən bir jurnalist ola bilməyəcək...

  

 

   Sədaqət Kamal

 

   Mədəniyyət.- 2012.- 8 iyun.- S. 12.