Teatr inzibatçısı

 

  Səhnə arxasında qalanlar

   

   “İnzibatçılıq işinin düzgün təşkili tamaşanın uğuruna xidmət edir”

  

   Hər bir tamaşanın ərsəyə gəlməsində, yaradıcı kollektivlə yanaşı, bir çox insanların - texniki heyətin, inzibatçı işçilərin böyük əziyyəti və əməyi var. Məşhur bir deyim də var: “Teatr asılqandan başlayır”. Çox güman ki, bu fikir səslənən dövrdə teatrda inzibatçı ştatı yox imiş. Bu gün isə teatra gələn tamaşaçıları ilk olaraq bilet nəzarətçiləri, teatrın inzibatçı işçiləri qarşılayır. Tamaşaçının ümumi ovqatı, səhnə əsərinə baxıb nə dərəcədə mədəni istirahət edəcəyi də bu qarşılanmadan çox asılıdır.

  

   Sücəddin Sadiyev 35 ildən artıqdır ki, teatrda inzibati işlərlə məşğul olur. İlk dəfə onu təxminən 15 il əvvəl Opera və Balet Teatrında “Leyli və Məcnun” operasına gedən zaman görmüşdüm. O vaxt bu insanın tamaşaçılarla səmimi və xoş davranışı diqqətimi çəkmişdi. “Səhnə arxasında qalanlar” rubrikasında bu dəfə Sücəddin Sadiyevin həyat və sənət yoluna nəzər salacağıq.

   1961-ci ildə Yardımlı rayonunda anadan olub. Hərbi xidməti müvəffəqiyyətlə başa vurub təltif təşəkkürnamələrlə qayıtdıqdan sonra rayonun hərbi komissarlığı onu bu sahəyə - hərbçi peşəsinə yönəltmək istəyib. Amma onun meyli sənətə idi. Bu həvəs onda hələ yeniyetmə yaşlarından yaranmışdı. Bir zamanlar çox populyar olanSəhər görüşləriteleviziya proqramının hər buraxılışından sonra öz yaşıdlarını ətrafına yığar, orada nümayiş olunan səhnələri təqlid edər, aktyorların oyunlarını yamsılayarmış.

   Beləcə, 1981-1985-ci illərdə Mədəniyyət İncəsənət Universitetinin Musiqili komediya aktyorluğu fakültəsində oxuyur. Xalq artistləri Ağakişi Kazımov, Qulu Əsgərov, professor İsrafil İsrafilov Faiq Zöhrabov kimi sənətkarlardan dərs alır. Ali təhsilini başa vurduqdan sonra Teatr Xadimləri İttifaqının nəzdində görkəmli sənətkar, Xalq artisti Eldəniz Zeynalovun yaratdığıSatirateatrında aktyor rejissor köməkçisi işləyir. Bununla yanaşı, Milli Dram Teatrının səhnəsində bir çox rollar oynayır: “Vaqif”də xanəndə, “Şeyx Xiyabani”də inqilabçı s.

   Həsənağa Turabov, Məlik Dadaşov, Əlabbas Qədirov, Mikayıl Mirzə kimi korifey sənətkarlarla tərəf-müqabil olur.

   Bir müddət sonra sənət yolunu Opera Balet Teatrında davam etdirir. Burada aktyor kimi fəaliyyət göstərməklə yanaşı, ilk dəfə olaraq teatrın inzibati işləri ilə məşğul olmağa başlayır. Biletlərin yayılması, məktəblilərin teatra cəlbini təşkil edir. Tədricən bu sahədə püxtələşir. Bilet sahəsi üzrə böyük inzibatçıdan inzibati sahə üzrə direktor müavini vəzifəsinə qədər yüksəlir. 1985-2005-ci illərdə bu teatrda fəaliyyət göstərdikdən sonra 2006-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına baş inzibatçı kimi dəvət edilir. Hazırda bu sənət ocağında işləyir.

   Çalışdığı sahənin özəllikləri barədə danışan Sücəddin Sadiyev bunları dedi: “Hazırda respublikamızda inzibati sahəni dərindən bilən mütəxəssislərimiz azlıq təşkil edir. Bu, çox çətin işdir. Burada hər kəsin öz dili ilə danışmağı bacarmaq lazımdır. İnsanları teatra cəlb etmək üçün təşkilatçılıq bacarığın olmalıdır. İnzibatçılıq işinin düzgün təşkili tamaşanın uğuruna da xidmət edir. Zal dolu olanda aktyor daha da ürəklə oynayar. Alqış gur olarsa, aktyorun qəlbi gülər”.

   Həmsöhbətim deyir ki, yeniyetmə gənclərdə teatra marağın artırılması xüsusi önəm kəsb edir: “Bu, onların dünyagörüşünü artırır. Onsuz da televiziyalarda internetdə əyləncələr, müxtəlif sahələr üzrə informasiyalar üstünlük təşkil edir. Amma uşaqların bədii-estetik zövqünü formalaşdırmaq lazımdır. Onlar teatra gələndə tarixi janrda yazılmış əsərlərimizə, milli ruhda olan tamaşalarımıza baxmaqla yanaşı, dünya klassikasını da mənimsəyə bilirlər. Qarabağnamətamaşasında (İlyas Əfəndiyev) Azərbaycan tarixinin mühüm bir dövrü əks olunub. MəktəbliXəcaləttamaşasına (Hüseynbala Mirələmov) baxanda başa düşür ki, Vətən sevgisi insanın daxili aləminin zənginliyidir, bu, heç bir pulla ölçülən hiss deyil. Demək, teatra gələn şagird həm mədəniyyətimizlə tanış olur, tariximizi öyrənir, həm həyata baxışı formalaşır. Məsələn, bu il böyük ədib M.F.Axunzadənin 200 illik yubileyi geniş şəkildə qeyd olunur. Əgər şagird təkcə əsəri oxumaqla kifayətlənməyib teatra gəlsə həmin əsərin səhnə variantını tanınmış aktyorlarımızın ifasında görsə, bu daha da effektli olar.

   Bir inzibatçı kimi deyə bilərəm ki, tamaşaçı azlığından şikayətlənmək lazım deyil. Teatra ilk dəfə qədəm basan şəxs görəndə ki, tamaşaçılar sırasında akademik, dövlət məmuru, ictimai xadimlər var, onda adi vətəndaşda da maraq artır. Tamaşaçı bolluğu isə hər bir teatrın repertuarından asılıdır. Repertuar seçimi uğurludursa, tamaşaçı sarıdan korluq olmayacaq. İkinci şərt isə reklamın təşkilidir. Müasir dövrdə bu böyük əhəmiyyət kəsb edir. İnzibati işin ən çətin tərəflərindən biri budur ki, tamaşaçı zalı tərk edərkən tamaşa ilə bağlı ilk sözünü sənə deyir. Ona görə biz inzibatçılar mədəniyyət tariximizi yaxşı bilməliyik. Əsər haqqında tamaşaçını məlumatlandırmağı bacarmalı, tarixini, janrını bilməliyik. Aktyorluğu inzibati işə qurban verdiyimə görə peşman deyiləm. Sadəcə, tale belə gətirdi aktyorluqla məşğul olmağa vaxtım olmadı. Bütün teatrlara gözəl repertuar siyasəti arzulayıram ki, biz inzibatçılar da işi təşkil edəndə tamaşaçıların yanında gözükölgəli olmayaq”.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 8 iyun.- S. 15.