Əfsanəvi
“Qaya”
Vokal kvartetin 50 illiyi Moskvada qeyd edilib
Moskva Beynəlxalq Musiqi Evinin teatr
salonunda Azərbaycanın
əfsanəvi “Qaya” vokal kvartetinin 50 illik yubileyinə həsr edilmiş möhtəşəm konsert
olub.
Ölkəmizin Rusiyadakı səfiri
Polad Bülbüloğlu
tədbirdə çıxış
edərək “Qaya” qrupunun təkcə Azərbaycanın deyil, keçmiş Sovet İttifaqının mədəniyyət
tarixində dərin izlər qoymuş musiqi kollektivi olduğunu vurğulayıb.
Səfir əfsanəvi
“dördlüyün” konsertdə
iştirak edən üzvlərindən birini
- Rauf Babayevi səmimi salamlayaraq deyib: “Biz hamımız “Qaya”nı sevmişik və sevirik”. Səfir vurğulayıb ki, Rauf Babayevin Azərbaycan mədəniyyəti
qarşısında xidmətləri
misilsizdir. O, illər
sonra istedadlı uşaqlardan qrup təşkil edərək,
“Qaya”nı yenidən yaradıb. Yeni qrup əfsanəvi
kvartetin ənənələrini
davam etdirir: “Nəsillərin əvəzlənməsi,
toplanmış təcrübənin
istedadlı gənclərə
ötürülməsi düzgün
addımdır”.
Səfir onu da əlavə
edib ki, bu gün Azərbaycan,
onun paytaxtı Bakı dinamik inkişaf dövrünü
yaşayır, ölkəmiz
böyük mədəniyyət
tədbirlərinə ev sahibliyi edir. Azərbaycan paytaxtında “Eurovision” mahnı
müsabiqəsinin keçirildiyi
günlərdə bütün
Avropa bunun şahidi olub: “Vətənin hüdudlarından
kənarda yaşayan bizlər öz ölkəmizlə qürur
duyuruq”.
Tədbirdə “Yaddaş” studiyasının
direktoru, rejissor Cavid İmamverdiyevin əfsanəvi “Qaya” kvarteti haqqında çəkdiyi sənədli
film nümayiş etdirilib.
Filmdə məşhur
musiqi kollektivindən həm onun üzvləri,
həm də onlarla dostluq və əməkdaşlıq
edənlər - Larisa Dolina,
Nani Breqvadze, Mark Rozovski, Vyazçeslav Zaytsev, Yuri Entin, Gennadi Xazanov, Polad Bülbüloğlu, Yuli Qusman, Arkadi
Arkanov, Vaxtanq Kikabidze, Leon İzmaylov və başqaları söhbət açırlar.
Sonra tamaşaçılar keçmiş “Bəri bax” qrupunun bazasında
yaradılmış “Qaya”
qrupunun gənclərdən
ibarət tərkibinin
parlaq çıxışından
zövq alıblar.
Gənclərin əfsanəvi “Qaya”
qrupunun sevilən mahnılarını, eləcə
də məşhur caz kompozisiyalarını məharətlə ifa etmələri Moskva tamaşaçıları tərəfindən
böyük heyranlıqla
qarşılanıb.
Sonda “Qaya” qrupunun
bədii rəhbəri
Rauf Babayev bu möhtəşəm bayramın təşkilatçılarına
minnətdarlığını bildirib. O, Azərbaycanın
milli sərvəti olan “Qaya” kvartetinin
davamçılarının çıxışlarını tamaşaçıların yüksək
qiymətləndirməsindən razı qaldığını
ifadə edib.
Mədəniyyət.-
2012.-8 iyun.- S. 8.