“Bənzərəm bir qocaman dağa ki...”
İyunun 12-də
AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında görkəmli satirik şair Mirzə Ələkbər Sabirin
150 illik yubileyinə həsr olunmuş “Bənzərəm bir qocaman dağa ki...” mövzusunda konfrans keçirilib. Kitabxananın direktoru Aybəniz
Əliyeva-Kəngərli tədbirin
Prezident İlham Əliyevin Mirzə Ələkbər Sabirin
150 illik yubileyinin keçirilməsi haqqında
sərəncamının icrası
ilə bağlı keçirildiyini deyib.
Tədbirdə
“Milli yaddaşımızın
fəryadı”, “Gülüşün
poetik dərki”, “Sabirin yaşayan ənənələri”, “Satirik
sözün cazibəsi”
mövzularında məruzələrdə
böyük satirik şairin öz yaradıcılığında dövrün ən ciddi sosial-siyasi münasibətlərini, müxtəlif
ictimai baxışlarını
çox canlı şəkildə əks etdirdiyi və bu yolla xalqın
rəğbətini qazandığı
vurğulanıb.
Sonra tədbir iştirakçıları
dahi sənətkarın
əsərlərindən ibarət
sərgi ilə tanış olublar. Sərgidə Mirzə Ələkbər
Sabirin həyat və yaradıcılığını
əks etdirən “Seçilmiş əsərləri”,
“Hophopnamə”lər, “Məktəb
şərqisi”, ”Şeirlər
məcmuəsi”, o cümlədən
Sabir haqqında yazılmış kitablar nümayiş olunub.
Mədəniyyət.- 2012.-
13 iyun.- S. 13.