Mingəçevir Dövlət
Dram Teatrında “Ruhlar”
Bu günlərdə Mingəçevir teatrı
yenə də qonaqlı-qaralı idi.
Şəhər ictimaiyyəti və
teatrsevərlər yeni
tamaşanın premyerasına
yığışmışdılar.
Tamaşanın başlanmasını bildirən üçüncü
zəngdən sonra pərdələr açılır
və yeni bir tərtibat, işıq effektləri ilə italyansayağı bəzənmiş səhnə
görünür.
Budur, artıq Eduardo De Flipponun “Ruhlar” komediyasının ilk tamaşası
nümayiş olunur.
Rafaelle Afiq Yusifovun, Qostano Kolifano Əməkdar artist
Akif Mirabovun, Paskualle Loyukano Zülfü Məmmədovun
ifasında canlandırılır.
Bakıdan dəvət olunmuş
istedadlı rejissor
Sahib Ağayevin bacarığının
nəticəsi göz
önündədir. Saat yarım
davam edən tragikomediyanın quruluşçu
rəssamı Yusif İmamverdiyevin təfəkkürünün
məhsulu olan tərtibatla tamaşa zalında yeni bir abu-hava yaranır.
Rəqslər, kostyumlar və
rekvizitlər tamaşaçını
sanki İtaliyaya aparır.
Maraqlı qrim işi,
məharətli aktyor oyunu, uğurlu rejissor əməyi sonda tamaşaçıların
alqışı və
gül dəstələri
ilə qiymətləndirilir.
Tamaşaçıların xoş istirahəti
və rəğbətinə
səbəb olan “Ruhlar”ın Mingəçevir
teatrının repertuarında
tez-tez rast gələcəyimiz tamaşalardan
olacağına inanırıq.
Vaxtaşırı
yeni tamaşalarla teatrsevərləri sevindirən
Mingəçevir Dövlət
Dram Teatrında dövlət
sifarişli daha bir tamaşanın məşqlərinə start verilib.
Dəvətli rejissorlardan İradə
Gözəlovanın quruluşunda
“Min bir gecə” nağılı əsasında
hazırlanan səhnə
əsərinin iyunun sonunda nümayiş etdirilməsi nəzərdə
tutulub.
Esmira Hacıyeva
Mədəniyyət.-
2012.- 13 iyun.- S. 6.