Xalqın
xilas günü
İyunun 12-də Astara Rayon Mərkəzi
Kitabxanasında 15 İyun - Milli Qurtuluş Gününə həsr
olunmuş dəyirmi masa keçirilib. Tədbiri Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov açaraq
1993-cü ilin 15 iyununda böyük öndər Heydər Əliyevin
xalqın çağırışı ilə hakimiyyətə
qayıdışı, Azərbaycanı düşdüyü
ağır böhrandan çıxarmaq üçün
gördüyü işlərdən danışdı. Qeyd
olundu ki, müdrik siyasətçi Heydər Əliyev ölkədə
vətəndaş müharibəsi təhlükəsini aradan
qaldırdı, Azərbaycan dövlətçiliyini xilas etdi.
Ulu öndərin qətiyyəti sayəsində Azərbaycan
dövlətçiliyi 1994-cü ilin oktyabr və 1995-ci ilin
mart qəsdləri zamanı ağır sınaqlardan
üzüağ çıxdı, sabitlik bərqərar
olundu, ölkəmiz inkişaf yoluna qədəm qoydu. Bu tarixi
missiya sayəsində bu gün Azərbaycanın dövlət
müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir.
Tariximizə Milli Qurtuluş Günü kimi yazılan həmin
gündən ötən 19 il böyük dəyişikliklərlə
yadda qalmışdır.
Tədbirdə rayon MKS-nin direktor
müavini İlyas Məmmədov, kitabxana işçilərindən
Nərgiz Məhərrəmova, Növrəstə Məmmədova,
Ülkər Əliyeva ulu öndər Heydər Əliyevin
qurucusu olduğu müstəqil Azərbaycanın möhtərəm
Prezident İlham Əliyevin rəhbərliyi altında
davamlı inkişafından, əldə olunan nailiyyətlərdən
danışdılar.
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 15.