Azərbaycan
xalq nağılları uşaqların səsi
və rəsmləri ilə
İyunun 13-də “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi,
Azərbaycan Rəssamlar İttifaqının və
“İnkişaf və Dünya” İctimai Birliyinin təşkilatçılığı
ilə Kiçik Karvansaraydakı “İncəsənət
bağı” (“Art Garden”) mərkəzində “Azərbaycan xalq
nağılları uşaqların səsi və rəsmləri
ilə” mövzusunda ədəbi-bədii tədbir
keçirildi.
Folklorşünasların, rəssamların,
xarici ölkə səfirlikləri nümayəndələrinin
iştirak etdikləri tədbir paytaxtın 7, 27, 83, 125, 145 və
160 nömrəli orta məktəblərinin şagirdləri
arasında Azərbaycan xalq nağılları əsasında
keçirilmiş oxu müsabiqəsinin yekunlarına həsr
olunmuşdu. Müsabiqənin məqsədi uşaq və
yeniyetmələrin Azərbaycan xalq nağıllarına
marağını artırmaq, uşaqların nitq qabiliyyətini
üzə çıxarmaq, ən əsası isə
nağıllarımızı yaşatmaqdır.
Tədbirdə Tofiq İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının balaca rəssamlarının Azərbaycan xalq
nağılları motivləri əsasında çəkdikləri
rəsmlər də nümayiş olundu. Qrafika janrında
çəkilən rəngarəng kompozisiyalar
tamaşaçılarda xoş əhval yaratdı.
Mərasimdə
çıxış edən folklorşünas-alim, professor Məhərrəm
Qasımlı belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən
danışdı: “Nağıllarımızın hər
birində tarixi kökə bağlılıq var. Bunları
bugünkü nəslə aşılamaq çox mühüm
məsələlərdir. Biz bu keçmişi qorumağı
bacarmalıyıq”.
“İnkişaf və Dünya”
İctimai Birliyinin rəhbəri Namazəli Mustafayev layihənin
bu istiqamətdə ilk işləri olduğunu
vurğuladı: “Bu gün istedadlı uşaqlar
üçün dövlət rəhbərliyimiz tərəfindən
hər bir şərait yaradıldığı
üçün biz də çalışırıq bu
yöndə öz bacarıq və imkanlarımızı əskik
etməyək. İstəyirik ki, xalq
nağıllarımız hər zaman oxunsun və qorunsun”.
Əməkdar rəssam Rafael Muradov
da təəssüratını bölüşdü: “Burada təqdim
olunan rəsm işləri təmiz uşaq
dünyasının hisslərini əks etdirir. Mən bir rəssam
kimi bu işlərə maraqla baxdım, hiss olunur ki, uşaqlar
bu rəsmləri tam sərbəst şəkildə, öz təxəyyüllərinə
uyğun olaraq çəkiblər”.
Tədbirin sonunda fərqlənən
müəllim heyəti və uşaqlar diplom və hədiyyələrlə
təltif olundular.
Lalə
Azəri
Mədəniyyət.- 2012.- 15 iyun.-
S. 10.