Milli Qurtuluş Günü bölgələrdə qeyd olundu
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Siyəzən və Qusarda bayram tədbirləri keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Siyəzən
rayonunda respublikanın tanınmış
mədəniyyət və incəsənət xadimlərinin rayonun yaradıcı ziyalıları, ictimaiyyət
nümayəndələri ilə görüşü
keçirildi.
Mədəniyyət və Turizm Nazirliyinin rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbir iyunun 13-də mədəniyyət evində gerçəkləşdi. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov, rayon ziyalıları və incəsənət xadimləri iştirak edirdilər.
Mərasimi Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq ümummilli lider Heydər Əliyevin dövlətçilik tarixindəki xidmətlərindən danışdı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan tədbiri yüksək qiymətləndirdi. Qeyd olundu ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir: “1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün bu gün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir. Çox şadıq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınan, sevilən incəsənət xadimləri bu bayram gününü bizimlə birgə keçirirlər”.
Sonra söz incəsənət
ustalarına verildi. Xalq artisti Canəli Əkbərov, əməkdar
artistlər Gülüstan
Əliyeva, Zakir Əliyev, estrada müğənnisi Nəzakət
Məmmədova, Gülarə
Əliyeva adına
“Dan ulduzu” instrumental ansamblının
solisti Rövşən
Əziz, “Azər-star”
musiqi yarışmasının
iştirakçıları Şəms Cəbiyeva, Şahnaz Əliyeva, “Xalq ulduzu” müsabiqəsinin
iştirakçısı Səməd
Xasıyev maraqlı konsert proqramı ilə çıxış
etdilər. Qiraət ustası Əməkdar
artist Azad Şükürovun ifasında vətən haqqında şeirlər, Xalq artisti Cəmilə
Bayramovanın rəqsləri
alqışlarla qarşılandı.
* * *
15 İyun
- Milli Qurtuluş Gününə həsr olunmuş növbəti bayram konserti Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Qusarda keçirildi. General Mahmud Əbilov
adına Qusar şəhər meydanında
təşkil olunan tədbirdə çıxış
edən rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasov bildirdi ki, böyük
öndər Heydər
Əliyevin uzaqgörən
siyasəti nəticəsində
Azərbaycan dövlətçiliyi
ona qarşı yönəlmiş qəsdləri
dəf etdi, tarixi sınaqlardan uğurla çıxdı:
“Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı
özümüzə qaytardı,
sabitlik və əmin-amanlıq yaratdı.
Onun qətiyyəti, apardığı
uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil
demokratik inkişaf yolu ilə inamla
irəliləyərək böyük
nailiyyətlər qazandı.
Heydər Əliyev öz
gücünə, təcrübəsinə
güvənən dahi
siyasətçi kimi dəfələrlə söylədiyi
məşhur kəlamına
sadiq qaldığını
sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyi
əbədidir, sarsılmazdır,
dönməzdir”.
Sonra incəsənət ustalarının iştirakı
ilə maraqlı konsert proqramı təqdim olundu. Siyəzəndə olduğu kimi
Qusarda da sakinlər tərəfindən
alqışlarla qarşılandı.
III Respublika muğam müsabiqəsinin diplomantı
Könül Məmmədli,
Qusar Rayon Mədəniyyət
Evinin “Ləzginka” və “İnci” qızlar rəqs qrupları da maraqlı çıxışları
ilə yadda qaldı.
Ceyhun
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 9.