Yay turizm mövsümünə
start verildi
Nazir Əbülfəs Qarayev: «Azərbaycan çoxsaylı qonaqları
qarşılamağa, onlara
yüksək səviyyəli
xidmət göstərməyə
qadir ölkədir»
İyunun 13-də
«Jumeirah Bilgah Beach» hotelində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanda yay turizm mövsümünün
başlanmasına həsr
olunmuş tədbir keçirildi. Tədbirdə
dövlət və hökumət rəsmiləri,
millət vəkilləri,
diplomatik korpus təmsilçiləri, mehmanxana
və turizm şirkətlərinin nümayəndələri
iştirak edirdi.
Mərasimi nazirliyin Turizm
şöbəsinin Daxili
turizmin inkişafı
sektorunun müdiri Mahir Qəhrəmanov açaraq dünyada turizm sektorunun vəziyyəti, ölkəmizdə
bu sahənin inkişafı barədə
danışdı. Qeyd etdi
ki, turizm sektoru dünyada iqtisadiyyatın qeyri-neft sahələri arasında aparıcı mövqedə
dayanır. Dünya üzrə
ümumi milli məhsulun 10, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür.
Dünyada əmək
qabiliyyətli əhalinin
8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində çalışır.
Son 3 ildə maliyyə
böhranına baxmayaraq,
Dünya Turizm Təşkilatının turizmlə
bağlı göstəricilərinə
əsasən, turizmin gətirdiyi gəlirlər
artır. Bu rəqəm dünya üzrə 2011-ci ildə
1 trilyon dolları keçib.
Sektor müdiri Azərbaycanda da turizmin ölkə
iqtisadiyyatının prioritet
sahələrindən biri
olduğunu bildirdi: “Turizm sektoru ölkəmiz üçün
bir neçə cəhətdən - iqtisadiyyatın
güclənməsi, bölgələrin
inkişafı və Azərbaycanın bütün
dünyada daha geniş tanınması baxımından vacibdir”. Natiq Prezident İlham Əliyevin bu barədə mühüm bir fikrini də sitat gətirdi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün,
Azərbaycanın imici,
dünyaya inteqrasiyası
üçün çox
mühüm bir vasitədir”.
Ölkə turizmini irəli aparacaq güclü mütəxəssislər
formalaşıb
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda müasir standartlara cavab verən çoxlu sayda mehmanxanalar istifadəyə verilib.
Bu işlər 2010-cu ildə
ölkə başçısı
tərəfindən turizmin
inkişafına dair Dövlət Proqramı təsdiq olunduqdan və ötən il Azərbaycanda
«Turizm ili» elan olunmasından sonra daha da
sürətlənib: «Azərbaycanda
qeyri-enerji sektorunun vacib hissəsinə çevrilmiş turizm sənayesi çox böyük sürətlə
inkişaf etməkdədir.
Beynəlxalq turizm statistikası göstərir
ki, ötən il dünya
miqyasında artımın
rəqəmləri 5-6 faiz
civarında olduğu halda, Azərbaycanda bu rəqəm 14 faiz olub. İlk dəfə
ölkəmizə gələn
insanların sayı 2
milyon rəqəmini keçərək 2 milyon
134 min nəfər təşkil
edib. Mehmanxana və mehmanxana
tipli obyektlərin sayı 500-ü ötüb.
Hazırda respublikamızda 508 mehmanxana fəaliyyət göstərir. Ötən
il turizm
təhsili sahəsində
də ciddi addımlar atmağa nail olmuşuq. Bu gün
Azərbaycan Turizm İnstitutunda 1400-dən artıq
tələbə təhsil
alır. Onların sırasında
magistrantlar və doktorantlar da var. Bundan əlavə, institutun nəzdində iki yeni tədris
mərkəzi açmağa
nail olmuşuq».
Nazirin sözlərinə görə,
Azərbaycanda keçirilən
böyük beynəlxalq
silsilə tədbirlər
onu göstərir ki, ölkəmiz gələn çoxsaylı
qonaqları qarşılamağa,
onlara yüksək səviyyədə xidmət
göstərməyə qadir
ölkədir: «Azərbaycanda
güclü turizm sənayesini irəli aparan mütəxəssislər
formalaşıb. Bu gün ölkəmizdə
fəaliyyət göstərən
turizm təşkilatları,
onları birləşdirən
assosiasiya, mehmanxana şəbəkəsi, gidlər
ordusu var. Regionların
inkişafı ilə
bağlı ölkə
başçısının imzaladığı sərəncam
və fərmanlar əsasında turizm infrastrukturu paytaxtla yanaşı, bölgələrdə
də inkişaf edir”.
May ayında Bakıda keçirilən
«Eurovision» mahnı müsabiqəsindən
danışan nazir bildirdi ki, müsabiqə
Azərbaycanda turizm xidmətlərinin tamamilə
yeni bir səviyyəyə yüksəldilməsinə
təkan verdi.
Bakıda şəhər turları
formalaşıb, xüsusi
ekskursiyalar şəbəkəsi,
internet vasitəsilə onların
bu turlara marağı artıq günümüzün gerçəkliyidir.
Azərbaycan bir il müddətində
15 beynəlxalq turizm sərgisinə qatılır
və onların coğrafiyası dünyanın
bütün qitələrini
əhatə edir. «Turizm ili»nin
yüksək səviyyədə
keçirilməsi ilə
əlaqədar bu günlərdə ölkə
başçısının sərəncamı ilə
turizm sənayesində
işləyən üç
təcrübəli əməkdaşa
“Əməkdar mədəniyyət
işçisi” fəxri
adı verildi. Bütün bunlar indiyədək görülmüş işlərdir.
Bu gündən Azərbaycanda
yay turizm mövsümünə start verilir.
Bu mövsümdə ölkə vətəndaşlarının
və xarici turistlərin Azərbaycanda
istirahətinin təşkili
bizim üçün
önəmli bir vəzifədir».
Turizm sənayesi düzgün inkişaf yolundadır
Nazir qeyd etdi ki,
muzeylər, mədəniyyət
ocaqları turistlərə
xidmət etməyə
hazır olmalıdır:
“Xidmətlərin keyfiyyətini
daima nəzarət altında saxlayacağıq.
Artıq
Mədəniyyət və
Turizm, İqtisadi İnkişaf nazirliklərinin
və digər dövlət qurumları nümayəndələrinin daxil
olduğu monitorinq qrupu ölkənin regionlarına səfərlər
edir, turizm obyektlərində göstərilən
xidmətləri nəzərdən
keçirirlər. Turizm şirkətlərinə
və mehmanxana rəhbərlərinə üzümü
tutaraq deyirəm ki, gələn qonaqlara yüksək xidmətlər təqdim etməliyik. Əgər bu
vəzifənin öhdəsindən
gələ bilməsək,
onda bütünlükdə
turizm sənayesinin inkişafından danışmaq
yersizdir. Biz bütün kateqoriyalı
turistlərə maddi imkanlarına müvafiq xidmətlər təklif etməliyik. Bununla da
öz vətəndaşlarımıza
sübut etməliyik ki, turizm sənayesi
düzgün inkişaf
yolundadır».
Turizm sənayesi nümayəndələrin,
yay turizm mövsümünün başlanması
münasibətilə təbrik
edən nazir çıxışının sonunda qeyd etdi
ki, bu, gərgin
bir işin başlanmasının bayramıdır.
«Time
Out» və «Problemsiz Səyahət» təqdim edildi
Tədbirdə Azərbaycanda hotel menecmenti üzrə treninqləri həyata keçirən «American hotel and lodging education insitute» tərəfindən
hazırlanmış təlimçilərə
sertifikatlar təqdim olundu. Sonra “Azərbaycanı kəşf
edək» layihəsi çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Londonun «Time Out» nəşriyyatı
tərəfindən çap
edilmiş bələdçi
kitabı və «Golden
book» nəşriyyat evi
tərəfindən çap
olunan «Problemsiz Səyahət» kitabçası
təqdim olundu. Nazirliyin sektor müdiri M.Qəhrəmanov
nəşrlər barədə
məlumat verdi.
Onun sözlərinə
görə, layihə
çərçivəsində Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Rusiyanın «Vokruq sveta», Fransanın «Mondeos», Birləşmiş
Krallığın «Bravo Ltd» və «Filmer Limited», Birləşmiş Ərəb
Əmirliklərinin «Explorer Publishing &
Distribution» nəşriyyatları tərəfindən Azərbaycanı
təbliğ edən bələdçi kitabları
da hazırlanıb və müxtəlif ölkələrdə satışa
çıxarılıb. Bu
məlumat kitabçaları
turizm informasiya mərkəzləri vasitəsilə
yerli və xarici turistlərə çatdırılacaq.
Daha bir turizm
saytı fəaliyyətə
başladı
Tədbir çərçivəsində
təqdimatı keçirilən
daha bir reklam məhsulu
www.azerbaijan.travel saytı oldu.
«Dream art» dizayn şirkətinin baş meneceri Rəşad Rəsulov sayt haqqında məlumat verərək bildirdi ki, www.azerbaijan.travel Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
alınmış domendə
yaradılıb. Saytın hazırlanması
tam olaraq iyul ayında başa çatacaq. Azərbaycan, rus və ingilis
dillərində fəaliyyət
göstərəcək portal xarici ölkələrin təcrübəsinə əsasən
hazırlanıb.
Sonra tədbir Azərbaycanın
mədəniyyət və
incəsənət ustalarının
çıxışları ilə davam etdirildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 8.