Milli Qurtuluş Günü muzeylərdə qeyd
olundu
15
İyun - Milli Qurtuluş Günü muzeylərdə müxtəlif
tədbirlərlə qeyd edilir. İyunun 14-də tarixi gün
münasibətilə Azərbaycan Milli İncəsənət
Muzeyində “Müstəqilliyimizin töhfələri” adlı
mühazirə təşkil olundu.
Muzeyin elmi işlər üzrə
direktor müavini Elmira Qasımova məruzə ilə
çıxış etdi. Həmin gün muzeydə daha bir tədbir
keçirildi, gənc musiqiçilərin iştirakı ilə
“Qurtuluş tariximiz” adlı konsert proqramı təqdim edildi.
* * *
Azərbaycan İstiqlal Muzeyinin təşkil
etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevə həsr
edilmiş film (rejissor Fuad Əlişov) nümayiş olundu.
Dahi rəhbərin uzaqgörən siyasəti, bu siyasətin
uğurlu nəticələri, Azərbaycanın əldə
etdiyi nailiyyətlərdən söhbət açıldı.
Dünya Azərbaycanlılarının Həmrəyliyinə
Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Səbail
Rayon Qadınlar Cəmiyyətinin sədri Almara Hümbətova,
Hərb Tarixi Muzeyinin əməkdaşı Lalə
Hüseynova, muzeyin elmi-kompozisiya şöbəsinin müdiri
Şərafət Məmmədova və başqaları
çıxış edərək Heydər Əliyevin
1993-cü ilin 15 iyununda hakimiyyətə
qayıdışı ilə Azərbaycanda yeni tarixi mərhələnin
başlandığını vurğuladılar.
Tədbirdə iştirak edən
Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri,
“Gənc Turist” mərkəzinin əməkdaşları
ümummilli liderin fəaliyyətini əks etdirən muzey
ekspozisiyaları ilə tanış oldular.
* * *
Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində “Mədəniyyətimizin hamisi” adlı tədbir də
yaddaqalan oldu. Muzeyin kütləvi tədbirlər üzrə
direktor müavini Aygün Abasova tədbiri açıq elan
etdikdən sonra muzeyin elmi işçisi Ülkər Şirəliyevə
qonaqlara ümummilli liderin 1972-ci ildə Xalça muzeyinin
açılışındakı və 1983-cü ildə
“Şərq xalça sənəti” üzrə I Beynəlxalq
simpoziumundakı çıxışları barədə məlumat
verdi. İştirakçılara “Heydər Əliyev və Azərbaycan
xalçaçılıq sənəti” adlı fotosərgi təqdim
olundu. Sərgi ilə birlikdə eyni mövzuda mühazirə
də oxundu. Qeyd edildi ki, ulu öndər Heydər Əliyevin
qayğısı sayəsində Azərbaycan xalça sənəti
də böyük inkişaf yolu keçib. Dahi rəhbər
Azərbaycan xalqına elə zəngin miras qoyub gedib ki, onun
inciləri əsrlər boyu parlayacaq. Mədəniyyət və
incəsənət xadimlərinin yaradıcı
axtarışlarına mənəvi dayaq olan ümummilli lider hər
zaman mədəniyyətimizə, mədəni irsimizə diqqət
göstərirdi.
Tədbirdə Daxili
Qoşunların hərbi qulluqçuları və ictimaiyyətin
nümayəndələri iştirak edirdi.
* * *
Cəfər Cabbarlı adına Azərbaycan
Dövlət Teatr Muzeyində də Milli Qurtuluş
Günü qeyd olundu. Muzeyin elmi katibi Rəna Salahova
açılış nitqindən sonra böyük öndərin
Azərbaycan mədəniyyətinə və onun
inkişafına göstərdiyi diqqət və
qayğını əks etdirən video-slayd nümayiş
olundu.
Prezident yanında İdarəçilik
Akademiyasının müəllimi, politoloq Elman Nəsirli dahi
rəhbərin həyat yolundan, onun millətimiz, dövlətçiliyimiz
üçün göstərdiyi xidmətlərdən
söhbət açdı: “1991-ci ilin oktyabrında Azərbaycan
müstəqillik əldə etdikdən sonra ölkədə
hərc-mərclik baş alıb gedirdi, hakimiyyət
böhranı yaranmışdı. 1993-cü ildə ölkəmizdə
vətəndaş müharibəsi təhlükəsi yaranan
bir vaxtda xalqın çağırışı ilə Azərbaycanın
görkəmli oğlu Heydər Əliyev hakimiyyətə
qayıtdı. Ulu öndər vətəndaş müharibəsinin
qarşısını aldı, dövlətçiliyimizi
xilas etdi.
Respublika Veteranlar
Şurasının məsul katibi Əlfaim İsmayılov
“Heydər Əliyev və dövlət quruculuğu” adlı məruzə
ilə çıxış etdi.
Tədbirdə Heydər Əliyev
adına Ali Hərbi Məktəbin müəllim və tələbə
heyəti, muzeylərin əməkdaşları və digərləri
iştirak edirdilər.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 15 iyun.- S. 3.