“On
min dollarlıq kef” yeni
quruluşda
İyunun 18-də Musiqili Komediya Teatrının yaradıcı
kollektivi unudulmaz sənətkar, Xalq artisti Hacıbaba Bağırovun 80 illik yubileyinə həsr olunmuş “www.ferzeli-kef.com” tamaşasını
nümayiş etdirib.
Vaxtilə böyük sənətkarın
baş rolda (Fərzəli) çıxış
etdiyi səhnə əsəri - Emin Sabitoğlunun “On min dollarlıq
kef” musiqili komediyası
- tam yeni quruluşda tamaşaçılara təqdim
olunub. Quruluşun müəllifi, rejissor
Əhəd Hacıyevdir.
Tamaşanın dirijoru Əməkdar
incəsənət xadimi
Nazim Hacıəlibəyov,
quruluşçu rəssamı
Nabat Səmədovadır.
Səhnə əsərinin təqdimatından
əvvəl çıxış
edən Əməkdar
mədəniyyət işçisi
Telli Pənahqızı
aktyorun həyat və yaradıcılığı
haqqında məlumat verib. Qeyd olunub ki, Hacıbaba Bağırovun
canlandırdığı obrazlar
yüksək dərəcədə
təbiiliyi, milliliyi və müasirliyi ilə səciyyələnib.
Tamaşada əsas rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova,
aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə
Əzizova və başqaları ifa ediblər.
Mədəniyyət.- 2012.-
20 iyun.- S. 5.