“Heydər
Əliyev - ömür yolu”
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Milli
Qurtuluş Gününə həsr edilmiş tədbir
İyunun 15-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində Milli Qurtuluş Gününə həsr
edilmiş tədbir keçirildi. Tədbirdə bəstəkar,
Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər
Əliyev - ömür yolu” simfonik poemasının film
versiyası nümayiş olundu.
Tədbiri muzeyin direktor müavini Təranə
Qurbanova açaraq Milli Qurtuluş Gününün yeni
tariximizdəki yerindən, əhəmiyyətindən danışdı.
Qeyd etdi ki, dahi rəhbərin xalqımız
qarşısında misilsiz xidmətləri bəstəkarlarımızın
əsərlərində də əks olunub. Əməkdar incəsənət
xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev - ömür yolu”
simfonik poeması da belə musiqi əsərlərindən
biridir. Simfonik poemanın film versiyasının ideya müəllifi
Milli Məclisin deputatı Fəttah Heydərov, rejissoru Nazim Əkbərovdur.
Tədbirdə
çıxış edən millət vəkili Fəttah Heydərov
bəstəkar Vasif Allahverdiyevin 20 il bundan əvvəl
yazdığı əsərdə ulu öndərin şərəfli
həyat yolunu, Azərbaycanda gördüyü böyük
işləri musiqinin dili ilə ifadə etdiyini dedi. Milli
Qurtuluş Gününün tarixi əhəmiyyətindən,
ümummilli liderin istər sovet, istərsə də müstəqillik
dövründə Azərbaycana xidmətlərindən
danışan millət vəkili dahi rəhbərin dövlətçilik
kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Əməkdar incəsənət
xadimi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova,
bəstəkar Vasif Allahverdiyev, rejissor Nazim Əkbərov filmin
əhəmiyyətindən danışdılar.
Sonra film təqdim olundu. “Heydər Əliyev
- ömür yolu” simfonik poemasının 20 dəqiqəlik
film versiyasında əsər Xalq artisti Rauf Abdullayevin
dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri tərəfindən ifa olunub.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 5.