Berlində
azərbaycanlı rəssamın sərgisi
İyunun 18-də Berlin məhkəməsinin
qalereyasında Azərbaycanın Əməkdar rəssamı,
UNESCO-nun Rəssamlar Federasiyasının üzvü, Rusiya və
Almaniya rəssamlar ittifaqlarının üzvü Əşrəf
Heybətovun əsərlərinin sərgisi
açılıb.
İyulun sonunadək davam edəcək
sərgidə 30 əsər - Xəzər mənzərələri
və gül-çiçək rəsmləri silsiləsi təqdim
edilir. Azərbaycanlı rəssamın əsərləri ilk dəfədir
ki, incəsənət üçün qeyri-adi sayılan bir
yerdə nümayiş etdirilir.
Əşrəf Heybətov 1997-ci
ildə Mayntsda “Bakı” Azərbaycan Mədəniyyət Cəmiyyəti
yaradıb. Onun əsərləri Cenevrədə BMT
sarayında, Rumıniyanın Prezident Sarayında, NATO-nun mənzil-qərargahında,
İordaniya Kralının sarayında, Lüksemburq Hersoqunun
iqamətgahında, Vatikan dəftərxanası sarayında,
habelə Maltanın nüfuzlu salonlarında sərgilənib.
Rəssam müxtəlif
mövzularda pannoların da müəllifidir. Belə pannolardan
biri - “11 sentyabr” əsəri şəxsən Nyu-York merinə
təqdim edilib, buna görə mer həmyerlimizə təşəkkür
məktubu yazıb. Rəssamın məşhur “20 Yanvar -
Bakı” pannosu isə Azərbaycanın İstiqlal Muzeyində
saxlanılır.
Rəssam öz əsərlərini
satmır, onları yalnız muzeylərə və sənət
bilicilərinə bağışlayır.
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 4.