“İstərdim ki, qəbrim mənim şeirim olsun

 

   İyunun 22-si poeziyamızın həmişəyaşıl şairi Eldar Baxışın 65 yaşı tamam olur

  

   Eldar Baxış bütün varlığı ilə axtardığı bütöv azadlığı son mənzilində tapdı. “İstərdim ki, mənim qəbrim mənim şeirim olsun”, - dedi Eldar Baxış. Bir də vəsiyyət etdi ki, başdaşıma “Azadlıq” sözünü yazarsınız. Belə də oldu...

  

   Fil dartıb dağıdır, aslan dağıdır,

   Qarışqa üzülə-üzülə gedir.

   Aslanın bir günə getdiyi yolu

   Qara qarışqalar yüz ilə gedir.

  

   Başqalarının yüz ilə getdiyi yolu o, 49 ilə başa vurdu. Təpədən dırnağacan şair olan Eldar Baxışın özündən sonra bitib-tükənməyən söz ömrü başladı. Necə ki, illər öncə Əkrəm Əylisli onun barəsində yazırdı: “Eldar Baxışın şeirləri öz başlanğıcını Azərbaycan şeirinin başlandığı yerdən götürür, mayasını ordan tutub gəlir”.

   Xalq şairi Bəxtiyar Vahabzadə isə “XXI əsr Eldar Baxış əsri olacaq”, - deyirdi.

   Eldar Baxış keçən əsrdə doğulub - 1947-ci il iyunun 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində. On yaşında atasını itirsə , yetimliyin acısını dada-dada, yıxıla-yıxıla, dura-dura Eldar bu dünyanı, bu dünyanın insanlarını, kədərini sevincini heç kimin sevməyəcəyi qədər sevdi. Orta məktəbi, daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirdi. Böyük ürəyini əvvəl balacalara açdı. Azərbaycan radiosundaSandıqca”, “Yaşıl yarpaq”, “Tumurcuquşaq verilişlərini yaratdı. İydə çiçəyi”, “Allı qız, ballı qız, xallı qız”, “Qara ilə Qaracanın nağılıkitabları çap olundu. Böyükləri yaddan çıxarmadı Eldar Baxış:

 

    ...Yazıq insan, yetim insan

   bəlkə duyur elə,

   duyur ki, bu dünyaya

   gəldiyi gündən

   duyur ki, bu dünya

   gidi dünyadır -

   yaşamağı ölməyindən,

   ölməyi yaşamağından gözəl.

   O, şairlik yükünü ləyaqətlə daşıyan şairlərdən idi.

   Anam deyir ki,

   Allah hamının Allahıdır, -

   Yaxşının, pisin,

   Əyrinin, düzün,

   Namərdin, mərdin...

   ...Allah hamının Allahıdır,

   Ancaq mən

   Hamının şairi ola bilmərəm, ana!

  

   Mənə görə sözü qıpıq olunca, gözü qıpıq olmaq yaxşıdır” - deyən Eldar Baxış hamının şairi ola bilməsə , AZADLIQ şairi oldu.

   Milli mənliyimizin beşiyi başında məğrur dayanan ziyalılarımızdan olan Eldar Baxış 70 il qolumuzu bağlayan əsarət zəncirlərinə baxıb şeirləri ilə üsyan edirdi. Kölə insan ömründənsə, özünə qara balıq ömrü arzulayırdı.

 

    Sən məni bir qara adam kimi yox,

    Qara balıq kimi öldür dünyada.

 

   Eldar Baxış qəlbini, düşüncələrini, arzularını şeirlərinə köçürürdü:

  

   Bu dünyanın sevincini götürün,

   Dərdinə dəyməyin, dərdi mənimdir.

 

   Şairin bir-birinin ardınca saçların işığı”, “Deyə bilmədiyim sözlərkitabları işıq üzü gördü. Ölüsücə ərəbcə, dirisicə ruscalətifə kitabı isə Eldar Baxışın gülüş içində həqiqətləri idi.

   yazıq ki, həqiqətlərin hamısı deyildi. Külək kimi, su kimi azad olan Eldar Baxışın daDeyə bilmədiyi sözlər”i vardı.

 

   ...Siz ey ürəyimin başında

   dolaşan sözlər,

   ürəyimin qanına bulaşan sözlər,

   ağı deyib, ağlaşan sözlər,

   bəsdi ağladınız,

   bəsdi sızladınız,

   sizin gözünüzün yaşı

   mənim gözümün yaşıdır,

   sizin başınızın daşı

   mənim başımın daşıdır.

   

   O, poeziyamızın həmişəyaşıl Eldar şamıdır. 70 yaşını da qeyd edəcəyik, 80-ni , 100-ü ... Amma o, həmişə 49 yaşından boylanacaq dünyaya. Boylanacaq ki, görsün, azadlığın zərif qanadları Yer üzündə dolaşırmı, insanlar azadlıqda doyunca nəfəs alırmı, bir şair hücrəsinə çəkilib azad qələmi ilə vərəq üstündə azad duyğularını şumlayırmı? Mənə yarımçıq AZADLIQ verincə BÜTÖV ölüm ver” - deyən şairin azadlıq arzuları hər qəlbdə, hər könüldə cücəribmi?

   Eldar Baxış həyatı boyu heç kimdən, heç nədən zərrəcə olsa qorxub-çəkinmədən yazdı. Duyduqlarını, düşündüklərini, istədiklərini kağıza, suya, havaya, qəlbə, duyğuya, könülə, ruha yazdı.

    Azadlıq dediyin ayrı şeydi -

    Göyün quşuna toxunsa,

    Göyün quşu sevinər,

    Yerin daşına toxunsa,

    Yerin daşı sevinər,

    Gözün yaşına toxunsa,

    Gözün yaşı sevinər...

   

 

   Təranə Vahid

 

   Mədəniyyyət.- 2012.- 22 iyun.- S. 15.