Sərgüzəşti-M.F.A. məktubları

 

   Bunlar onunpuç və əfsanə” qənaətilə bağlı qənaətləri heçə endirir

  

   Ölməz əsərləri Mirzə Fətəli Axundzadənin sənətkarlığı haqda necə fikir və qənaətlər yaradırsa, məktubları da onun şəxsiyyəti - ali milliliyi, fədakar ziyalılığı, imaninam sağlamlığı barədə eləcə şəhadət verir. Buradakı “şəhadət” ifadəsini oxumaqla bahəm, eşitmək də gərəkir. Axı, məktub hədəfə tək elə qələm “meyvəsi” olaraq yox, canlı nitq hissəsi, dil hadisəsi kimi də çatır. Məktub - yazı-pozu janrları içərisində real danışığa, bilavasitə ünsiyyətə, həyati-şühudi söyləntiyə ən yaxınıdır.

  

   İş (əslində, soveti) elə gətirib ki, Mirzə Fətəli sadə xalqa uzun illər yeganə bir məktub müəllifi - “Kəmalüddövlə məktubları” ilə tanınıb. Və “tərslikdən” bu sənət məktubu o qədər güc-qüdrətli olub ki, onun digər sənəd-məktubları kölgədə qalıb. Böyük filosof-ədib öz dövrünün nə nələr-nəsnələri vardısa, onları bilənlərdən idi. Bu böyük, çox ayıq-sayıq zat əski Türk düşüncəsindəki “Allah var, bəndə var - araçı yox” inancından da xəbərdar idi, qeyri-müsəlman bir müdrikin “Əgər Allah olmasaydı da, onu uydurmaq lazım idi” deyimindən də. Lakin o bunu da gözəl bilirdi ki, şagirdin elm-bilik, şəyirdin sənət-peşə öyrənməsi müəllimsiz, ustadsız mümkün olmadığı kimi, kütlələrin də Tanrıya tapınması araçısız - peyğəmbər və imamlarsız hasilə gələn deyil. Bəs nədən bu böyük biləndər dövri olaraq (hətta ölümərəfəsi vəsiyyətində belə!) vurğulayırdı ki, “bütün dinləri puç və əfsanə hesab edirəm”? Çünki onun bildikləri ilə gördükləri arasında yer-göy qədər fərq, o dünya-bu dünya dərəcəli təfavütlər vardı. Bu qəribə məntiqi hökmü onda müsəlmanın islam təbliğatındakı bəzi məsələlər - xüsusən də dünənə bağlaşıb-ağlaşma, sabaha göz yumub uzaşma “fərman”ları yaratmışdı. Onunpuç və əfsanə” doktrinasını heç vəchlə islah olunmayan əziz-xələf uşağına cəfakeş, fədakar bir ananın “gəlsəm səni tikə-tikə doğrayacağım!” “ultimatumu kimi də qiymətləndirmək olar. Əcaba, ana da öz övladını doğrayarmı? O, sadəcə, yandığından demirmi bu sözləri? Mirzə Fətəli Axundzadə ata da öz kütlə balasını yüz illərin təziyə “inqə”sindən xilas etmək üçün ürəyində “əstəğfürullah”, dilində “puç və əfsanə” deməsi zənnindədir bəndəniz. Nədən ki, o, bütün Qafqazın ən əxlaqlı, səviyyəli, milli məfkurəli şeyxləri, axundları, müftilərilə çox aydın, yaxın ünsiyyətdə, mədəni münasibətlərdə idi, aralarında tamamilə qarşılıqlı hörmət-izzət vardı. Bu barədə yeri gəldikcə bəhs olunacaq, hələliksə, böyük ictimai-islahatçı ədibimizi “puç və əfsanə” leytmotivinə məhkum edən milli-mənəvi səbəblərlə əlaqədar, əvvəlcə -

  

   Son məktubu

  

   Niyə ilk, orta tarixçəli məktublardan yox, məhz sonuncudan başlayırıq? Çünki sadəcə, onun elə deməyinə səbəblər olduğu kimi, bizim də belə başlamağa tutarğamız var. Ölümündən az əvvəl, “Əkinçi” qəzetində şiə təəssübkeşliyi və şəbihçiliyinin qızğın müdafiəçisi kimi çıxış edən bir kapitana (! Hərbçi və din...) yazdığı bu məktub böyük Mirzəmizin islama məlum münasibətini xeyli dərəcədə incələmiş olur. Dinsiz sovetizmin xüsusi vurğu ilə “alovlu ateist” (əslində, islamsız) kimi təqdim etdiyi Mirzə Fətəli həmin məktubunun sonunda toxunacağı vacibatlara əvvəlindəki həqiqətlə ayaq verir, islamın universal-ruhsal daşıyıcılarından, xüsusən, öz ideya mayakına çatımı uğrunda hər an ölümə hazır olan İmam Hüseyndən ehtiramla söz açır. Budinsiz”, dövrün bir çox azərbaycanlı dinlilərindən fərqli olaraq, o ərəbi türkün ana dilində belə qutlayır: “...Biz gərək öylə cavana afərin oxuyaq və mərdanəliyindən fəxr edək!” Hə, “afərin oxuyaq”. Bu, “rəhmət”dən azmı sevgiylə səslənir? Yaxud “mərdanəliyindən fəxr edək!” Bu, teatral “şəbihgərdənlik” mərasimlərində zəncir vurub baş yarmaqlardan, “Necə qan ağlamasın daş bu gün, kəsilib yetmiş iki baş bu gün!” - deyə qışqır-bağırmaqlardan aşağı dərəcəli biətdirmi? Yadlar haqqında elə deyən bəşər imanlı Mirzəmiz doğmalarımız üçün belə söyləyirdi o məktubunda: “Əgər biz istəyirik ki, bir gunə əməllərlə İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, onda gərək onun təziyədarlığından əl çəkib, bu şəbihlərə sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin övladlarına təlim-tərbiyə vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında yazıb yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur”.

   Bu məktubun sonluğu mənə ötən əsrin 80-ci illərinin sonlarında baş verən Milli Azadlıq hərəkatımızla bağlı bir söhbəti xatırladır. Yayın qızmar günləri. Ucqar bir rayonda yaxın dostumun evində qonağam. Dostum sabah axşamkı mitinqdə - ölüm-dirim vəd edən çaxnaşmada iştirak etmək üçün gah anasının qılığına girib dilə tutur, gah üzünə bozarır. Ana isə onu bu fikirdən daşındırmaq üçün gah Allahın, gah İmam Əli, İmam Hüseynin adına and verir. Nəhayət, oğul səsinin yuxa yerinə keçib, anasının “sarı sim”inə toxunur: “Ana, sən tez-tez and verdiyin o Əliləri, Həsən-Hüseynləri öz əqidələrinə, qorxmazlıqlarına görə belə sevib-əzizləyirsən, ya əksinə?” Bu sualdan sonra ana susurbiz sabahısı gün o illərin Kərbəlasına - Bakı şəhərinə yollanırıq...

  

   Məktubların yaratdığı Mirzə Fətəli obrazı

  

   Bəhs açacağım məktublar, imkan daxilində toxunacağım məqamlar, sətirlər Mirzə Fətəli Axundzadənin şəxsiyyət portretini mənəvi boyalar kimi canlandıracağı gümanındayam. Doğrudur, onun “Kəmalüddövlə məktubları”ndakı daha çox rasional, bəzən irrasional fikirləri, düşüncələri, “...əgər hər hansı bir günaha görə insan o dünyada qıl körpüdən keçirilib qır qazanına düşürülürsə, Allah ən böyük despot deyilmi?!” kimi sual və nidaları ədəbiyyatşünas alimlərin, ədəbi publisistikanın əbədi tədqiqat mövzusu olaraq qalacaq. Lakin onun digər məktubları qələmə alındıqları gündən bütün gələcəklərədək tam aydın, birmənalıdırlar. Bu birmənalılığa yalnız belə bir məna əlavə etmək olar ki, bu fəhmli-fərasətli fərd bütün Qafqaz və qismən Yaxın Şərq aləmi üzrə xalqımızın xarici işlər nazirliyi, informativ-mənəvi əlaqələr təşkilatı, milli məlumat agentliyi rolunu oynayır, fəlsəfi-ideoloji, mədəni-maarifçi intellekt mücəssəməsi kimi tanınır və qiymətləndirilirdi.

   Mirzə Fətəli məktublarının çoxusu şəxsi düşüncələri, fərdi dərd-sərləri ehtiva edən yazışmalardan daha çox, milli hədəfləri axtarıb-arayan, ümumxalq işığını yandırmağa çalışan əsərləri xatırladır. Böyük islahatçı-ədib əlifba dəyişiminə dair fikirlərini başqalarıyla bölüşmə cəhdlərilə bağlı məktublarında da məqsəd-məramın daha geniş arealda yayımı üçün ciddiorijinal metodlara səy edirdi. O, iranlı Mirzə Yusif xana yazırdı: “Ruhulqüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüzmümkün saydığınız hər kəsə verin, oxusun. Kitabçanın məzmunu və əqidəsi haqda oxucuların fikrini zəhmət çəkib bizim üçün yazın ki, mənim və cənab Şeyxülislamın arasında müzakirə vasitəsi olsun”.

   Millətin inkişafı - xüsusən maariflənməsi yolunun yorulmaz yolçusunun elə həmin il (1870) Mirzə Melkum xana yazdığı məktub, müasir dövrümüzün elm-təhsil təsisatları baxımından yanaşsaq, bəlkə də birakademiya işi” müqabilindədir: “Cənab Şeyxülislamla birgə xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni saitsamit hərflərin şəkillərini - çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə yazılmış halda - çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirə bilək”.

   İranda məşrutə inqilabının (1905-1907) ən maraqlı sənədlərindən biri (“Yek kəlmə”) ilə tanış olub, fikir bildirmək üçün göndərilən məktuba cavabında Mirzə Fətəli yazırdı: “Tiflisdə mənim və cənab Şeyxülislamın oxuyub həzz aldığımız və üzünü köçürdüyümüz risalənin tərtibində çəkdiyiniz zəhmət hədər getmədi”. Yaxud: “İndi mən və cənab Şeyxülislam sizə belə məsləhət görürük ki, bütün İran ərazisində məhkəmə işlərini tamamilə ruhanilərin əlindən alaraq Ədliyyə Nazirliyinə tapşırasınız ki, ruhanilər bir daha məhkəmə işlərinə qarışa bilməsinlər. Qoy onlar da Avropa ruhaniləri kimi təkcə dini məsələlərlə məşğul olsunlar”.

   Bəli, bütün bunlardinsiz” ədiblə Qafqaz Şeyxülislamının rəy şərikliyi ilə cərəyan edirdi...

   Hələ bu da var ki, Həsən bəy Zərdabi başda olmaqla, bütün xalqımızın milli övladı kimi doğulmaqda olan “Əkinçi”nin dünyaya gəlimində ŞeyxülislamMüftinin dəstəyinə də Mirzə Fətəli nail olmuşdu.

   Ədibin növbəti məktubunu onun dünyaya baxış, həyata münasibət “üçbucağı” kimi də xarakterizə etmək olar. Bu üçbucağın “A”-“B”-“C” tərəfləri - islam, millət və övlad müstəqilliyi - birləşərək Mirzə Fətəlini bir daha dünyəvi düşüncə sahibi kimi təqdim edir. Elm-bilim aləmindən başqa heç bir istinadgahı olmayan “hərbçi”-ədibin öz oğlu Rəşidlə bağlı qələmə aldığı bu məktub həm də ünvanlandığı şəxsin - İranın Parisdəki səfiri Mirzə Yusif xan Müstəşarüddövlənin kimliyinə, onun dostluq sədaqətinə, ədəb-irfan adamları üçün bir məhrəmlik, ərk yeri olmasına dəlalət edir: “Rəşid Renanın, Boklun əsərlərini oxumuşdur. Fəlsəfəni məndən pis bilmir. Fizikanı və təbiətşünaslığı məndən daha yaxşı anlayır. Lakin bu ramazan ayını bütün şərtləri və əməlləri yerinə yetirməklə oruc tutdu. Deyirdi ki, istəyirəm hamı məni təmiz müsəlman və xalis şiə kimi tanısın. Mən də mane olmurdum. Ramazan ayında hər gün namaz qılır, dua oxuyurdu”.

   Bu sətirlərdən sonra - yəni, öz doğma oğlunun belə inancına müdaxilə etməyən bir atanı birmənalı olaraqpuç və əfsanə” devizli müəllif, filosof, ədib, ictimai xadim, qısası - dinsiz kimi qəbul etmək Allahsızlıq olmazdımı, dəyərli oxucum?!.

  

   Və nəhayət, onun barəsində...

  

   Sayca da, vəzncə də xeyli çox olan bu məktublardan “məqsədəmüvafiq” saydığım ikicəsi haqda.

   Uzun illər Qafqaz canişinliyinin hərbi-inzibati aparatının əvəzsiz tərcüməçilərindən olmuş, ərəb, fars, türk, erməni dillərini mükəmməl bilən Mirzə Mustafa rəhbərliyə ünvanladığı məlumatlardan birində yazırdı: Baş idarə dəftərxanasının mərhum tərcüməçisi M.F.Axundov kiçik yaşlarımdan etibarən Şərq dillərini öyrənməyimi nəzarətdə saxlamış, türk, ərəb, tatarfars dillərinə mükəmməl yiyələnməyim üçün bilikli və təcrübəli müəllimlər tutmuşdu”.

   General Rzaqulu xan Qacarın məşhur əcnəbi tanışlarından birinə yazdığı məktubu belə bitir: “...Mən bu böyük Mirzəmizi gözəl sifətlərinə görə səmimi-qəlbdən sevirəm və Sizin diqqətinizə təqdim etməkdən böyük şərəf duyuram”.

  

   ... böyük olumayükölüm

  

   Son günlər... Ölüm yatağı...

   Onun başına yığılmışböyük, yaxın, uzaq əşxaslar”dan general Yadigarov: “Mirzə, Siz sayaq dəfn olunmaq istərdiniz?”

   Dini aləm... Ətrafın budinsiz”ə - bütün ömrü uzunu milli olumlar saçmışın ölümünə, dəfn-kəfn ritualına məlum münasibəti...

   onun öz münasibəti:

   Bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətlərindən dirilərin cür, sayaq xilas olmalarının mənimçün elə bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edə bilərsiniz...”

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 29 iyun.- S. 11.