Kitabxanalar informasiya resursları elmi konfransda müzakirə olundu

 

   Bugünlərdə Rusiyanın Krım vilayətində «Kitabxanalar informasiya resursları müasir elm, mədəniyyət, təhsil biznes aləmində» adlı beynəlxalq konfrans-sərgi keçirilib.

  

   EBNİT Assosiasiyası Rusiya Elmi-Texniki Kütləvi Kitabxanasının (QPNTB) keçirdiyi konfransda nəşriyyat-poliqrafiya müəssisələrinin, avtomatlaşmış idarəetmə sistemləri ilə məşğul olan idarə, təşkilat assosiasiyaların, ali təhsil müəssisələrinin, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması üzrə beynəlxalq aləmdə tanınan iri korporasiya firmaların nümayəndələri iştirak edirdilər.

   Rusiya Elmi-Texniki Kütləvi Kitabxanası EBNİT Assosiasiyası ilə yanaşı, Elm İnnovasiya üzrə Fundamental Tədqiqatlar Rusiya Federal Agentliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Ukrayna Mədəniyyət Turizm Nazirliyi, Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat, V.İ.Vernadski adına Ukrayna milli kitabxanaları, Ukrayna Milli Texniki Universitetinin Elmi Kitabxanası, Kiyev Politexnik Universiteti, Kiyev-Mogilan Akademiyasının Elmi Kitabxanası, Moskva Dövlət Mədəniyyət İncəsənət Universiteti bu sahədə digər nüfuzlu elm təhsil qurumlarının da dəstək verdiyi tədbir dünyanın müxtəlif ölkələrindən bu sahə üzrə mütəxəssisləri bir araya gətirməklə təcrübə mübadiləsini sürətləndirmək məqsədi daşıyır. Onu da qeyd edək ki, QPNTB həmçinin BMT-nin himayəsi altında keçirilən tədbirlərə qoşulur, hətta YUNESKO-nun Rusiya Komitəsi konfransın elmi məsləhət şurasının üzvü kimiİnformasiya hamı üçünproqramı çərçivəsində seminarlar da təşkil edir.

   Azərbaycanla yanaşı, Belarus, Brazilya, Böyük Britaniya, Almaniya, Gürcüstan, İordaniya, Qazaxıstan, Kamerun, Kanada, Litva, Moldova, Niderland, Kanada, Rusiya, ABŞ, Tacikistan, Özbəkistan, Ukrayna, İsveç daxil olmaqla dünyanın 30-dan artıq ölkəsindən 2021 nəfərdən çox nümayəndənin iştirak etdiyi konfransın əsas plenar bölmə iclaslarında müasir informasiya texnologiyaları kitabxana işinin təkmilləşdirilməsi, eləcə elm texnikanı, kompyuter texnologiyaları, telekommunikasiya avadanlıqları proqram təminatlarını əhatə edən maraqlı vacib məsələlər müzakirə olundu.

   Onu da qeyd edim ki, tədbir elm informasiya, kompyuter sistemləri avadanlıqları, nəşriyyat işi, kitab çapı digər sahələrlə yanaşı, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində kitabxanaçılar üçün məktəb funksiyasını da həyata keçirir. Belə ki, kitabxana işçiləri burada kitabxana təsnifat sistemləri, təsnifat sistemlərində daima həyata keçirilən əlavə dəyişikliklərlə tanış olmaqla, yenilikləri öyrənmək işdə tətbiq etmək imkanı qazanırlar.

   Kitabxana işi sahəsində İFLA kimi nüfuzlu təşkilatlarından sonra özünəməxsus yer tutan Rusiya Elmi-Texniki Kütləvi Kitabxanası EBNİT Assosiasiyasının keçirdiyi konfransda iştirakımız çox səmərəli oldu. Tədbir müddətində kitabxana-biblioqrafiya təsnifatlarına, həmçinin toplu kataloqa həsr edilmiş «İnternet texnologiyaları elektron resurslar elektron kitabxanalar», «Kitabxanalarda veb texnologiyaların effektiv tətbiqi», «Yanaşma nəticə», «Elektron informasiya resurslarının yaradılması» «Sənədlərin elektron çatdırılması» mövzularını əhatə edən bir sıra maraqlı vacib müzakirələrdə iştirak etdik. Konfrans iştirakçılarına respublikamızda da geniş tətbiq edilən İrbis64 AİS- həsr edilmiş silsilə dərslər keçildi.

   Konfransda respublikamızı 20 nəfərlik nümayəndə heyəti təmsil edirdi. Üç mütəxəssisimiz müzakirələrdə çıxış edərək informasiya texnologiyaları, informasiya resursları mədəni irsimiz haqqında maraqlı məruzələr etdilər. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi müəssisələrindən başqa, digər sahə kitabxana qurumlarını təmsil edən iştirakçılar isə konfransın işində geniş yer tutan İrbis-məktəbin dərslərində mütəmadi iştirak edərək əlavə dəyişikliklər sisteminin işi haqqında lazımi biliklər əldə etdilər.

  

 

   Əhməd Ramazanov,

   Sabirabad Şəhər Mədəniyyət

   Turizm Şöbəsinin müdiri

 

   Mədəniyyət.- 2012.- 29 iyun.- S. 15.