İpək yolu” III Beynəlxalq Musiqi Festivalı

 

  Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 30-dan iyulun 4-dək “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

  

   Bununla bağlı iyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil olundu. Tədbir barədə media təmsilçilərinə ətraflı məlumat verən festivalın rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ənənəvi musiqi bayramının respublikamız üçün böyük əhəmiyyət daşıdığını dedi: “Hamımıza məlumdur ki, ilk festival Şəkidə, sonra isə Bakıda keçirilib. Tədbir yenidən öz yolunu Şəkidən salır. Bunun da çox mühüm səbəbləri var. Çünki bu il Azərbaycanın ən məşhur memarlıq abidələrindən olan Şəki xanları sarayının 250 yaşı qeyd edilir. Tariximizi yaşadan bu möhtəşəm abidənin yubileyininİpək yolumusiqi festivalı günlərində qeyd edilməsi əlamətdar hadisələrdən biridir. Biz bu dəfə tədbirin əsas qayəsinə uyğun olaraq konsertləri memarlıq abidələri fonunda - Şəki xanları sarayı, Yuxarı Aşağı Karvansara, “Cənnət bağıkimi tarixi məkanlarda keçirəcəyik. Burada ayrı-ayrı ölkələrin milli musiqisi müxtəlif folklor nümunələrinin, milli geyimlərin, qədim ornamentlərin nümayişi ilə, rəngarəng melodiyaların sədaları tarixi memarlıq abidələrinin ecazkar ab-havası ilə qovuşacaq”.

   F.Əlizadə ilbəil coğrafiyasını daha da genişləndirən festivalda dünyanın aparıcı musiqi kollektivlərinin iştirak edəcəyini xatırlatdı: “Budəfəki musiqi bayramına İrandanAcəmlər”, Koreya RespublikasındanBuyoqun Cunqnam”, GürcüstandanErisioni”, TürkiyədənƏl-Kindiansamblları, eləcə Türkiyənin Şəki ilə qardaşlaşmış Giresun şəhərinin folklor kollektivi iştirak edəcək.

   Şəki xanları sarayında baş tutacaq açılışda Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistlərinin iştirakı ilə Üzeyir HacıbəylininArşın mal alanoperettası əsasında hazırlanmışArşın malçı İpək Yolundamusiqili hekayəti nümayiş etdiriləcək. Festival günlərində Cabbar Qaryağdı adına muğam üçlüyü, Azərbaycan Televiziyası Radiosunun Niyazi adına Simfonik Orkestri Cahangir Cahangirov adına Xor kollektivlərinin konsertləri təşkil olunacaq. Həmçinin Şəki Musiqi Kollecinin tələbələri üçün görkəmli musiqiçilərimiz, xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov Fəxrəddin Dadaşovun ustad dərsləri təşkil olunacaq”.

   Mətbuat konfransında Mədəniyyət Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva da çıxış edərək respublikamızın son illər bir çox musiqi festivallarına ev sahibliyi etdiyini bu tədbirlərin mədəniyyət turizmimizin inkişafına təkan verdiyini dedi: “Festivalların şəbəkəsi əsasən turizm potensiallı bölgələri əhatə edir. Bununla biz ölkəmizin musiqi mədəniyyəti ilə yanaşı, turizm potensialını da nümayiş etdirmək istəyirik. Ona görə nazirlik olaraq hər zaman bu kimi tədbirlərə dəstək verməyə hazırıq”.

   Tədbirdə Şəki Şəhər Mədəniyyət Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov da çıxış edərək festivala hazırlıqla bağlı ətraflı məlumat verdi.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 29 iyun.- S. 7.