Kitabxananın 55 illik yubileyi qeyd olunub

 

   Yasamal rayon MKS-in 3 saylı filialında Q.Musabəyov adına kütləvi kitabxananın 55 illik yubileyi keçirildi.

 

   Tədbiri giriş sözü ilə kitabxananın müdiri A.Xudayarova açaraq mədəniyyət ocağının tarixi və kitabxananın fəaliyyəti barədə məlumat verdi. Tədbirdə Yasamal rayon MKS-in direktoru N.Ömərova, Səbail rayon MKS-in direktoru N.Ələkbərova, Heydər Əliyev Muzeyinin direktoru S.Seyidzadə, BDU-nun kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, şair Yusif Nəğməkar, jurnalist Mustafa Şükran, Niyazi adına 22 saylı musiqi məktəbin, Şuşa Humanitar Kollecinin, Azərbaycan Pedaqoji Universitetinin tələbələri və MKS-in filial müdirləri iştirak edirdilər.

   Tədbir bədii-musiqili ifalarla sona çatdı.

 

 

   Mədəniyyət.- 2012.- 7 mart.- S. 13.