Azərbaycanda
çay mədəniyyəti
Azərbaycan
Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin nəzdində
fəaliyyət göstərən Türk Dünyası Folklor
Mərkəzi martın 2-də «Azərbaycanda çay mədəniyyəti»
adlı tədbir və ənənəvi əl işləri sərgisi
keçirdi.
Mərkəzin
direktoru Rəna Salehova tədbirin Azərbaycanda çay mədəniyyətinin
təbliğinə həsr olunduğunu nəzərə
çatdırdı. Azərbaycan və Qafqaz Çay
Federasiyasının rəhbəri Fərman Quliyev isə
ölkəmizdə çay mədəniyyətinin tarixindən
söz açdı: «Çay dünyada geniş yayılıb
və ona tələbat ildən-ilə artır. Ən
çox çay içən xalq ingilislərdir. Hamıya bəllidir
ki, çay insanda məhəbbəti artırır, onları
bir-birinə daha da yaxın edir. İnsanlar çayı
içərkən müsbət əhvalda olurlar. Azərbaycanda
zəngin çay ənənələri var. Bütün mərasimlərimiz
çayla keçirilir».
Tədbirdə universitetin
regionşünaslıq kafedrasının əməkdaşları
tərəfindən hazırlanmış «Elçilik», «Yas mərasimi»,
«Çayxana» və s. səhnəciklər təqdim olundu.
Çayın dünyada yaranması, becərilməsi, tipləri,
Azərbaycana bu bitkinin tarixi İpək Yolu vasitəsilə gətirilməsi,
çayın süfrəyə verilməsi haqqında ətraflı
məlumatlar verildi.
Sonda çay mədəniyyəti
çalarlarını əks etdirən maraqlı və
orijinal əl işlərinə baxış keçirildi.
Gülər
Mədəniyyət.-
2012.- 7 mart.- S. 13.