Bir ilə dörd-beş saatlıq baxış

 

   Mədəniyyət və Turizm Nazirliyinin Zaqatalada zona müşavirəsi

  

   2 mart 2012-ci il. Səhər saat 9.50. Hələ müşavirəyə 2 saatdan bir qədər çox vaxt qalır deməli, reportajımızın rəsmi hissəsinədək bu ekzotik-fantastik şəhəri bir xeyli gəzib-dolaşmaq, publisistik qeydlər aparmaq olar...

  

   Bir çox kitablardan, bədii sənədli telefilmlərdən bizə yaxşı tanış olan bu şəhər öz təbii füsunkarlığı, abadlığı, sakinlərinin əzəli-əbədi dağ vüqarı növbəti Novruz ərəfəsi hərarətilə yenə diqqəti cəlb etmədə...

   Yer üzünün istənilən eko-inci guşəsi, insanlarının sivil-müasirliyi, ayıq-sayıqlığı sair sarıdan dünyanın hər hansı paytaxtının mini-misli təsiri bağışlayan bu şəhəri heç ilə təəccübləndirmək mümkün olmasa da, bu gün zaqatalalıları hərəkətli, dinamik bir əhvalda görürəm. Görünür, bu da rayona çoxsaylı qonaqların təşrif buyurması ilə bağlıdır: mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli, aparıcı məsləhətçisi Oqtay Muxtarov başqaları. Həmişə yaraşıqlı küçə parklarında, muzey digər maddi-mədəniyyət obyektlərində xarici qonaq turistlər görməyə adət etmiş yerlilər ətraf həmvətənlərini - Balakən, Şəki, İsmayıllı, Qəbələ, Göyçay, Qax, Oğuz, Ağsu, Şamaxı, Qobustan rayonlarından gəlmiş mədəniyyət turizm şöbələri işçilərini isti nəzər-güzarla qarşılayırlar.

   Ümummilli liderin adını daşıyan böyük yaraşıqlı park, abidəsinin həndəvəri daha da qələbəlikdir. Bu ərazidə yerlilərlə çoxsaylı qonaqların təbii alınan izdihamlı birliyi bir çalğısız məhəbbət kapellası təsiri bağışlayır. Bir azdan - rayonun bir neçə tarixi abidəsinə müşavirədə müzakirə ediləsi mədəniyyət obyektlərinə baş çəkib qayıtmış Vaqif Əliyev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə onları müşayiət edənlər burada görünürlər. Onlar ulu öndərin abidəsi önünə tər çiçək əklillər qoyur, xatirəsinə ehtiramlarını bildirirlər.

   Saat 11.50. Zaqatala Rayon Mədəniyyət Evinin ən müasir texniki-kommunikasiya vasitələrilə təchiz edilmiş geniş, yaraşıqlı salonu. Səhnədəki elektron-lövhədə tədbirin adı işıqlandırılır: Mədəniyyət Turizm Nazirliyinin şəhər (rayon) mədəniyyət turizm idarələrinin (şöbələrinin) 2011-ci il ərzində fəaliyyətinə həsr olunmuş zona müşavirəsi.

   Saat 12.00. Səhnəyə daxil olan mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rəyasət stolu arxasına keçirlər. İcra başçısı M.Əhmədzadə diqqət çəkən xoş əhvali-ruhiyyə ev yiyəsi rəğbətilə tədbir iştirakçılarını salamlayır, səmimi ifadələrlə nazirlik rəsmilərinə bölgənin mədəniyyət sahəsi görəvlilərinəxoşgəldinizsöyləyib, müşavirəyə uğurlar diləyir. Bu tədbir üçün məhz bu rayonun - zəngin tarixi müasir mədəniyyət elementlərinə, habelə potensial turizm gələnəklərinə malik olan Zaqatalanın seçilməsinə görə Mədəniyyət Turizm Nazirliyinin ünvanına rayon ictimaiyyəti adından minnətdarlıq bildirən M.Əhmədzadə yığıncağı açıq elan edir, sözü mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyevə verir.

   Yığıncaq iştirakçılarını - səhər erkəndən rayon mərkəzində qarşılaşdığı səmimi qonaqpərvərlik, işgüzar atmosfer, gözəl arxitektur-erqonomik canlı insan mədəniyyəti təəssüratları altında ürəkdən salamlayan Vaqif Əliyev bütün bunların, əzəmətli abidəsini indicə ziyarət edib gəldikləri ümummilli lider Heydər ƏliyevinVətən ucqarideyalarının bariz təcəssümü olduğunu vurğulayır. Natiq qeyd edir ki, belə bir xoş təəssüratdan sonra istənilən problemi müzakirə edib çıxış yolu tapmaq olar - onda qala son illər cənab Prezidentimizin göstəriş qayğıları, hörmətli nazirin səyləri nəticəsində sürətli inkişaf relsinə düşmüş mədəniyyət turizm məsələlərini: “Mədəni irsini qoruyan xalq özünü qorumuş olur”.

   Qısa giriş nitqində böyük mədəniyyət turizm aləmimizin hər nöqtəsinə toxunmağa çalışan natiq əsas diqqəti bu sahənin perspektiv-strateji gələnəklərinə yönəldir. Bildirir ki, əgər ölkə Prezidentinin yaxın keçmişdə imzaladığı qərar sərəncamlar daha çox hər konkret dövrün cari məsələlərini ehtiva edirdisə, son sənədlər qarşıdakı uzun illəri hədəfləyir: “Artıq biz mədəniyyət işçiləri 2020-ci daha irəli illərin mədəniyyət turizm işləri üstdə köklənmişik”.

   Çağdaş Azərbaycan siyasəti mədəniyyətinin müasir reputativ-aktiv durumunun qloballaşan dünyada yeri məsələsinə toxunan natiq belə bir faktı da xatırladır ki, bu yaxınlarda Azərbaycan muzeylərində 400-dən çox fransız incəsənəti şedevrləri sərgilənəcək: “Hansı ki, bu əsərlərin bir çoxu bu günədək Fransadan kənara çıxarılmayıb bu, Azərbaycandakı stabilliyə, habelə Azərbaycanın yüksək zövqünə bir dəyərdir!”

   Ölkəmizlə dünyanın əksər ölkələri arasındakı intensiv mədəni əlaqələr, qarşılıqlıMədəniyyət günləri”, dünya çaplı festivallar, maddi qeyri-maddi mədəniyyət abidələrinin UNESCO siyahılarına salınması faktlarını da vurğulayan Vaqif Əliyev müşavirəyə bir daha uğurlar arzulayır sözü Mədəniyyət Turizm Nazirliyinin Regionlarla sektorunun müdiri Pərviz İsgəndərliyə verir.

   P.İsgəndərli öz çıxış-hesabatına ayrı-ayrı bölgələr üzrə keçirilən bu formatlı müşavirələrin mədəniyyət turizm idarələrinin, şöbələrinin fəaliyyətinə mühüm təsirindən başlayır. Bildirir ki, bu məzmun-mövzulu tədbirlər təkcə bölgəvi məsələ-mətləblərin deyil, həm mədəniyyət turizm işi ilə bağlı ümumrespublika strategiyasının formalaşdırılmasına da xidmət edir: “Bugünkü yığıncaq şəhər, rayon mədəniyyət turizm şöbələrinin, qoruq, muzey MKS-lərin rəhbər işçilərini birləşdirir sizin nümayəndələrinizin çıxışları sizə - bir-birinizlə, ötənilki uğurlarınız, yeni təklif, təşəbbüslərlə tanışlıq imkanı yaradacaq, qarşıdakı daha səmərəli fəaliyyət proqramına səsləyəcək”.

   Sektor müdiri rayon mədəniyyət turizm şöbələrinin ötənilki uğurları ilə yanaşı, bəzi nöqsanların da olduğunu bildirir. Natiq vurğulayır ki, problemlərin aradan qaldırılması üçün rayon mədəniyyət turizm şöbələri ölkə Prezidentinin qərar göstərişlərinə, nazirliyin tövsiyə direktiv sənədlərinə daha ciddi istinad etməlidirlər.

   Sonra söz rayon şöbələrinin rəhbərlərinə verilir. Vaqif Əliyevin elə ilk dəqiqələrdən yaratdığı demokratik ab-havadan yararlanan şöbə müdirləri öz çıxışlarında canlı sorğu-polemikaya da meyillənirlər. Zaqatala Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Səfər Ramazanov ötən uğurlardan daha çox, qarşıda duran problemlərdən danışır, bir sıra yeni təkliflər irəli sürür bütün bunları komplektləşdirib nazirliyə təqdim edəcəyini bildirir.

   Qəbələ Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Nargilə Qafarova 5 dəqiqəlik canlı səlis nitqində başçılıq etdiyi şöbənin ötənilki fəaliyyəti haqda müfəssəl məlumat verir, qarşıdakı fəaliyyət planlarının aydın mənzərəsini yaradır. Şəki Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov, İsmayıllı Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Azər Abbasov, Göyçay Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Sahib Şükürov da ötən il görülən işlər, əldə olunan nəticələr barədə yığıncaq iştirakçılarına məlumat verdilər. Natiqlər folklor beşiklərindən olan İsmayıllıdan, dünyaya əbədi gözəllik təbii dad rəmz-“brend”i olan nar bəxş etmiş Göyçayda keçirilən müxtəlif tədbirlərdən danışdılar, qarşıda duran məsələlərdən bəhs etdilər.

   Üç saata yaxın çıxış müzakirələrdən sonra mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev müşavirəyə yekun vurdu.

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2012.- 7 mart.- S. 5.