"Müasir Ukrayna musiqisi günləri" başa
çatdı
Martın 3-də Bakıda keçirilən “Müasir
Ukrayna musiqisi günləri” çərçivəsində Bəstəkarlar
İttifaqının Üzeyir Hacıbəyli adına konsert
salonunda elmi konfrans keçirildi.
“Müasir Ukrayna musiqisi” mövzusunda
konfransda Bəstəkarlar İttifaqının sədri,
professor Firəngiz Əlizadə Azərbaycan və Ukrayna
arasında tarixi ənənələrə söykənən
dostluq münasibətlərindən söz açdı. Bu
cür əlaqələrin musiqi sahəsində
qarşılıqlı zənginləşmə və təcrübə
mübadiləsinə zəmin yaratdığını
vurğuladı.
Tədbirdə Ukraynadan ölkəmizə
təşrif buyuran musiqiçilər haqqında məlumat
verildi. Qeyd olundu ki, martın 2-də Dövlət
Filarmoniyasının səhnəsində Əməkdar incəsənət
xadimi F.Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli
adına Dövlət Simfonik Orkestri ukraynalı solistlərlə
birlikdə ukraynalı bəstəkarların əsərlərindən
ibarət konsert proqramı ilə çıxış ediblər.
Daha sonra qonaqlar müasir dövrdə
Ukrayna musiqi mədəniyyəti və inkişaf xüsusiyyətlərindən
bəhs edən məruzələrlə çıxış
etdilər. Ukraynanın Xalq artisti, professor Miroslav Skorik
“Dünya müasir musiqisinin və milli mədəniyyətin
inkişaf yolları” mövzusunda çıxış edərək
musiqi və dinləyici arasında münasibət, gənclərin
musiqi zövqünün formalaşdırılması məsələlərinə
toxundu. Konfransda Ukrayna Bəstəkarlar İttifaqının sədri
İqor Şerbakovun, fəlsəfə doktoru
T.Nevençanın, fəlsəfə doktoru Mixail
Şvedanın, Aleksandr Piriyevin müxtəli mövzularda məruzələri
dinlənildi.
Martın 3-də Bəstəkarlar
İttifaqında “Müasir Ukrayna musiqisi günləri” çərçivəsində
final konserti oldu. Kamera musiqisindən ibarət olan konsertdə
Ukrayna bəstəkarları Y.Stankoviç, B.Frolyak,
İ.Karabits, M.Skoriç, M.Şved və
başqalarının əsərləri səsləndirildi.
Solistlər D.Tavantes və A.Zaytsevanın fortepiano duetləri
maraqla qarşılandı.
Lalə
Mədəniyyət.- 2012.- 7 mart.- S.
4.