Qadın rəssamların bayram hədiyyəsi

 

   Martın 7-də “LN” İncəsənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qadın rəssamların əsərlərindən ibarət sərgi açıldı. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilmiş sərgidə 12 qadın rəssamın 60-dan çox əsəri nümayiş etdirilir.

   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov qadın rəssamların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün müxtəlif layihələrin həyata keçirildiyini, sərgilərinin təşkil edildiyini nəzərə çatdırdı.

   Rəssam Minayə Dəyanət Feyzullayeva sərginin təşkilatçılarına minnətdarlığını bildirdi, qadın rəssamların qazandıqları uğurlardan danışdı. Tədbirdə çıxış edən digər natiqlər xanım rəssamlara uğurlar arzuladılar.

   Minayə Dəyanət Feyzullayeva, Tamilla Seyidova, Zərifə Seyidəliyeva, Şəhla Əsgərova, Raida Mustafayeva və digər rəssamların əl işlərinin nümayiş olunduğu sərgi martın 14-də işini başa vuracaq.

  

 

   R.İsayeva

 

   Mədəniyyət.- 2012.- 14 mart.- S. 6.