Azərbaycanla
Rusiya arasında kitabxana
əlaqələri genişlənir
Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında M.F.Axundzadənin
büstü ucaldılacaq
Martın 12-də mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikamızda işgüzar
səfərdə olan M.Rudomino
adına Ümumrusiya Xarici
Ədəbiyyat Kitabxanasının nümayəndə heyətini
qəbul edib. Nümayəndə heyəti
Azərbaycana Heydər Əliyev Fondunun dəstəyi
ilə səfər edib.
İnformasiya cəmiyyəti şəraitində yeni inkişaf mərhələsinə qədəm qoymuş kitabxanaların rolunun getdikcə artdığını vurğulayan Vaqif Əliyev ölkəmizdə kitabxana sahəsinin inkişafından söz açıb. Qeyd olunub ki, 2008-ci ildə qəbul olunmuş Dövlət Proqramı kitabxanaların inkişafına güclü təkan verib. Vaqif Əliyev Azərbaycanla Rusiya arasında kitabxana işi sahəsində əməkdaşlığın uğurla davam etdiyini nəzərə çatdırıb.
Öz
növbəsində M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat
Kitabxanasının baş direktoru
Yekaterina Geniyeva bu əlaqələrin genişləndirilməsi
ilə bağlı bir sıra təkliflər
irəli sürüb, bilinqvistik
layihələrin hazırlanması, tərcümə işinin müasir tələblərə
çatdırılması sahəsində əməkdaşlıq
imkanlarından danışıb. O, kitabxanada
yaradılan “Azərbaycan guşəsi”nin fəaliyyətini
xüsusilə qeyd edib
və bildirib ki, bu il görkəmli Azərbaycan
dramaturqu M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar
kitabxananın xiyabanında onun büstü açılacaq. Baş
direktor Azərbaycan nümayəndə heyətini
həmin tədbirə dəvət edib.
Mədəniyyət.-
2012.- 14 mart.- S. 3.