Azərbaycan filmi Berlin kinofestivalında nümayiş
olunub
Bu yaxınlarda başa çatan 62-ci Berlin kinofestivalının
“Euroipian Film Marketed” bölməsində
15 postsovet ölkəsindən
gənclərin qatıldığı
“15 young by young” layihəsi maraqlı
ekran əsərləri
ilə yadda qalıb. Layihə çərçivəsində
15 gənc rejissorun hər biri 12 dəqiqəlik sənədli
film çəkib və
həmin filmlər
Berlin kinofestivalında nümayiş
etdirilib.
Azərbaycanı bu layihədə
“Buta film” studiyası təmsil edib. Rejissor Ələkbər Əliyevin lentə aldığı “Qarğıdalı”
filmi maraqla qarşılanıb. Layihənin
rəhbəri, latviyalı
prodüser İlona Biçevskaya “Qarğıdalı”
sənədli filminin tragikomikliyi ilə başqa ekran əsərlərindən fərqləndiyini
bildirib.
“Qarğıdalı”
qısametrajlı sənədli
filminin prodüseri Əli İsa Cabbarov, ssenari müəllifi Çingiz Rəsulzadə, rejissoru Ələkbər Əliyev,
operatorlar Elşən
Bədəlov, Pərviz
İlyazoğlu, montajçısı
Vladimir Berkmandır. Film yay
mövsümündə dəniz
kənarında qarğıdalı
satan Məlik adlı yeniyetmə oğlanın gündəlik
həyat tərzindən,
arzularından bəhs
edir.
Filmin rejissoru Ələkbər Əliyev Berlin kinofestivalında
təmsil olunmağı
Azərbaycan kinosu üçün böyük
uğur adlandırdı:
“Tamaşaçılar filmi
sadəliyinə görə
çox bəyəndiklərini
söylədilər. Azərbaycan
filmini izləmək onlara maraqlı idi”. Ə.Əliyev kino dilinin mürəkkəbləşdiyi
vaxtda sadəliyə üstünlük verdiyini
bildirdi.
Onu da qeyd edək
ki “Qarğıdalı”
filmi fevral ayında Fransa-Almaniya telekanalı ARTE-də nümayiş olunub.
Reyhan
Mədəniyyət.-
2012.- 16 mart.- S. 13.