Zirvəyə gedən yolda

 

   İki istedadlı gəncimiz avropalıları heyran qoydu

  

   Zəngin irsi olan Azərbaycan musiqi sənəti daima inkişafdadır. Böyük sənətkarların təcrübə bacarığından öyrənərək yetişən istedadlı gənclər musiqimizin, ifaçılıq sənətimizin dünyada tanınmasına öz töhfələrini verirlər.

  

   Bu yaxınlarda onlardan ikisinin - Bülbül adına Orta İxtisas Musiqi Məktəbin tələbələri Rüstəm Zeynalov Nərmin Nəcəflinin daha bir xoş sorağını eşitdik. Gənclər yanvarın 29-dan fevralın 4-dək Estoniyanın Narva şəhərində keçirilən gənc pianoçuların Frederik Şopen adına IX Beynəlxalq Musiqi Müsabiqəsində böyük uğura imza atıblar. İki ildə bir dəfə keçirilən müsabiqədə Azərbaycanla yanaşı Belarus, Estoniya, Latviya, Litva, Polşa, Ukrayna digər ölkələrdən 62 gənc ifaçı 3 yaş qrupunda yarışıb. Azərbaycanlı istedadlar onların arasından seçilərək ikiqat uğur qazanıblar: Rüstəm müsabiqənin baş mükafatına - «Qran-Pri»yə, Nərmin isə orta yaş qrupunda I yerə layiq görülməklə vətənimizin adını yüksəklərə qaldırıblar.

  

   OnunQran-Priqazanması hər kəsi heyrətə saldı

  

   Rüstəm Zeynalov 1995-ci ildə Bakıda doğulub. 2002-ci ildə 4 saylı musiqi məktəbinin fortepiano sinfinə daxil olub. 2004-2011-ci illərdə bir çox müsabiqələrdə iştirak edib, beynəlxalq festivalların qalibi olub. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə adı gənc istedadlarınQızıl kitabı”na daxil edilməklə Prezident təqaüdünə layiq görülüb. Həmin ildən təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirən Rüstəm bir çox nüfuzlu konsert salonlarında çıxış edib. Bu sırada Almaniyada keçirilən “Young euro classic” beynəlxalq festivalındakı, Parisdə, UNESCO-nun mənzil-qərargahındakı çıxışlarını xüsusi qeyd etmək gərəkdir.

   Rüstəm respublikamızda iştirakçısı olduğu 4 müsabiqənin «Qran-Pri» mükafatçısıdır. 2010-cu ildə Minskdə Y.Başmet adına Gənc Musiqiçilər Akademiyasının iştirakçısı olub. 2011-ci ildə Tbilisidə gənc pianoçuların V Beynəlxalq müsabiqəsində uğurla çıxış edən Rüstəm gümüş medalla təltif olunub. Ötən il daha bir uğura imza atıb - Litvada keçirilən Beynəlxalq Musiqi Festivalında uğurla təmsil olunaraq üç məşhur musiqiçidən - Sergey Edelman, Muza Rubaskite, Denis Paskaldan ustad dərsləri alıb.

   2012-ci il onun üçün uğurla başlayıb. 2 Fevral - Azərbaycan Gəncləri Günündə sənət uğurlarına görə Gənclər İdman Nazirliyinin "Gənclər Mükafatı"na layiq görülüb. Bunun ardınca isə Estoniyadan xoş xəbər gəldi. Onun uğuru Estoniya mətbuatında da geniş əks-səda doğurub, onlarla ifaçı arasından məhz Rüstəmin baş mükafata layiq görülməsi xüsusi qeyd olunub. Onu da qeyd edək ki, bundan öncəki iki müsabiqədə «Qran Pri» mükafatına heç kim layiq görülməmişdi azərbaycanlı ifaçı 6 ildə baş mükafatı qazanan ilk musiqiçidir.

   Elə buna görə Rüstəm Polşa Mədəniyyət Milli İrs Nazirliyinin xüsusi mükafatına (Polşaya 1 həftəlik səyahət) layiq görülüb.

   Rüstəm qazandığı uğurlara görə 2008-ci ildən Bülbül adına məktəbdə dərs aldığı müəllimi Dilarə Mirzəquliyevaya minnətdardır. Əməkdar müəllim D.Mirzəquliyeva ömrünün 50 ildən çoxunu gənc musiqiçilərin yetişdirilməsinə həsr edib. Gənc musiqiçi sənətdəki ilk müəllimi - 4 saylı musiqi məktəbində 6 il dərs aldığı Cənnət Matkazinanı da unutmur, ona da daim minnətdardır: “Eyni zamanda bizim istedadımızı dəyərləndirən, beynəlxalq tədbirlərdə iştirakımıza şərait yaradan Mədəniyyət Turizm Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm”.

  

   Şopen əsərlərinin ən yaxşı ifaçısı

  

   Şopen müsabiqəsində orta yaş qrupunda (12-15) I yerə layiq görülən Nərmin Nəcəfli 1996-cı ildə anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinfində fortepiano ixtisası üzrə Ədilə Rəhimovanın sinfində təhsil alır. Bu günə kimi bir çox beynəlxalq müsabiqələrin laureatı olub. 2007-ci ildən adı Azərbaycanın gənc istedadlarınınQızıl kitabı”na yazılan Nərmin Prezident təqaüdçüsüdür. Bakıda 2004, 2005, 2006 2007-ci illərdə keçirilən müxtəlif müsabiqə festivalların laureatı, Moskva şəhərində 8-12 yaşlı uşaqlar arasında keçirilən beynəlxalq müsabiqənin (2005), Tbilisidə keçirilən beynəlxalq musiqi festivalının ( 2005) laureatıdır. 2008-ci ilin mayında ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsində «Qran-Pri»yə layiq görülüb.

   O həmçinin 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Parisdə - UNESCO-nun baş qərargahında, habelə Strasburqda Brüsseldə keçirilənAzərbaycanın xoşməramlı mələkləriadlı konsert proqramlarında çıxış edib.

   2010-cu ildə Almaniyada beynəlxalq müsabiqənin xüsusi mükafatına layiq görülərək İtaliyada konsert proqramı ilə çıxış etmək hüququ qazanıb. Ötən ilin aprelində isə İtaliyada Eppan şəhərində çıxış edib, tanınmış musiqiçi, professor Andrea Bonattanın xüsusi istedada malik uşaqlar üçün təşkil etdiyi ustad dərslərinin iştirakçısı olub.

   Ötən il həmçinin Fransada (Piano Pic Festival) professor Muza Rubatskitedən, Polşada (Paderevski Piano Academy) professorlar İlya Şeps Robert McDonalddan ustad dərsləri alıb. Son olaraq Narva şəhərindən qələbə sorağı gətirən Nərmin müsabiqədə orta yaş qrupunda (12-15) I yeri qazanmaqla yanaşı daha üç mükafata - «Şopenin əsərlərinin ən yaxşı ifasına görə» xüsusi diploma (Varşavadakı Şopen cəmiyyəti təsis edib), Finlandiyadakı Şopen İnstitutunun Narva şəhər meriyasının xüsusi mükafatlarına layiq görülüb.

   Sənətdə zirvəyə doğru yeni addımlarını atan Nərmin təəssüratlarını bizimlə bölüşdü: «Uğurlarıma görə müəlliməm Ədilə Rəhimovaya borcluyam. Gənc istedadlara həmişə qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm».

  

 

   Həmidə Nizamiqızı

 

   Mədəniyyət.- 2012.- 16 mart.- S. 6.