Keçəçioğlu Məhəmməd

 

   Musiqi tariximizdən

  

   Elm damla-damla əldə edildiyi kimi, sərvət də misqal-misqal toplanır. Zaman-zaman milli musiqi mədəniyyəti xəzinəmizi zənginləşdirən görkəmli sənətkarlarımız olub. Onlardan biri də Keçəçioğlu Məhəmməddir.

  

   1896-cı ilin bir payız günü. Camaat Şuşa şəhərinə çəkilən ikinci su kəmərinin açılışına toplaşır. Şəhərin mərkəzi küçələri bayramsayağı bəzədilir. Bir neçə musiqiçi dəstəsi də at belində oxuyaraq kəmərlə şəhərə doğru yol alan suyu həzin səslə müşayiət edir. Onların arasında bir gəncin şaqraqgur səslə oxuduğuQarabağ şikəstəsi” diqqət çəkir. Gəncin coşqun zəngulələri hətta şəhərin ucqar - “Bazar başı” adlanan yerində də eşidilir. Sonra məlum olur ki, bu məlahətli səsin sahibi “Keçəçioğlu“ adı ilə tanınan Məhəmməd Məşədi Xəlil oğludur.

   O, 1864-cü ildə Şuşada anadan olub. Atası Məşədi Xəlil tanınmış keçə ustası idi. O da tədricən atasından keçəçilik sənətini öyrənir. Odur ki, xalq arasında Keçəçioğlu Məhəmməd kimi tanınır...

   Deyilənə görə, günlərin bir günü görkəmli musiqişünas Xarrat Qulu səhər-səhər evdən fikirli çıxır. Yolu təsadüfən həmin keçəçi dükanının qarşısından düşür. Həzin bir zümzümə onu fikrindən ayırır. Başını yuxarı qaldırıb ətrafa göz gəzdirir. Qarşı tərəfdə ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə oxuduğunu görür. O, dost tanışlarından soraqlayıb bu gəncin kim olduğunu öyrənir. Aradan xeyli vaxt keçəndən sonra bir gün onu yanına çağırır. Danışdırıb hal-xasiyyətinə bələd olur onu öz məktəbinə qəbul edir. Məhəmməd bu məktəbdə Xarrat Quludan, görkəmli xanəndə Məşədi İsidən xalq musiqisini mükəmməl öyrənir. Hələ çox gənc ikən ŞuşanınÇanaqqala”, “Şəmilin bağıŞəkili bulaqkimi mənzərəli-səfalı yerlərində qurulan məclislərdə çıxış edir.

   Görkəmli xanəndə Seyid Şuşinski Keçəçioğlu Məhəmmədi xatırlayarkən deyərmiş: “Onu görməyib səsini uzaqdan dinləyənlər elə hesab edərdilər ki, oxuyan Məşədi İsidir. Çünki o, oxuduğu muğamlarda Məşədi İsinin vurduğu xalları guşələri çox ustalıqla təqlid edirdi”.

   O, müəllimlərinin yolu ilə gedir. Şəhərin musiqi məclislərində el şənliklərində, eyni zamanda ictimai həyatda fəallıq göstərir. ŞuşadaXandəmirovun teatrındayazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi altında təşkil edilən tamaşalarda musiqili səhnəciklərdə çıxışlar edir. Qısa zamanda tamaşaçı dinləyicilərin hüsnrəğbətini qazanır.

   1902-ci ildə Bakıya gəlir. İlk dəfə çıxış etdiyi konsertdəŞüştərmuğamını böyük ustalıqla oxuyur.Kaspiqəzeti bu barədə geniş bir məqalə bir neçə rəy dərc edir. Həmin rəylərin birində yazılmışdı: “Xanəndə MəhəmmədŞüştərmuğamını ürəkdən, incə bir səslə-avazla elə gözəl oxudu ki, dinləyiciləri məftun etdi. Onların böyük hüsnrəğbətini qazandı...”.

   Həmin konsertdə Məhəmməd FüzulininLeyli Məcnunpoemasından duet şəklində bir parça tamaşa da göstərilir. Duet Cabbar Qaryağdı ilə Keçəçioğlu Məhəmmədin ifasında səslənir. Bu çıxış tamaşaçılar arasında böyük marağa səbəb olur ifaçılara uğur qazandırır. O dövrdə belə konsert-tamaşalar milli opera sənətimizin yaranmasına zəmin yaradırdı...

   Bakının mədəni həyatı Keçəçioğlu Məhəmmədi möhkəm tellərlə özünə bağlayır. Məhz buna görə o, 1904-cü ilin əvvəlində həmişəlik Bakıya köçür. Şəhərin tanınmış tarzənlərindən Məşədi Zeynal, Mərdi Canıbəyov sonralar Qurban Pirimovla əməkdaşlıq edir. Ona nöqsan tutulmasın deyə, öz üzərində yorulmadan çalışır. Dinləyiciləri ələ almağı sənəti ilə onları valeh etməyi bacarır. Araşdırmalarda göstərilir ki, Keçəçioğlu Məhəmməd qəzəl seçməkdə çox usta xanəndə olub. Məclisdə dinləyicilərin əhvali-ruhiyyəsinə uyğun gedişlər edərmiş. Onları kədərləndirər, bəzən şənləndirərdi. Əməkdar artist Cəlilbəy Bağdadbəyov öz xatirələrində yazır: “1905-ci il idi. Bakı toylarının birinə dəvət olunmuşdum. Məclis geniş bir həyətdə qurulmuşdu. Xanəndə Keçəçioğlu MəhəmmədÜzzaloxuyurdu. Yanımda silahlı bir nəfər oturmuşdu. Hiss etdim ki, o, Bakı qoçularından biridir. Xanəndənin çox ustalıqla oxuması hamını heyran etmişdi. Təkcə yanımda oturan qoçu narahat idi. O, nədənsə hirslənir tapançanı əlində oynadırdı. Xanəndə bu vəziyyəti görüb İran şairi Sədinin: “Ma degər kəs nəğereftim becaye to nədimrədifli qəzəlini oxudu (tərcüməsi: Biz başqasını sənin yerinə özümüzə mərhəm görmədik, Sən Allah xatirinə keçmiş əhd-peymanı unutma). Mən qonşumun hərəkətlərindən narahat olaraq üzümü ona tərəf çevirdikdə o, bu vəziyyətdən istifadə edib dedi: - Keçəçioğlu oxuyur? - Mən dedim ki, xanəndəUzzaloxuyur qəzəlin bu iki sətrini ona tərcümə etdim. Qoçu bığlarını eşib dedi: - Eh, heç bilmirəm. Bircə onu bilirəm ki, Keçəçioğlunun oxumağı çox xoşuma gəldi. İstəyirəm ki, ayağa durub hamını qırım”.

   1912-ci ildə Qafqazda məşhur xanəndə kimi tanınan Keçəçioğlu Məhəmməd “Sport-Rekordfirmasının dəvəti ilə Varşavaya gedir. Yolüstü bir neçə gün Moskvada qalır. BuradaMetropolmehmanxanasının zalında Cabbar Qaryağdı, Məşədi Məmməd Fərzəliyev Davud Səfiyarovun iştirakı iləŞərq konsertiverir. Varşavada Keçəçioğlu Məhəmməd, Qurban Pirimov kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti iləHeyratı”, “Rahab”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi s. muğamları, “Gülə-gülə”, “Xuraman”, “Axşam oldutəsnif mahnılarını vala yazdırır. Xanəndə 1914-cü ildəEkstrafonfirması tərəfindən Kiyevə dəvət edilir. Burada da bir çox muğam el mahnılarını qrammofon vala yazdırır. Sovet dövründə Keçəçioğlu Məhəmməd xalq incəsənəti ilə yaxından məşğul olur, bacarığını musiqi mədəniyyətimizin inkişafına həsr edir. 1921-ci ildə o, “Təşviqat qatarıilə respublikanın bir sıra rayonlarını gəzir, zəhmətkeşlər qarşısında maraqlı repertuarla çıxışlar edir. 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Cabbar Qaryağdıoğlu Seyid Şuşinski ilə birlikdə gənc xanəndələr yetişdirmək sahəsində birgə fəaliyyət göstərir.

   O, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında müəyyən xidmətləri olan görkəmli sənətkarlardan olub. Onun mənalı həyat yolu bu cəhətdən çox səciyyəvidir. Bir xanəndə kimi nadir sənətkarlıq qabiliyyətinə, həm gözəl səsə malik olub, musiqi mədəniyyəti tariximizdə müstəsna rol oynayıb. Heç bir zaman xalq musiqisindən uzaq düşməyib. Ömrünün ixtiyar çağlarında da musiqi ilə nəfəs alıb xalqının xeyir işinə yarayıb. Görkəmli sənətkar 1940-cı ildə vəfat edib.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2012.- 28 mart.- S. 15.