“Buta” filmi beynəlxalq
festivalda baş mükafata layiq görülüb
Azərbaycanlı rejissor İlqar
Nəcəfin çəkdiyi
“Buta” filmi martın 14-dən 24-dək Cənubi
Afrika Respublikasının
Keyptaun şəhərində
keçirilmiş “Cape Winelands”
film festivalında uğurla
iştirak edib.
“Azərbaycanfilm”
kinostudiyasının və
“Butafilm” kino şirkətinin birgə istehsalı olan ekran əsəri festivalın əsas mükafatı olan “Qran-pri”yə layiq görülüb. “Butafilm” kino şirkətindən bildiriblər
ki, Azərbaycan filmi 48 ölkənin qatıldığı festivalın
“Əsas müsabiqə”
bölümündə nümayiş
olunub.
2011-ci ildə çəkilmiş filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf, prodüserləri
Xamis Muradov və İlqar Nəcəf, operatoru Georgi Beridze, bəstəkarı Cavanşir
Quliyevdir. Filmdə baş rolları
Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva və başqaları ifa ediblər.
Xatırladaq ki, “Buta” filmi 2011-ci ilin sonunda Avstraliyada keçirilən V Asiya-Sakit
Okean Kino Akademiyasının
illik toplantısında
“Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub. Son bir
neçə ayda “Buta” filmi Türkiyə,
Rusiya, Özbəkistan,
Estoniyada keçirilən
beynəlxalq kinofestivallarında
iştirak edib. Hazırda ekran əsəri Misirin paytaxtı Qahirədə keçirilən
uşaq filmləri üzrə beynəlxalq festivalda ölkəmizi təmsil edir.
Film daha bir neçə festivala dəvət alıb.
Ekran əsəri aprelin 18-dən 21-dək İtaliyanın
Treviso şəhərində Beynəlxalq “Vittorio Venetto” film festivalında, aprelin 19-dən 29-dək Avstraliyada
“Gold Coast” festivalında iştirak
edəcək.
Aprelin 13-dən
22-dək ABŞ-ın Hyuston
şəhərində keçiriləcək
“World Fest - Houston İnternational” film festivalında da Azərbaycanı “Buta” təmsil edəcək.
Film festivalın
“Əsas müsabiqə”
bölümündə yarışacaq.
Mədəniyyət.-
2012.- 28 mart.- S. 2.