Uşaq ədəbiyyatımızda yeni yazarlar nəsli yetişməlidir”

 

   2 Aprel Beynəlxalq Uşaq Kitabı Günüdür

  

   Hər il aprelin 2-si dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Bu günün maraqlı tarixçəsi var. Belə ki, 1805-ci il aprelin 2-də məşhur Danimarka nağılçısı Hans Kristian Andersen anadan olub. 1967-ci ildən Uşaq Kitabı üzrə Beynəlxalq Şuranın qərarı ilə 2 aprel bu yazıçının şərəfinəBeynəlxalq Uşaq Kitabı Günüelan olunub.

  

   Bütün dünyada rəngarəng uşaq bayramı kimi qeyd olunan belə bir əlamətdar günün təsis edilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, ona sevgi aşılamaq diqqəti uşaq kitabı nəşrinə yönəltməkdir. Maraqlıdır, bu bayrama biz hansı uğurlarla gəlmişik, Azərbaycan uşaq ədəbiyyatının bugünkü vəziyyəti necədir, hansı problemlər narahatlıq doğurur? Bu barədə yazıçı tərcüməçi, uşaqlar üçün bir çox maraqlı əsərlərin müəllifi Sevinc Nuruqızının fikirlərini öyrəndik.

   2000-ci ildən uşaq ədəbiyyatı ilə fəal məşğul olan yazıçı İctimai radioda «Çoxbilmiş» uşaq verilişinin müəllifi aparıcısı, «Cırtdan», «Ümid» uşaq jurnallarının rəhbəri olub, hazırda «Təhsil» Nəşriyyat-Poliqrafiya Birliyində redaktor işləyir. “Çərpələng”, « xoruzun hekayəti», «İpəkçənin macəraları», “Qəribə kəndin nağılı”, “Paltar dolabında gizlənqaç”, “Bozqulaq fəsillər”, “Ağca Cuppulu”, “Xortumlu dağ”, “Bapbalaca əlifba s. kitabların müəllifidir.

  

   Bir çox müəlliflər uşaqlar üçün yazmağa meyilli deyillər

  

   Yazıçının fikrincə, bu gün uşaq ədəbiyyatında aktual olan başlıca məsələlərdən biri bu mövzuda yazan gənc müəlliflərin az olması, yeni yazarlar nəslinin yetişməməsidir. Məhz bu üzdən hələlik ölkəmizdə uşaq ədəbiyyatına tələbat daha çox xarici dillərdən (əsasən rus dilindən) edilən tərcümələr, eləcə folklor nümunələrimizin, nağıl dastanlarımızın, klassik uşaq yazıçı şairlərimizin, yaşlı nəsil müəlliflərin əsərlərinin təkrar çapı hesabına təmin edilir: “Amma inkişaf etməkdə olan nəslin nümayəndələrinə bu bəs edəcəkmi?! Uşaq öz müasirini oxumasa, yeniləşən dünyadan, dəyişən zövqdən, hər gün üçün mütləq olan bədii informasiyadan sürətlə uzaqlaşmazmı?! Uşaqlarımızı buraxmışıq aqressiya ilə dolu cizgi filmlərinin ixtiyarına. Hər nəslin öz yazarı, onun kimi düşünməyi, onunla maraqlı həmsöhbət olmağı bacaran müəlliflər olmalıdır. Düzdür, Azərbaycanda tez-tez uşaq kitabı bayramları keçirilir. Məsələn, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası belə tədbirləri tez-tez təşkil edir, uşaqlara mövcud ədəbiyyat təqdim edilir. Amma bu gün uşaqlar üçün yazan azdır. Onlar üçün bir neçə nəfərin yazmağı bəs etməz. Ola bilər ki, bir nəfər 100 kitabın müəllifi olsun. Amma bir nəfərin bütün uşaqların marağını əhatə edəcək dünyagörüşü, bir nəfərin bütün zövqlərə cavab verəcək yazı tərzinin olması, bütün ədəbi janrları əhatə etməsi qeyri-mümkündür”.

   Müəllif mövcud vəziyyətin səbəbini bir neçə amildə görür. Onun fikrincə, bu gün bir çox yazarlar uşaqlar üçün yazmağa meyilli deyillər, onlar daha tez anlayan auditoriya axtarırlar. Fikirləşirlər ki, indiki zamanda oturubnağılyazmayacaqlar ki?:Təəssüf ki, bu sahəni boş görüb vəziyyətdən faydalanmağa çalışan işbazlar da var. Kitabdakı şəkillərin hesabına nəşr etdikləri kitabları uğurla realizə edə bilən işbazlar. İndi hər kəs istədiyini yaza gedib onu istədiyi nəşriyyatda nəfis tərtibatla nəşr edə bilər. Amma bu, normal uşaq ədəbiyyatı deyil. Uşaq ədəbiyyatında naşı ədəbiyyat naşı həkimin müalicəsinin təsirinə bənzəyir. Böyüməkdə olan nəsil oxuduğu əsərin mövzusuna köklənir, o istiqamətdə inkişaf edir. Uşağına kitab seçən valideyn mütləq onun məzmunu ilə maraqlanmalı, ədəbi üsluba, məna dolğunluğuna fikir verməlidir. Xeyir şər anlayışları möhkəmlənməmiş azyaşlı üçün seçilən ədəbiyyat mənfi müsbət qəhrəmanların mübarizəsi əsasında qurulmamalıdır. Əks təqdirdə uşağın qorxaqlıq qəhrəmanlıq, yaxşı pis, xeyirxahlıq qəddarlıq haqqında təsəvvürləri korlanar, onda psixoloji pozğunluq yaranar. Məsələn, tanıdığım bir ailədə 5 yaşlı uşağın kitablarının arasında elə qəribə kitablara rast gəldim ki, təəccübləndim. O kitabların müəlliflərinin yazı dili ən azından uşağın dilini, zövqünü korlaya bilər. Hələ məzmununu demirəm”.

  

   Uşaq kitablarının tərtibatı məzmunu qədər önəmlidir

  

   Yazıçının sözlərinə görə, uşağı üçün kitab seçən valideyn kitabın tərtibatına, illüstrasiyalarına xüsusi diqqət yetirməlidir: “Əgər qəhrəmanların rəssam tərəfindən yaradılmış obrazları qəddar, aqressivdirlərsə, bu kitabı seçmək lazım deyil. Kiçikyaşlı uşaqlar üçün kitab seçərkən mətnin deyil, illüstrasiyaların bolluğuna diqqət yetirilməlidir. Çünki bu yaşda uşağa əsas fikri şəkillər çatdırır. Uşaq kitabının mətni nisbətən böyük ölçülü şriftlə yığılmalı, mətn aydın fon üzərində yerləşdirilməlidir”.

   S.Nuruqızı çalışdığı «Təhsil» nəşriyyatının uşaq ədəbiyyatına aid layihələrindən söz açdı: “İndiyədək təxminən 80 adda uşaq kitabımız işıq üzü görüb. Bu layihələrimizdən biri «Məktəbli kitabxanası»dır. Layihə folklor nümunələri müasir uşaq ədəbiyyatını əhatə edir. Bundan başqa, Nizami Gəncəvinin «Fitnə» əsəri Azərbaycan, rus ingilis dillərində, «Koroğlu» dastanından «Koroğlunun Ərzurum səfəri» çap olunub. «Kitabi-Dədə Qorqud» dastanı uşaqlar üçün işlənib. Bu kitabı aşağı sinif şagirdləri rahat oxuya biləcəklər. Bizim nəşriyyatda çap edilən uşaq ədəbiyyatının bir özəlliyi ondan ibarətdir ki, onların tərtibində internetdən götürülmüş şəkillərdən, rəsmlərdən istifadə edilməyib. Rəssamlar hər əsərə uyğun illüstrasiyalar işləyiblər. Çünki uşaq şəkillərdən bütün kitab haqqında informasiya almalıdır. Bu baxımdan rəssamın da öhdəsinə çox düşür, çünki o, uşaq ruhunu duymalıdır. Bizim layihələrimizdə iştirak edən rəssamlardan Gündüz Ağayev, Arif Quliyev, Vəfa Allahyarova, Azər Dadaşovun işləri maraqla baxılır. Kitablarımızın rəngarəngliyi uşağın diqqətini cəlb edir”.

  

   Tərcümə əsərlərinə xüsusi diqqət verilməlidir

  

   Dünya uşaq ədəbiyyatından seçmələrseriyasından bir sıra kitabları dilimizə çevirən müəllif tərcümə sahəsində mövcud vəziyyətə toxundu: “Dünya ədəbiyyatından nümunələrin seçilməsi çox məsuliyyətli bir işdir. Uşaqların mənəvi aləminin formalaşmasında, vətənpərvərlik tərbiyəsində uşaq ədəbiyyatının böyük rolu var. Amma bu təsir mənfi ola bilər, müsbət . Uşaqlarımıza dünya ədəbiyyatı nümunəsini təqdim edərkən bu nəşrlərin onların dünyagörüşünə necə təsir edəcəyini diqqətə almaq lazımdır. Son vaxtlar nəşriyyatımızda işıq üzü görənNağıllar”, “İssumbosi”, “Üç tenqu porsuq”, “Nağıla bax, nağıla s. nəşrlər bu baxımdan maraqlıdır. Bu kitablarda Donald Bisset, Canni Rodari, Ludji Malerba, Astrid Lindqrin, Elen Beatris Potter, Anna Valomberq, Ketrin Paterson, Anne Katrine Vestli, Samuil Marşak, Korney Çukovsi s. müəlliflərin əsərləri yer alıb. Bundan əlavə, dünya xalqları folklorundan nağıllar verilib”.

  

 

   Mehparə

 

  Mədəniyyət.- 2012.- 30 mart.- S. 15.