Əbədi humanizm ədibi –

 

   əsərlərilə neçə-neçə nəsillər böyütmüş Süleyman Sani Axundov

  

   Onun əsərlərini oxuduqca, elə bilirsən başqa bir aləmdən bəhs edilir.

   O aləm gözəl aləm!

   Sənə elə gəlir ki, onun əlində qələm yox, kinokamera olub.

   Yalnız gözəl mənzərələr çəkən kinokamera!

 

   Elə zənn edirsən ki, elə bil o, yaratdığı obrazların yazanı yox, atası, əmisi, dayısı, qardaşı, bəzilərinin yaxın dostu və ya düşməniymiş. Sanki təsvir etdiyi mənzərələrin canlı şahidi, bağ-bağçaların bacarıqlı bağbanı, ədəbi var-dövlətin bəy-xanın, sel-suların, kəhrizlərin kankanı imiş...

  

   Bu əsərlərdə müəllifin həddən ziyadə vurulduğu, sevdiyi, yorulduğu, bəzən küsdüyü məqamlar da çoxdur. Amma sənətdən, maarifçilikdən, nəsihət-vəsiyyətdən bezdiyi bircə nüansa da rast gəlməzsən...

   Bu qənaətləri Süleyman Sani Axundovun bütün əsərləri, humanist, insani keyfiyyətlərlə zəngin əməlləri, şəxsi-ictimai həyatı doğurur. Sənətdən, sənətkardan umulan bütün gözləntilər bu ədibin kompleksinə xasdır.

   Elə 1918-ci ilə (Xalq Cümhuriyyətinə) qədərki şahlıq, xanlıq, ağa-bəylik dövrlərimizin ümumi mənzərəsi də belə bir müddəa hasil edir ki, ümummilli humanizm, demokratiya “bank”ımızda sənət-ədəbiyyat komalarımızın payı siyasət-rəyasət saraylarımızınkına nisbətdə daha çox, daha qabarıq olub.

   Və yaddaşlarda daha çox “Qorxulu nağıllar”ı (xüsusən “Qaraca qız”ı) ilə yaşayan bu ədibimizlə bağlı bir detal mənə - qeyri-ciddi səslənməsilə “hürkü”lü bir yarımbaşlıq diktə edir:

   

   Çox ədəbli ədib...

   

   Bir qədər qəribə görünən bu qərib “məntiq”imin nüvəsində həm də onun adı ilə soyadı arasındakı ləqəb-təxəllüs dayanır. “Təkcə elə filan əsər filan sənətkarın ədəbiyyat tarixində qalmasına kifayət edər” kimi qənaətlərdən yanaşsaq, bu faktın özü klassik ədiblərimizin - indiki halda Süleyman Sani Axundovun yüksək şəxsi və milli-mental mədəniyyətini, ictimai-irfani əxlaqını, xəlqi pedaqoqluğunu ehtiva edir.

   “Sani” - yəni ikinci (ərəbcə). Bu açmadan sonra, yəqin, ən “türkəçarə” oxucumuza da bəlli oldu ki, söhbət nədən gedir. Hər kəs bildi ki, “sani” (ikinci) birincini etiraf etmək, sayıb-sayğılamaq deməkdir. Burada nəzərdə tutulan birinci isə nəinki təkcə təvəllüd-xronolojilik sarıdan, həm də dramaturgiyamızın bünövrəsini yaratmış Mirzə Fətəli Axundzadədir!..

   Bəs, əcəba, ikinci Axundovumuzun vəfatının (29 mart 1939) 73-cü ildönümü ilə bağlı qələmə aldığım bu yazıda məni birinci dərəcəli məsələ-mətləbdən bir-iki abzaslıq “yayındıran” səbəbin səbəbkarları kimlər? Əlbəttə, müasir “ikinci”lər! Belə ki, “Çil toyuğun tək yumurtası” (S.Vurğun) “irs”li, “Molla Nəsrəddin kimdir ki, məni - mən qəzetələr padşahını!..” hirsli bu “ədib” və “publisist”lər öz populyarlaşma cəhdlərini istedadlarıyla yox, konveyer istemallarıyla həyata keçirməyə çalışırlar. Özü də öz imzalarına ilkin müəllif-mənbə ilə ilgili heç bir ştrix əlavə etmədən. Yəni lətifəsi (və lətifliyi) birincilərdən çox uzaq “sani”liklərlə. Hətta dövri (və açılmamış bağlanan fövri) mətbuatda müasir ədəbiyyatımızın çox populyar, canlı klassiklərinin - monoadla bütün dünya oxucusuna bəlli Anar (Rzayev) və Elçin (Əfəndiyev) kimi məşhur ədiblərimizin imzalarına sırınıb ekizdaş olmaqdan da çəkinmirlər.

   Deyirəm, bəlkə, bu “bənzəmə yaradıcılığı”nın, “cəsarət istedadı”nın bir səbəbi də başları böyük ədəbiyyat və təşkilat təsərrüfatlarına qarışmış birincilərin, “sani”lik - ikincilik (əslində, iyirminci-yüzüncülük) iddialı “yaradıcı”lara heç vaxt baş qoşub, reaksiya verməyəcəklərinə əminliklərilə də bağlıdır? Mümkündür. Amma ədəbiyyat, mədəniyyət mətbuatı bu kimi neo-mentallığın qeydinə qalmalı, “qalan kitablar” yaradıb getmiş qədim Axundovlar mədəniyyəti ilə qalın “kitablar” istehsal edib “Biləcəridən o yana” getməyəsi müasir “sani” mirzələr arasındakı yer-göy fərqinin farkında olmağı da, ən azı, etik baxımdan özlərinin ədəbi-müqəddəm borcu hesab etməlidir.  

 

   Uzun və yaxşı yollar yolçusu

   

   1875-ci ildə Şuşada bəy ailəsində doğulan Süleyman taleyin “qara camaat” hekayətlərini daha çox yaşamalı olub. Elə məhz buna görə də onun hekayələrində, pyeslərində rəiyyət qoxusu bəylik ətrindən daha artıq duyulur. On doqquz yaşında Qori Müəllimlər Seminariyasını bitirib ömrünün sonunadək, əsasən, jurnalistika ilə məşğul olmuş Süleyman Sani ədəbiyyatımızda əbədi iz salan əsərlərin də müəllifidir.

   Dövrün qələm çərxlərini “tərsinə dövran etdirən” bolşeviklərin gəlişinədək o, artıq, Azərbaycanın say-seçmə ədiblərindən idi. 1899-cu ildə qələmə aldığı ilk bədii əsərin - “Tamahkar”ın, 1906-cı ildə nəşr edilmiş “İkinci il” adlı dərsliyin, 1912-13-cü illərdə yazdığı beş hissədən ibarət məşhur “Qorxulu nağıllar” kitabının müəllifi kimi tanınır və sevilirdi.

   Süleyman Sani sovetlərin “bərabərlik” şüarından çox-çox əvvəl Azərbaycan cəmiyyətində bəradərlik - qardaşlıq carçısı kimi tanınırdı. Onun real humanizm yolu gəlmələrin “Kommunizm yolu”ndan daha anlaşıqlı, daha cazibədar idi. O, qaraca qızları həyat şirinlərindən məhrum edən ağca qız valideynlərini - bəyləri, xanları bolşeviklərin Sibir-sürgünlərindən fərqli olaraq, qələmin sehri ilə cəzalandırırdı. Dövrün uşaqları o qələmin maarif bayrağı altından keçir, valideynlərin imansızını insafa, məzlumunu inkişafa səsləyirdilər. Öz xalqına, iki illik Xalq Cümhuriyyətimizə bu arzu-amalla xidmət edən bir ədib, təbii, sözün hər iki mənasında, qırmızı hökumətin xoşuna gələ bilməzdi...

  

   “Qorxulu”... ədib?

  

   Çox şirin və çox təsirli qələmindən çıxmış, zaman-zaman təkrar-təkrar çap olunmuş “Qorxulu nağıllar” “silahı”ndan ehtiyat edən sovetlər onu milli “tiraj cəbhəsi”ndən ayırmaq məqsədilə Dağlıq Qarabağ Muxtar Vilayətinin maarif müdiri vəzifəsinə “irəli” çəkir. Lakin anadan yazıçı-publisist kimi doğulmuş Süleyman Saninin qələmi orada da dinc durmur. Əsasən çarizm kasıbçılığı haqsızlıqlarından bəhs etdiyinə görəQorxulu nağıllarmüəllifini az da olsa bəyənən sovetizm ideoloqları ona qarşıizləməəməliyyatına başlayırlar. Görürlər ki, inqilaba qədərkiYuxu”, “Kövkəbi hürriyyəthekayələrində, “Türk birliyi”, “Dibdat bəypyeslərində toxunduğu mətləblərin bəzi sədaları sonrakı əsərlərindən eşidilməkdədir. Elə məhz buna görə idi ki, hələ 1922-ci ildə yaradılmış əfkari ümumiyyərəyi ilə məhz onun sədr seçildiyiƏdib şairlər ittifaqıheç bir il çəkməmiş Süleyman Saninin həm ədəbi, həm siyasi aləmdə ikinci, üçüncü sıralara itələnməsinə səbəb olur.

   Bunlarla yanaşı, Süleyman Sani Axundovun - belə demək mümkünsə, yalnız sənətə, ədəbiyyata işləyən əsərləri vardır ki, heç bir siyasi quruluş onların üzərinə kölgə sala bilməz.Məktəb jurnalı” nəşrə hazırlayan kollektiv ən çox Süleyman Sani qələminə güvənirdi. Bu yuxa qəlbli, ata-baba nəvazişli ədibin düşüncələri yiyəsiz qalmış millətin sabahını qurası uşaqları öyə-öyə göyə qaldırası süjet mövzularla dolu idi. Ədib perspektiv yönəli arzu istəklərini bu jurnalda çap etdirdiyiƏhməd Məleykə”, “Abbas Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəfkimi hekayələrində əks etdirirdi. O, sovetlər dövründə yazdığıLaçın yuvası”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şeytankimi əsərlərində beş məlumyaman”ı tərifləyirdisə, üçməchul”u da onların gözünə qatıb öyürdü. Eşq intiqampyesində bu iki insani duyğunu sənət tribunasından danışdıran dramaturq tamaşaçını, yeri gəldikcə zəruri susqunluğa da səsləyir.Şahsənəm Gülpəri”, “İki yol”, “Ümid çırağı”, “Qatil cocuq”, “Namus”, “Qan bulağıhekayələrində əzəli əbədi sənət dili, sənət üslubuyla oxucunu dünyanın əzəli əbədi olayları ilə tanış edir.

   Dərsliklərdə, ədəbi oçerklərdə başqalarına nisbətən bir qədər az təqdir tədqiq edilən bu zəhmətkeş tərcümeyi-hallı, həlim təbiət-görkəmli ədib onu yaxşı mütaliə edənlərin qəlbində layiqincə bərpa edilir, sevilir, öz mərtəbəsincə dəyərləndirilir.

   Bu yazıyaQaraca qızfilmini sevən, qiymətləndirib dəyərləndirən bütün xalqımız adından belə bir arzumu da əlavə edim ki, kinematoqrafçılarımız Süleyman Sani Axundovun tərtəmiz uşaq ürəkli, körpə demokratiyalı yaradıcılığına bir daha müraciət etsələr, özləri qənimətsiz qalar, sehrli söz-göz sənəti olan kinomuz...

   

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 30 mart.- S. 13.