Tarixin bir günü ya bir günün tarixi

 

   Respublika Uşaq Kitabxanasında tədbir

  

   Martın 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuşTarixin bir günü ya bir günün tarixiadlı anım tədbiri keçirildi.

  

   Tədbiri kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Fizurə Quliyeva açaraq, tariximizin faciəli bir dövrünü əhatə edən 1918-ci ilin mart qırğınlarından danışdı, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı faktlarının, tarixi gerçəkliklərin yetişən nəslə çatdırılmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, yeniyetmə gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində belə tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.

   Sonra kitabxananın məlumat-biblioqrafiya şöbəsinin hazırladığıUnutmayaqadlı slaydlar nümayiş edildi.

   Tədbirdə iştirak edən şair, yazıçı Ənvər Əhməd, sair-publisist Teyyub Qurban, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Ələmdar Quluzadə, Milli Azərbaycan Tarixi Muzeyinin elmi maarif sərgilərinin təşkili şöbəsinin böyük elmi işçisi, fəlsəfə elmləri doktoru Nardanə Yusifova vətən anlayışı, vətəni necə qorumaq barədə fikirlərini məktəblilərlə bölüşdülər. Azərbaycan tarixi ilə bağlı söylənilən hər bir fakt fikir məktəblilər tərəfindən böyük maraqla qarşılanırdı. Çıxış edən hər bir qonaq gənclərimizə öz tariximizi unutmamağı, onu dərindən öyrənməyin vacibliyini vurğuladılar. Tədbirin sonunda iştirakçılarAzərbaycanlılara qarşı iki əsr davam edən soyqırımıadlı kitab-sərgi ilə tanış oldular.

  

 

   L.Azəri

 

   Mədəniyyət.- 2012.- 30 mart.- S. 2.