Bakıda
Qazaxıstan filmləri nümayiş olunur
Martın 29-da “Nizami” Kino Mərkəzində
Qazaxıstan kinosu günlərinin açılış mərasimi
keçirildi.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev Azərbaycanla
Qazaxıstan arasındakı mədəni əlaqələrdən
danışdı, Qazaxıstanda Azərbaycan mədəniyyəti
günlərinin keçiriləcəyini qeyd etdi. Nazir
müavini Qazaxıstan kinosu günlərinin ölkələrimiz
arasında mədəni əməkdaşlığa və sənət
mübadiləsinə xidmət etdiyini bildirdi.
Qazaxıstanın Azərbaycandakı
səfiri Serik Primbetov kino günlərinin
açılışı münasibətilə hər kəsi
təbrik etdi. Bu əlamətdar hadisənin iki ölkə
arasında diplomatik münasibətlərin 20 illiyinə həsr
olunduğunu bildirdi.
Sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyatından bəhs edən “Uşaqlığın səması” (2011, rejissor Rüstəm Abdraşov)) filmi nümayiş olundu.
Qazaxıstan kinosu günləri martın 30-da və aprelin 1-də daha iki filmin nümayişi ilə davam edəcək. Həmin günlərdə “Jeruyık” (2011, rejissor Slambek Tauekel) və “Kız Jibek” (1970, rejissor Sultan-Əhməd Xocikov) filmləri nümayiş olunacaq.
Reyhan
Mədəniyyət.-
2012.- 30 mart.- S. 2.