Azərbaycanlı rejissorun filmi tələbə “Oskar”ına namizəddir

 

  Almaniyada yaşayan həmyerlimiz gənc rejissor Elmar İmanovun “Tabutçunun yelləncəyi” (“The swinq of the coffin maker”) adlı qısametrajlı bədii filmi tələbə “Oskar” mükafatına təqdim olunub. Film “İngilis dilində ən yaxşı film” nominasiyasında yarışır və seçim mərhələsini keçərək artıq beşliyə daxil olub. Ata və oğul arasındakı münasibətlərdən bəhs edən ekran əsərində tanınmış aktyor Şamil Süleymanlı və Rasim Cəfərov çəkiliblər.

  

   Builki tələbə “Oskar”ı üçün 29 ölkədən 51 film təqdim olunub. Onlardan 5 ekran əsəri seçilib. Bu beşlikdə Elmar İmanovun filminin yer alması Azərbaycan kinosevərləri üçün böyük fəxrdir.

   Elmar İmanov 1985-ci ildə Bakıda anadan olub. 1998-ci ildən Almaniyada yaşayır. Köln Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alıb. Tabutçunun yelləncəyifilmi onun diplom işidir. Gənc rejissor Almaniyada Albaniyada da bir neçə qısametrajlı sənədli film çəkib.

   Yeri gəlmişkən, Elmar İmanovunTabutçunun yelləncəyiaprelin 24-dən 29-dək Almaniyanın Postdam şəhərində keçirilən 41-ci Beynəlxalq tələbə filmləri festivalında da iştirak edib. 27 dəqiqəlik filmin ssenari müəllifi Elmar İmanov, prodüseri Eva Blondiau, operatoru Driss Azhari, səs rejissoru Jan Push, dizayneri Ketevan Nozadze, geyim qrim rəssamı Kerstin Baardır.

   Film barədə baş rolun ifaçısı Şamil Süleymanlının fikirlərini öyrəndik:

   - Bu mənim Elmarla ikinci sənət görüşümdür. Onun müvəffəqiyyətinə hədsiz dərəcədə sevinirəm. Bu günə kimi sənətdə öz sözünü demiş sənətkarların diplom işlərində çəkilmişəm bu işlər düşərli olub: Fikrət ƏliyevinBaladadaşın ilk məhəbbəti”, Cahangir MehdiyevinDiplom işi s. Elmarın diplom işinin uğurlu olması da məni hədsiz sevindirir. Çox istərdim ki, film qalib gəlsin. Ona görə yox ki, burada mən çəkilmişəm. Sadəcə, bir azərbaycanlı gəncin addımlarının səsiOskar”ın səhnəsindən gəlsin. Film əbədi mövzulardan biri üzərində qurulub: atalar oğullar. Qəlblərdə oyanan insani hisslərdən bəhs edir. Çalışmışıq ki, insanın içində oyanan insanlığı göstərək. qədər sərt insan olursa-olsun, onun qəlbində şeir yatır, şeir olmasa, hər hansı bir qafiyə yatır. Bu filmdə əlimizdən gələni etdik ki, bunu göstərə bilək. Əsas odur ki, film bu gün beşliyə düşüb. İnanıram ki, film dünya kino mütəxəssislərində maraq yaradacaq.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 2 may.- S. 12.