Azərbaycan
Prodüserlər Gildiyası yaradıldı
Mayın 1-də “Nizami” Kino Mərkəzində “Azərbaycan
Prodüserlər Gildiyası” İctimai Birliyinin təsis
yığıncağı keçirildi.
Toplantıda çıxış
edən C.Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının direktoru Müşfiq Hətəmov
Prodüserlər Gildiyasının yaradılmasını milli
kinomuzun gələcək inkişafına töhfə verəcək
vacib addım kimi qiymətləndirdi. Yığıncaqda “Azərbaycan
Prodüserlər Gildiyası” İctimai Birliyinin Nizamnaməsi
qəbul olundu.
Sonra Prodüserlər Gildiyasının
beş nəfərdən ibarət (Müşfiq Hətəmov,
Nəriman Məmmədov, Xaqani Həşimov, İlqar Nəcəf,
Vüsal Abbasov) İdarə Heyəti, habelə yeni qurumun təftiş
komissiyası seçildi.
Daha sonra qurumun idarə heyəti
üzvlərinin yekdil qərarı ilə Müşfiq Hətəmov
Azərbaycan Prodüserlər Gildiyasının sədri
seçildi.
“Azərbaycan Prodüserlər
Gildiyası” İctimai Birliyinin təsisçiləri
aşağıdakı şirkətlərdir: C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası, “Salnamə”
studiyası, “Ritm Production”, “Butafilm” MMC, “Cinema PRO” MMC, “Bizim
Kino” prodüser mərkəzi, “Nərimanfilm” kino şirkəti,
“Nurfilm” MMC, “M cinema” MMC, “Yaddaş” studiyası, “215 KL”
studiyası, “EXA Production”, “Ultra Production”, “Cinema evi”
prodüser mərkəzi.
Gildiyanın yaradılmasının əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsidir.
Reyhan İsayeva
Mədəniyyət.-
2012.- 4 may.- S. 2.