“Dəli
bir ağlamaq keçir könlümdən”
Aprelin 25-də
Qazax Rayon Mərkəzi
Kitabxanasında jurnalist, şair,
Azərbaycanın Milli Qəhrəmanı
Alı Mustafayevin (1952-1991) anadan
olmasının 60 illiyi münasibətilə
“Dəli bir ağlamaq
keçir könlümdən” adlı
xatirə gecəsi keçirildi.
Rayon Mədəniyyət evində keçirilən tədbiri Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsal açaraq qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qurbanı olan minlərlə vətən oğullarından biri Alı Mustafayev istedadlı jurnalist, xeyirxah, səmimi insan idi. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Xasay Balayev, Aşıq Məhəmmədəli Məşədiyev, Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pəri Məmmədova, jurnalist Sərhəd Məmmədov, Müəllimlər İnstitutunun müəllimi, keçmiş hərbiçi, şair Mustafa Rasimoğlu, yazıçı-jurnalist Firdovsi Heydərli, jurnalist Qürbət Qazaxlı, Ağstafa məscidinin axundu Hacı Muradxan istedadlı jurnalist, cəsarətli vətən oğlu Alı Mustafayev haqqında kövrək xatirələrini söyləyiblər.
Afət
Telmanqızı, Tamella Poladlı, Bilal Qoca, Taleh
Mansurov və başqaları Alı
Mustafayevə həsr etdikləri şeirlərini, Xanlıqlar
kənd məktəbinin şagirdləri və institut
tələbələri Alı Mustafayevin
şeirlərindən nümunələr söylədilər.
Aşıqlar Camoy Çaylı, Samir Allahverdiyev el havalarını çaldılar. Qazax Dövlət Dram
Teatrının aktyorları şairin “Qərənfil
yağışı” şeirini ifa etdilər. Sonda Qazax rayon MKS-nin
direktoru Solmaz
Babanlı Alı Mustafayevin xatirə
işığına yığışan hər kəsə
dərin minnətdarlığını bildirdi.
Mədəniyyət.-
2012.- 4 may.- S. 15.