Ömrün 60-cı baharı
43 il kitablar
arasında
Həyatda
elə insanlar var ki, vəzifəsi, cəmiyyətdə
xüsusi mövqeyi olub- olmamasından asılı olmayaraq
başqalarına şəxsi nümunə, örnək
göstərilməyə layiqdirlər. Məsələn, elə
Gülmayə xanım kimi. O, ailəcanlı, işində
peşəkar və bacarıqlı, yoldaşlıqda sədaqətli,
təəssübkeş xanımlarımızdandır.
Əliyeva Gülmayə Hətəm
qızı 1952-ci il mayın 1-də Oğuz rayonunun Yaqublu kəndində
anadan olmuşdur. İlk təhsilini Yaqublu kənd 8 illik məktəbində
almış, 1969-cu ildə Oğuz şəhər 2 saylı
orta məktəbdə təhsilini başa vurmuşdur. Həmin
ilin sentyabrından Yaqublu kənd kitabxanasında əmək fəaliyyətinə
başlamışdır. 1978-ci ildə BDU-nun
kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsini
bitirərək kitabxanaçı-biblioqraf ixtisasına yiyələnmişdir.
1983-cü ildən Oğuz şəhər MKS-də Xidmət
şöbəsinin müdiri vəzifəsində
çalışır. 2011-ci ildə Oğuz Rayon Mədəniyyət
və Turizm Şöbəsi tərəfindən kitabxana
işi sahəsindəki nümunəvi fəaliyyətinə
görə fəxri fərmana layiq
görülmüşdür. 5 oğlu, 5 nəvəsi var.
Rayon Mərkəzi
Kitabxanasının kollektivi bu günlərdə
ömrünün 43 ilini kitabxana işinə həsr etmiş
Gülmayə xanımın 60 illik yubiley tədbirinə
toplaşmışdı. Həmkarlar ittifaqının dəstəyi
ilə keçirilən tədbirdə bütün
iştirakçılar yubilyara cansağlığı və
səadət arzuladılar. Mədəniyyət və Turizm
Şöbəsi tərəfindən yubilyara fəxri fərman
və hədiyyələr təqdim edildi.
Qəsidə
Hüseynova,
Oğuz rayonu
Mədəniyyət.-
2012.- 9 may.- S. 15.