Veterana ehtiram
9 May - Qələbə Günü ərəfəsində Respublika Veteranlar Şurasının Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri ilə keçirdiyi görüşü, sözün əsl mənasında, bayram mərasimi adlandırmaq olardı. Faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş tədbiri həm də bu qələbənin əldə olunmasında danılmaz xidmətləri olan veteranlarımıza tükənməz sayğı, ehtiram nümunəsi də adlandırmaq olardı. Tədbiri giriş sözü ilə açan tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Sadıxov görüşdə iştirak edən veteranları - general-mayor Bahadur Hüseynovu, polkovnik Rasim Muxtarovu, Surxay Tağızadəni, Əlövsət Baxışovu, kapitan Aleksandr Qritçenkonu ürəkdən salamladı.
Sonra söz veteranlar adından general B.Hüseynova
verildi. Veteran hərbçi
II Dünya müharibəsi
illərində həmyerlilərimizin
qəhrəmanlıq səhnələrindən,
Bakı neftinin bu Qələbənin əldə edilməsində
rolundan, gənclərə
vətənpərvərlik ruhunun aşılamasının
vacibliyindən söz
açdı. A.Qrtiçenko universitetin tələbə
və müəllimlərinə
yenicə çapdan çıxmış kitabını
bağışladı.
Universitetin səhnə danışığı
kafedrasının dosenti,
fəlsəfə doktoru
Zülfiyyə Eldarqızının
söylədiyi poeziya
nümunələri, onun
müəllim həmkarı
Ağalar Bayramovun, musiqi sənəti fakültəsinin müəllimlərindən
xalq artistləri Yalçın Rzazadə, Naspəri Dostəliyeva, Əməkdar artist İlqar
Muradov, aşıq Əhliman Axundov və Fəzayıl Miskinlinin çıxışları
tədbirə rəng
qatdı.
Mərasim təltifsiz də
ötüşmədi. Respublika KHVTİ-nin sədri, general Novruzəli Orucov gətirdiyi xatirə medallarını veteran cəbhəçilərə
təqdim etdi.
Mədəniyyət.- 2012.- 9 may.- S. 15.
İ.Mehdizadə