Türkiyədə
Azərbaycanın mədəni irsinə həsr olunmuş konfrans və sərgi
Mayın 3-də Türkiyənin
Uşak şəhərində “Miras” Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyi və
Uşak Universitetinin birgə təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr edilmiş
“Azərbaycanın mədəni irsi” mövzusunda elmi-praktiki
konfrans keçirilib. Həmin gün Uşak Universitetinin sənət
qalereyasında “Ağsu möcüzəsi” adlı sərgi
açılıb. Sərgidə Ağsu
qazıntılarından görüntülər, oradan
tapılmış maddi-mədəniyyət nümunələrini
əks etdirən fotolar, rəsm və heykəltəraşlıq
işləri nümayiş etdirilib.
Konfransda Ağsu arxeoloji
ekspedisiyasının rəisi Qafar Cəbiyev “Azərbaycanda
şəhər mədəniyyətinin arxeoloji cəhətdən
araşdırılması: uğurlar, problemlər, vəzifələr”,
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs
şöbəsinin Mədəni sərvətlər (qoruqlar)
sektorunun müdiri Könül Cəfərova “Azərbaycanda mədəni
irs siyasəti”, “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli
“Azərbaycanda mədəni irsin öyrənilməsi,
qorunması və tanıtımı fəaliyyətlərində
yeni addımlar”, Ağsu arxeoloji ekspedisiyasının
üzvü, arxeoloq Elmira Abbasova “Ağsuda sənətkarlıq”
və “Miras”ın şöbə müdiri Şölə
Bayramova “Miras” İctimai Birliyinin mədəni irs layihələrinin
tanıtımı” mövzularında məruzələrlə
çıxış ediblər.
Mədəniyyət və Turizm
Nazirliyi və “Miras” İctimai Birliyinin adından Uşak
Universitetinin kitabxanasına Azərbaycanda mədəni irsin
qorunması və tədqiqindən bəhs edən kitablar hədiyyə
olunub.
Mədəniyyət.-
2012.- 9 may.- S. 14.