Qazaxda böyük öndərin
xatirəsinə həsr olunmuş tədbirlər
Mayın 4-də Qazax rayon mədəniyyət evində
ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş “Heydər Əliyev
irsi və gənclər” adlı dəyirmi masa keçirildi.
Tədbirdə Qazax Rayon İcra
Hakimiyyəti başçısının 1-ci müavini Fərman
Nağdalıyev, YAP Qazax rayon şöbəsinin sədri Həmid
Pənahov ulu öndərin dövlətçilik fəaliyyətindən
söz açıblar. Qeyd olunub ki, Heydər Əliyev
bütün həyatını Azərbaycanın
inkişafına həsr etmiş mətin dövlət xadimi,
xalqını hədsiz sevən qüdrətli şəxsiyyətdir.
Mərkəzi kitabxananın
direktoru Solmaz Babanlı, rayon Gənclər və İdman
İdarəsinin rəisi Vüqar Nəbiyev, Müəllimlər
İnstitutunun Qazax filialının və Sosial-İqtisadi
Kollecinin tələbələri çıxışlarında
Azərbaycan dövlətini zamanın ən çətin
sınaqlarından çıxarmış, ölkənin
ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqisinə
nail olmuş qüdrətli şəxsiyyətin əbədi
ümumxalq məhəbbəti qazandığını
bildiriblər.
Həmin gün Qazax Rayon Mərkəzi
Kitabxanasının oxu zalında böyük öndərə
həsr olunmuş şeir gecəsi keçirilib.
Kitabxananın direktoru S.Babanlı ümummilli liderin zəngin və
mənalı həyat yolunu şərəfli bir tarix kimi
xarakterizə edib. Xidmət şöbəsinin böyük
kitabxanaçısı Kəmalə Nuriyeva fenomen şəxsiyyət
olan Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna
rolu haqqında danışıb.
RİH-in məsləhətçisi
Çingiz Pənahov, mədəniyyət və turizm
şöbəsinin məsləhətçisi Pəri Məmmədova,
MİMHİ-nin sədri İsgəndər Qurbanov,
Barxudarlı kənd orta məktəbinin müəlliməsi
Afaq Bayramlı öz çıxışlarında
vurğuladılar ki, Azərbaycan tarixində ən parlaq
dövr Heydər Əliyevin respublikaya siyasi hakimiyyətə gəldiyi
gündən başlayır. Sonra fəal oxucuların
ifasında ulu öndərə həsr olunmuş şeirlər
səsləndirilib.
Mədəniyyət.-
2012.- 9 may.- S. 11.